Kartof pomidordan yaranıbmış Araşdırma


Digərləri 03 Ağu 2025 23:50:00 70 0

Kartof pomidordan yaranıbmış  Araşdırma

Yeni tədqiqat nəticəsində kartofun mənşəyi barədə uzun müddətdir davam edən suallara aydınlıq gətirilib.

Bu haberi de oku: Elçin Əfəndiyev vəfat etdi

Son.az xəbər verir ki, Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının alimləri tərəfindən aparılan genetik analizlərə görə müasir kartof növləri təxminən 9 milyon il əvvəl Cənubi Amerikada vəhşi pomidor bitkisi ilə kartofa bənzər bir başqa bitkinin təbii şəkildə çarpaz tozlanması nəticəsində meydana gəlib.

"Cell" jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, bu hibridləşmə hadisəsi nəticəsində ilk dəfə torpaq altında kartofun əsas qida hissəsi formalaşıb. Tədqiqatçılar bu prosesi mümkün edən iki əsas geni də müəyyən ediblər. Pomidorda yeyilən hissə meyvə olduğu halda, kartofda bu hissə torpaqaltı yumrulardır.

Bu hibrid bitki And dağlarının sürətlə yüksəldiyi dövrdə soyuq və quraq iqlimə uyğunlaşaraq geniş yayılıb.