Siqaretə görə 20 illik dostunu
Kriminal 27 İyn 2025 16:30:00 74 0
Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.
Bu xəbəri də oxu: "Opera günləri" layihəsində "Xor simfonik musiqi gecəsi" baş tutub FOTO
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ağır cinayətin "qəhrəmanları" 20 illik dost olublar.
Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub.
İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.
Fərzalı üzünü turşudaraq Rəhmana "cibinə siqaret al, qoy", dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.
Rəhman məhkəmədə həmin günü belə xatırlayıb: "Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, "sən heç vaxt cibinə siqaret qoymursan". Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur..."
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Bayramov qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.
Sosial şəbəkələrdə bir neçə şəxs imkansızlıq səbəbindən orqanlar�

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "O

Müğənni Səidə Sultan toyların birində görüntülənib. Son.az xəbər

Dünyanın ən populyar mesajlaşma platforması olan "WhatsApp" is

Bakıda kürəkənə olunan hədiyyə böyük marağa səbəb olub. Son.az x�

Müğənni Roza Zərgərlinin sosial şəbəkədə yayımladığı son video izl

Rusiyanın Leninqrad vilayətində diri-diri basdırılma mərasiminin keçirild

Türkiyə polisi cinayət törətdikdən sonra kişi paltarı geyinib gizlənən

"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.

Son zamanlar vətəndaşların lizinq şirkətləri tərəfindən aldadılması

Xalq artisti Röya Ayxan meyxanaçı Baləlinin duet oxumaq arzusunu gözündə

Qəhvə ilə qoz-fındıq yalnız dadlı deyil, həm də faydalı bir birləşm�

Baş Dövlət Yol Polis İdarəsi avtomobillərdə sərnişin və xüsusilə uş

Yay aylarında bəzi bürcləri həyatlarında böyük dəyişikliklər, yeni im
