Son zamanlar cinayətlər ən çox “WhatsApp” üzərindən törədilib


Digərləri 03 Ağu 2025 21:30:00 95 0

Son zamanlar cinayətlər ən çox “WhatsApp” üzərindən törədilib

Rusiyada sosial şəbəkə və messencerlər üzərindən törədilən cinayətlərin əksəriyyəti Telegram və WhatsApp vasitəsilə həyata keçirilir.

Son.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunur ki, son bir həftədə Telegram üzərindən 414, WhatsApp üzərindən isə 313 cinayət qeydə alınıb. Sosial şəbəkələr arasında "VKontakte" vasitəsilə 19, "Odnoklassniki" ilə isə yalnız bir cinayət hadisəsi baş verib.

Nazirlik əlavə edib ki, dələduzlar bəzi hallarda Rusiya Dövlət Xidmətləri (Gosuslugi) portalından da istifadə edirlər. Onlar bu portal vasitəsilə vergi güzəştləri almağa çalışır və bunun üçün vətəndaşların pasport məlumatları, SNILS nömrəsi, kredit tarixçəsi və daşınmaz əmlaka dair məlumatlarını ələ keçirirlər.