Masazırda ana qızına işgəncə verib? DİNdən AÇIQLAMA


Digərləri 03 Ağu 2025 22:20:00 86 0

Masazırda ana qızına işgəncə verib?  DİNdən AÇIQLAMA

Abşeron rayonun Masazır qəsəbəsində 8 yaşlı qıza anası tərəfindən işgəncə verildiyi, onun bədənində siqaret söndürüldüyü iddia olunur.

Son.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, uşağın bədənində işgəncə izləri var.

Uşağın anası Fatimə Mahmudova iddiaları təkzib edib və bildirib ki, bu, onunla ədavəti olan şəxslərin qərəzli paylaşımlarıdır.