Enerji içkiləri bu xəstəliklərə


Digərləri 04 Ağu 2025 02:02:00 59 0

Enerji içkiləri bu xəstəliklərə

Enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.

Son.az-ın verdiyi məlumata görə, bu barədə diyetoloq, psixoterapevt, professor Mixail Qinzburq məlumat verib.

"Enerji içkiləri üç əsas istiqamətdə təhlükə yaradır: ürək-damar və sinir sisteminə, həmçinin maddələr mübadiləsinə mənfi təsir göstərir, şəkərli diabetin inkişaf riskini artırır. Onlar xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Yeniyetmələrin ürək-damar sistemi hələ tam formalaşmayıb və buna görə də, enerji içkilərinə qeyri-adi dərəcədə kəskin reaksiya verə bilərlər - məsələn, ürək döyüntüsünün sürətlənməsi və təzyiqin yüksəlməsi. Ürək-damar sistemi üçün belə təsir kifayət qədər ciddi ola bilər", - deyə Qinzburq izah edib.

Enerji içkilərində yüksək miqdarda şəkər olduğu üçün onların həddindən artıq istifadəsi də təhlükəlidir.