Azərbaycanda istilər bu tarixədək davam edəcək
Digərləri 03 Ağu 2025 14:10:00 66 0
Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir.
Bu haberi de oku: Sərvər uzun müddət sonra üzə çıxdı FOTO
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.
Kaynak: milli.az