"Azərbaycanfilm"də bundan əvvəl də partlayış baş verib: "7 nəfər ölmüşdü"


Digərləri 27 İyn 2025 20:14:00 70 0

"Azərbaycanfilm"də bundan əvvəl də partlayış baş verib: "7 nəfər ölmüşdü"

"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir".

Son.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru, xalq artisti, kinorejissor Xamis Muradov deyib.

O, hesab edir ki, hadisə insan müdaxiləsi ilə baş verməyib:

"Bu, təbiət hadisəsi kimi bir vəziyyətdir. Kino və konsert çəkilişlərində istifadə etdiyimiz qara, qırmızı, ağ tüstü effektləri var. O anbarda da həmin maddələr saxlanılırdı. Ola bilər, nəsə işə düşüb, maddələr alışaraq partlayıb. Bu maddələr partlayanda güclü səs çıxarır, söndürmək də çətin olur. Dəqiq deyə bilmərəm, anbarda bəlkə 20, bəlkə 30 kiloqram barıt ola bilərdi".

Xamis Muradov 1970-ci illərdə çəkiliş zamanı baş vermiş faciəni xatırladıb:

"Onda "Mən ki gözəl deyildim" filminin çəkilişi zamanı belə hadisə baş vermişdi. Lənkəranda müharibə səhnəsi çəkilirdi. Suyun altında pirotexniki maddələr yerləşdirilmişdi. Rejissor "motor" dedikdən sonra partlayışlar başladı. Birinci dubldan sonra ehtiyat üçün gətirilən maddələr partladı. Nəticədə 7 nəfər həyatını itirdi. Rejissor, assistent də vəfat etdi. Filmin operatoru Rasim Ocaqov idi".

O, əlavə edib ki, kinostudiya yaranandan bəri orada pirotexnika anbarı olub:

"Bu tip anbarlar studiyanın fəaliyyəti üçün vacibdir. Bizdə hətta silah anbarı da var. Tikilinin əsası 1951-ci ildə qoyulub. O vaxt bu ərazi şəhərin kənarı idi, ətrafda mal-qara otarılırdı. İndi şəhər böyüyüb, yaşayış binaları ilə əhatələnib. Məncə, bu yer köçürülməlidir. O vaxt nazirlik tərəfindən hər il yoxlamalar aparılırdı. Mənim gənclik illərimdə kinostudiyada 1 450 nəfər çalışırdı. Əgər bu hadisə o dövrdə və iş vaxtında baş versəydi, daha qorxulu vəziyyət yaranardı".

Xatırladaq ki, iyunun 26-da saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, kinostudiya ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.  

Pulunu dollarla saxlamaq istəyənlərə like
  • 27 İyn 19:59  
Digərləri Pulunu dollarla saxlamaq istəyənlərə

Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JP Morgan, ABŞ dolların�

arrow Ətraflı
Ermənistanda polis arxiyepiskop tərəfdarlarını saxladı like
  • 27 İyn 19:34  
Digərləri Ermənistanda polis arxiyepiskop tərəfdarlarını saxladı

Polis Ermənistan İstintaq Komitəsinin yaxınlığında arxiyepiskop Mikael Ac

arrow Ətraflı
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib  Rəsmi like
  • 27 İyn 19:21  
Digərləri Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiya imt

arrow Ətraflı
CeyLonu görmək istəyənlər 100 min ödəməli olacaq like
  • 27 İyn 19:16  
Şou-biznes CeyLonu görmək istəyənlər 100 min ödəməli olacaq

Amerikalı ulduz Cenifer Lopez 2025-ci il avqustun 5-də İstanbulda verəcəyi

arrow Ətraflı
Qərb ikili standartlar uğrunda: Ermənistan nümunəsi like
  • 27 İyn 19:04  
Siyasət Qərb ikili standartlar uğrunda: Ermənistan nümunəsi

Son illər Ermənistanın daxilində müşahidə edilən siyasi gərginlik, hüq

arrow Ətraflı
Uzunömürlü olmaq üçün ideal çəki açıqlandı like
  • 27 İyn 18:49  
Digərləri Uzunömürlü olmaq üçün ideal çəki açıqlandı

Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömr

arrow Ətraflı
Dünya xaosa qərq olacaq, 5 milyard insan öləcək like
  • 27 İyn 18:39  
Dünya Dünya xaosa qərq olacaq, 5 milyard insan öləcək

Qlobal nüvə müharibəsindən sonra sağ qalmaq demək olar ki, mümkün olmay

arrow Ətraflı
Kosmos tarixində bir ilk  4 astronavt BKSyə çatdı like
  • 27 İyn 18:27  
Dünya Kosmos tarixində bir ilk 4 astronavt BKSyə çatdı

İyunun 26-da "Axiom Space Ax-4" missiyası çərçivəsində dörd as

arrow Ətraflı
Qarpızı pendir yox, bununla yeyin like
  • 27 İyn 18:15  
Digərləri Qarpızı pendir yox, bununla yeyin

İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.

arrow Ətraflı
"Xalq artisti dedi ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb" like
  • 27 İyn 18:00  
Şou-biznes "Xalq artisti dedi ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb"

"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işi

arrow Ətraflı
Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin like
  • 27 İyn 17:45  
Dünya Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin

Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. "Dun

arrow Ətraflı
Beyninə qan sızan aktyordan XƏBƏR VAR like
  • 27 İyn 17:44  
Şou-biznes Beyninə qan sızan aktyordan XƏBƏR VAR

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə burax�

arrow Ətraflı
Bayrağımız qarşısında çəkilən bu görüntülər sərt TƏNQİD OLUNDU like
  • 27 İyn 17:30  
Digərləri Bayrağımız qarşısında çəkilən bu görüntülər sərt TƏNQİD OLUNDU

Sosial şəbəkədə yayılan video görənləri hiddətləndirib.

arrow Ətraflı
Əməkdar artist xəstəxanaya yerləşdirildi  FOTO like
  • 27 İyn 17:16  
Şou-biznes Əməkdar artist xəstəxanaya yerləşdirildi FOTO

Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Aysun: "Uşağım narahatdır, ağlayır, ikiqat qalıb" like
  • 27 İyn 17:15  
Şou-biznes Aysun: "Uşağım narahatdır, ağlayır, ikiqat qalıb"

Müğənni Aysun İsmayılova qızı Sevgimin səhhətində problem yarandığı

arrow Ətraflı