Qərb ikili standartlar uğrunda: Ermənistan nümunəsi
Siyasət 27 İyn 2025 19:04:00 70 0
Son illər Ermənistanın daxilində müşahidə edilən siyasi gərginlik, hüquqi özbaşınalıq və vətəndaş hüquqlarının sistemli şəkildə pozulması fonunda beynəlxalq ictimaiyyətin susqunluğu ciddi suallar doğurur. 2024-2025-ci illərdə bir sıra yüksək çinli siyasətçilərin və ictimai xadimlərin, o cümlədən, tanınmış iş adamı və keçmiş deputat Samvel Karapetyanın, eləcə də, digər müxalif simaların həbsi, Ermənistan hakimiyyətinin avtoritar meyillərinin artdığını göstərir. Bütün bunlar Eçmiədzinlə münasibətlərdə yaranan problemlərlə, yəni dini institutlara təzyiqlərlə müşayiət olunur.
Bu xəbəri də oxu: Prezident Polşanın yeni səfirinin etimadnaməsini qəbul etdi FOTO
Bu fon qarşısında Avropa Şurası (AŞ), ATƏT, "Amnesty International", "Human Rights Watch" kimi institutların susması, hətta rəsmi bəyanat belə verməməsi, Qərbin ikili standartlar siyasətini bir daha ifşa edir.
Ermənistan son illər demokratiya və hüquqi islahatlar adı altında avtoritar bir istiqamətə sürüklənir.
Samvel Karapetyanın həbsinə gəldikdə, iddialara görə, Karapetyan və onun ətrafı dövlətə qarşı yönəlmiş fəaliyyətlərdə ittiham olunur. Lakin bu həbslər açıq məhkəmə prosesi olmadan, siyasi motivli qərarlarla həyata keçirilir.
Müxalifət liderlərinə qarşı təzyiqlər - 2024-cü ilin sonlarından etibarən Ermənistan müxalifətinə qarşı aparılan repressiyalar yeni mərhələyə keçib. Onlarla fəal müxtəlif ittihamlarla susdurulmağa çalışılır.
Eçmiədzinlə yaşanan gərginliklərə nəzər salsaq, görərik ki, Ermənistan hakimiyyəti kilsə institutlarına təzyiq göstərərək, onları siyasi proseslərə qarışmamağa "məcbur edir". Bu isə din azadlığına birbaşa müdaxilədir.
Bəzi media qurumları bağlanır və ya ciddi senzura altına alınır. Lakin burada da Qərbin məsələlərə ikili standartlarla yanaşdığını görürük.
Belə ki, Ermənistanda baş verən bu və digər hüquq pozuntularına beynəlxalq təşkilatların münasibəti ya susqunluqla, ya da ümumi və qeyri-effektiv bəyanatlarla müşahidə olunur.
Halbuki Azərbaycanda və ya digər qeyri-Qərb müttəfiqi ölkələrdə hər hansı insident baş verən kimi, dərhal çağırışlar, bəyanatlar və sanksiya təhdidləri səsləndirilir.
Qərb institutları az qala hər bir məhkəmə qərarını təhlil edir, istintaq proseslərinə müdaxilə edir, bununla da milli hüquq sistemlərinin nüfuzuna zərbə vururlar.
Bu yanaşma seçici insan hüquqları müdafiəsi prinsipinə əsaslanır - yəni "bizə yaxın olan dövlətlər" nə etsə də, onların hərəkətləri ya görməzdən gəlir, ya da "geosiyasi kontekstdə başa düşülməlidir".
Azərbaycan bu cür ikili standartlara qarşı prinsipial və suveren mövqe sərgiləyir. Son illərdə Azərbaycan beynəlxalq platformalarda bu ikili yanaşmaları faktlarla ifşa edir. Qərb institutlarının təzyiqlərinə qarşı hüquqi və siyasi suverenliyi qoruyur. Ədalətli mövqe nümayiş etdirərək, Ermənistandakı hüquq pozuntularına dair ikili yanaşmanın qəbul edilməyəcəyini bəyan edir. Bu mövqe yalnız öz dövlət maraqlarını qorumaq deyil, həm də beynəlxalq hüququn universal prinsiplərinin müdafiəsi baxımından vacibdir.
Ermənistandakı son həbslər və insan hüquqları sahəsindəki biabırçı durum Qərb institutlarının obyektivlikdən nə qədər uzaq olduğunu bir daha göstərir. Bu hadisələr bir daha sübut edir ki, insan hüquqları bəhanəsi yalnız siyasi məqsədlərə çatmaq üçün istifadə olunur. Azərbaycan və digər region ölkələri üçün əsas olan öz suveren hüquqlarını qoruyaraq, beynəlxalq münasibətlərdə ədalətli və balanslı yanaşma tələb etməkdir.
Qərbin ikili standartlarına yalnız diplomatik bəyanatlarla deyil, həm də real siyasət və strateji ittifaqlarla cavab verilməlidir. Bu gün Azərbaycan bu istiqamətdə düzgün və prinsipial mövqe tutur. Bu isə beynəlxalq arenada nüfuzun və təsirin artmasının əsas şərtlərindən biridir. TREND
Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömr

Qlobal nüvə müharibəsindən sonra sağ qalmaq demək olar ki, mümkün olmay

İyunun 26-da "Axiom Space Ax-4" missiyası çərçivəsində dörd as

İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.

"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işi

Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. "Dun

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə burax�

Sosial şəbəkədə yayılan video görənləri hiddətləndirib.

Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib.

Müğənni Aysun İsmayılova qızı Sevgimin səhhətində problem yarandığı

Məşhur futbolçu Lionel Messi yalnız meydandakı uğurları ilə deyil, həm

Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxa

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Müğənni Qumral Musayeva ilə bağlı paylaşım marağa səbəb olub. Son

Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə ar
