Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi


Digərləri 03 Ağu 2025 23:58:00 72 0

Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi

Kanadanın Toronto şəhərində yaşayan Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlov vəfat edib.

Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Bildirilir ki, Sadiq Vətən müharibəsində könüllü olaraq Kanadadan Azərbaycana gəlib və döyüşlərdə iştirak edib.

Ailəsi mərhumun cənazəsini Azərbaycana gətirmək istəyir. Lakin ailənin maddi gücü buna imkan vermir.

Mərhumun yaxınları onun cənazəsinin vətənə gətirilməsi üçün kömək istəyir.