Qaxda narkotik satan qonşular saxlanılıdı


Digərləri 02 Fev 2024 08:45:00 150 0

Qaxda narkotik satan qonşular saxlanılıdı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri - əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb.

Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitələri ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərindən satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. Həmin əraziyə baxış keçirilərkən isə çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlar ifadələrində narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Davam etdirilən tədbirlərlə Firuz Yusifovun narkotik vasitəni satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilərkən F.Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Paytaxtda 8 yolda sıxlıq müşahidə olunur like
  • 02 Fev 08:43  
Digərləri Paytaxtda 8 yolda sıxlıq müşahidə olunur

Bakının 8 küçə və prospektində sıxlıq müşahidə olunur.

arrow Ətraflı
ÜSTdən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050ci ilə qədər... like
  • 02 Fev 08:40  
Digərləri ÜSTdən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050ci ilə qədər...

Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) dünyada xərçəng xəstəliyinin a

arrow Ətraflı
Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib like
  • 02 Fev 08:37  
Digərləri Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkila

arrow Ətraflı
İrəvanın ehtirasını kim alovlandırır?  "NATOya inam yoxdur, Azərbaycan və Türkiyənin..." like
  • 02 Fev 08:35  
Digərləri İrəvanın ehtirasını kim alovlandırır? "NATOya inam yoxdur, Azərbaycan və Türkiyənin..."

"Biz Ermənistanla bugünkü ikitərəfli münasibətlərdən razıyıq. H�

arrow Ətraflı
Bayden 4 israilliyə qarşı sanksiya tətbiq etdi like
  • 02 Fev 08:26  
Dünya Bayden 4 israilliyə qarşı sanksiya tətbiq etdi

ABŞ Prezidenti Co Bayden İordan çayının qərb sahilində zorakılıq inside

arrow Ətraflı
ABŞ Zalujnını prezident görmək istəyir like
  • 02 Fev 08:21  
Dünya ABŞ Zalujnını prezident görmək istəyir

ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zaljn�

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 02 Fev 08:16  
Dünya Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında 5 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər like
  • 02 Fev 08:15  
Dünya Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Kocaeli şəhərində silahlı

arrow Ətraflı
Zamiq Mərdəkanda izdihamla qarşılandı like
  • 02 Fev 08:12  
Şou-biznes Zamiq Mərdəkanda izdihamla qarşılandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərd�

arrow Ətraflı
Türkiyədə ağır yol qəzasında 19 nəfər yaralanıb like
  • 02 Fev 07:59  
Dünya Türkiyədə ağır yol qəzasında 19 nəfər yaralanıb

Türkiyədə Şimali Mərmərə magistral yolunun Çekmeköy ərazisində avtobu

arrow Ətraflı
Onlar 40 yaşından sonra iş tapa bilmirlər... like
  • 02 Fev 07:55  
Digərləri Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim.

arrow Ətraflı
Sümükləri qorumaq üçün like
  • 02 Fev 07:50  
Digərləri Sümükləri qorumaq üçün

Sümüklər canlı toxumalardan ibarətdir. Köhnə sümük toxuması daim yeni

arrow Ətraflı
Bakıda taksi piyadanı vurdu like
  • 02 Fev 07:44  
Digərləri Bakıda taksi piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət a

arrow Ətraflı
Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk like
  • 02 Fev 07:39  
Dünya Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk

Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığı

arrow Ətraflı
Zalujnı sükutu pozdu: Rusiyanın üstünlüyü... like
  • 02 Fev 07:31  
Dünya Zalujnı sükutu pozdu: Rusiyanın üstünlüyü...

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı istefası ilə

arrow Ətraflı