"Daha 40 il yaşayacağam" 90 yaşlı Dalay Lama
Digərləri 03 Ağu 2025 19:14:00 85 0
Minlərlə tibetli rahib özlərinin ruhani lideri XIV Dalay Lamanın 90 illik yubileyini qeyd etmək üçün Hindistanın Himalay dağlarında Dharamsala şəhərinə yığışıb.
Bu haberi de oku: Bu gün imtahan var
Son.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Dünyanın aparıcı sülh müdafiəçisinin şərəfinə keçirilən mərasimdə Dalay Lamanın davamçıları, o cümlədən Hollivud aktyoru Riçard Gir iştirak edib.
İyulun 5-də keçirilən mərasimdə Dalay Lama izləyicilərini əla fiziki vəziyyətdə olduğuna əmin edib və daha 40 il yaşayacağını bildirib.
Bu həftə Dalay Lama 600 illik ənənənin onun ölümü ilə sona çata biləcəyi ilə bağlı fərziyyələrə son qoyub. Tibetin ruhani lideri Çinin etirazlarına baxmayaraq, tezliklə yeni liderin meydana çıxacağını və reinkarnasiya ənənəsinin davam edəcəyini vurğulayıb.