İmmuniteti möhkəmləndirən əsas qida məhsulları


Digərləri 04 Ağu 2025 04:04:00 64 0

İmmuniteti möhkəmləndirən əsas qida məhsulları

"Optimal immun funksiyanı qorumaq üçün əsas amil balanslı qidalanmadır. Göbələklərdə, balıqda və yumurtada mövcud olan "D" vitamini immun sisteminin fəaliyyətini yaxşılaşdırır, ət və paxlalılarda olan sink virusların yayılmasını ləngidir, Braziliya qozu və dəniz məhsullarında olan selen isə hüceyrələri oksidləşmədən qoruyur".

Son.az-ın xəbərinə görə, bu barədə nutrisioloq-texnoloq Liliya Fedulova məlumat verib.

Mütəxəssis qeyd edib ki, rasionda mütləq "C" vitamini, beta-karotin ("A" vitamininin prekursoru) və polifenollarla zəngin fərqli rəngli meyvə və tərəvəzlər olmalıdır.

"Bu maddələr selikli qişaların baryer funksiyasını gücləndirir və hüceyrələrə zərər verən sərbəst radikalları neytrallaşdırır", - deyə o bildirib.

Həmçinin mütəxəssis qoz-fındıq və tumlarda olan "E" vitaminini unutmamağı tövsiyə edib.