Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər
Digərləri 03 Ağu 2025 17:48:00 63 0
Azərbaycanda hər kəsi heyrətə gətirən nadir və psixoloji cəhətdən həssas hadisə baş verib.
Bu haberi de oku: "Daha 40 il yaşayacağam" 90 yaşlı Dalay Lama
13 il boyunca ailəsi və cəmiyyət tərəfindən qız uşağı kimi tanınan azyaşlı, gerçək kimliyini kəşf etdikdən sonra həyatını tamamilə dəyişdirib.
Son.az xəbər verir ki, yeniyetmə uzun müddətdir daxili psixoloji narahatlıqlar yaşayırmış və bu səbəbdən bir neçə peşəkar psixoloqla görüşdürülüb. Mütəxəssislərlə aparılan dərin söhbətlər nəticəsində onun əslində özünü oğlan kimi hiss etdiyi və yanlış cinsiyyətlə böyüdüyü üzə çıxıb.
Ailə və həkimlərin qərarı ilə azyaşlıya tibbi yardım göstərilib və o, cinsiyyət dəyişdirmə əməliyyatı olunaraq rəsmi olaraq oğlan cinsiyyətini qəbul edib. Hazırda uşağın vəziyyətinin stabil olduğu və psixoloji dəstəyin davam etdiyi bildirilir.