Bu şəxslər üçün gün eynəyi taxmaq TƏHLÜKƏLİDİR
Digərləri 07 İyl 2025 03:03:00 91 0
Gün eynəkləri təkcə dəbli aksesuar deyil, həm də gözləri zərərli ultrabənövşəyi (UV) şüalardan qorumaqda vacib rol oynayır. Amma alimlərin fikrincə, bəzi hallarda onları taxmamaq daha faydalı ola bilər.
Bu xəbəri də oxu: Bakıda qızlar saçyolduya çıxdı: birbirini yerdə SÜRÜDÜLƏR
Alimlər nə deyirlər?
"Gün eynəkləri faydalı UVB şüalarını da bloklaya bilər, bu isə vitamin D sintezinin qarşısını alır". Vitamin D - təkcə sümük sağlamlığı üçün deyil, həm də immunitetin tənzimlənməsi, beyin funksiyası, əhvalın yaxşılaşması və xroniki xəstəliklərin profilaktikası üçün həyati əhəmiyyət daşıyır.
Günəş eynəyini nə zaman taxmamaq olar?
Alimlər eynəklərdən tam imtina etməyi tövsiyə etmirlər, amma bəzi hallarda onları çıxarmağın faydalı ola biləcəyini qeyd edirlər:
1. Səhər günəşi və bioloji ritmlər
Yuxudan sonra günə 10-30 dəqiqə birbaşa günəş işığı ilə başlamaq:
enerji və əhvalı artırır
diqqət və idrak funksiyalarını yaxşılaşdırır
yuxunun keyfiyyətini artırır
Pəncərə arxasında oturmaq bu təsiri vermir - birbaşa günəş işığı lazımdır.
2. Gözlərin təbii işığa adaptasiyası
Daim gün eynəyi taxmaq gözlərin müxtəlif işıq şərtlərinə uyğunlaşma qabiliyyətini zəiflədir. Bu, vizual diskomforta və daha pis görməyə səbəb ola bilər
3. Vitamin D sintezi
UVB şüaları dərimizə və gözlərimizə düşdükdə vitamin D istehsal olunur. Xüsusilə yaydan kənar mövsümlərdə gün işığı az olduğu üçün vitamin D çatışmazlığı riski artır. Bu çatışmazlıq tənəffüs xəstəlikləri, 2-ci tip diabet və əzələ-sümük problemləri ilə əlaqələndirilir
Niyə vitamin D vacibdir?
Böyük Britaniyanın NHS (Milli Səhiyyə Xidməti) məlumatına görə:
Kalsium və fosfat səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır
Sümük və dişlərin sağlamlığını qoruyur
Defisit olduqda:
uşaqlarda raxit
böyüklərdə osteomalasiya (sümük yumşalması) baş verir
Nəticə
Gün eynəkləri zərərli UV şüalarından qoruyur, amma bəzən faydalı UVB şüalarını da bloklayaraq vitamin D sintezini ləngidir. Hər gün qısa müddət ərzində, xüsusilə səhərlər günəş işığını eynəksiz qəbul etmək tövsiyə olunur. Ancaq günorta saatlarında, göz xəstəlikləri riski olanlar və güclü UV indeksi olan bölgələrdə yaşayanlar üçün gün eynəyi vacib qoruyucudur. // Lent.az
Yanvar ayında Dele Allinin sevgilisi haqqında xəbər verilmişdi - onun adı

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedad

Gürcüstanda məşhur iş adamı Georgi Ramişvili saxlanılıb.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Böyük Britaniyada "Eurofighter Typhoon" təyyarələrinin istehsalı

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin

İnsanlar adətən xoşbəxtliyi pulda, karyera uğurlarında və ya tanınmaqda

Türkiyənin Sakarya şəhərində tələbə qızların yataqxanada çəkdiklə

Müğənni Elvin Abdullayev qalmaqalları paylaşım edib.

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ ilə tarixi münasibətləri

Azərbaycanda yolların keyfiyyəti ilə bağlı narazılıqlar zaman-zaman gün

Qara kişmiş tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizmin

Azərbaycanda avtomobil bazarında alıcılıq qabiliyyəti son aylarda xeyli z�

Evdə bəzi cihazlar var ki, onlar xeyli "işıq pulu" yazır.

Temu platformasında dələduzluq halları artır - istifadəçilər və rəsmil
