Onlar 40 yaşından sonra iş tapa bilmirlər...


Digərləri 02 Fev 2024 07:55:00 194 0

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" 

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib.

O, sosial şəbəkələrdə məsələ ilə bağlı paylaşım edəndən sonra balet artistlərinin təqaüd yaşı ətrafında müzakirələr başlayıb.

Jurnalist qeyd edib ki, sözügedən sənətçilərin maaşlarında da uzun müddətdir ki, artım yoxdur: "Mənim 40 yaşlı dostum ayda 700 manat məvacib alır, zədəsiz yeri yoxdur. Saçı artıq ağarıb, səhnəyə çıxmamışdan makinanın kopya kağızını başına sürtüb, üstündən lak vurur ki, "Geroy-Lyubovnik" rolunu oynasın, zaldakılar onu görəndə, gülməsinlər..."

Dünyada isə balet xoreoqrafiyanın ən yüksək pilləsi sayılır. İncəsənətin bu əvəzsiz növü ilə məşğul olanların əksəriyyəti 35-40 yaşında ondan uzaqlaşmalı olur. İstədi-istəmədi... 

Çünki balet eyni zamanda burxulan biləklər, ayaqda çatlar, qaralmış dırnaqlar deməkdir. Yaş artdıqca nəzarətdə saxlanılması çətin olan bədən çəkisi də onun düşmənidir. Siz heç baletə gedəndə 65 yaşlı balerun və ya balerina görmüsünüz?! Bu yaşı tələb edən rollar üçün əksər hallarda qrim işə düşür. Təqaüddə olan keçmiş balet artistləri isə gənclərə tamaşaçı kürsüsündən baxır. 

Hətta İlyas Əfəndiyevin əsərinin motivləri əsasında ekranlaşdırılmış məşhur "Mənim günahım" tamaşasında belə baş rollardan biri Nurcahan (Amaliya Pənahova) 40 yaşında səhnə ilə vidalaşmağa çalışan balerina kimi təsvir edilir.

Yəni balet artisti olmaq qısamüddətli karyera sayılır, bəs təqaüdə çıxana qədər bu sənətin sahibləri nə etsinlər? 

Mövzu ilə bağlı Xalq artisti Təranə Muradovanın fikrini soruşduq. Tanınmış rəqqasə deyir ki, sadəcə balet yox, ümumi xoreoqrafiya sənəti ilə məşğul olan digər peşəkar insanlar da vaxtında səhnədən getməlidirlər: "Vaxtilə bu sənətin sahibləri 20-25 ildən çox səhnədə oynamırdı. Amma indi belə deyil. Əlbəttə, rəqqaslar, balet ustaları, milli rəqsləri ifa edənlər 65 yaşa qədər çalışa bilər. Lakin profesional səhnə cavanlıq, güc, gözəllik sevir. Fiziki cəhətdən də bu düzgün deyil. Balet rəqs növündə yaş artdıqca, işləmək çətinləşir, müxtəlif zədələr yaranır. Axı yaşlı insan balet oynaya bilməz. 

İnsanlar gəlir, böyük bir məktəb keçir, akademiyada oxuyurlar və sonra fəaliyyət göstərirlər, dünyada Azərbaycanı təmsil edirlər. Solistlər, xalq artistləri prezident təqaüdünə layiq görülüb. Bu da 100 nəfərdən 2-3-nə aid olur. Amma digərləri işləyə bilməyib çıxanda işsiz qalırlar. Hamı baletmeyster, müəllim ola bilməz axı... Buna görə də sənətçi vaxtında səhnədən getməlidir ki, təqaüdünü də ala bilsin. 

Hər il akademiyadan yüzlərlə tələbə buraxılır. Onlar gedib dövlət kollektivlərində işləməlidirlər. Uzun illər bu sahədə işləyənlər təqaüdə çıxmamış bunlar necə işə götürülə bilərlər? Buna görə ştat da yoxdur. Rəhbər də deyə biləməz ki, "sən təqaüdə getməlisən". Axı təqaüd yoxdur. Həmin insanlar bilmir ki, gedib harada işləsin. Bu, çox ciddi problemdir. Çünki bu gün bu vəziyyəti görən valideynlər övladlarını bu sahəyə yönləndirmək istəmirlər. Bu da sənətin inkişaf etməməsinə səbəb olacaq. Biz bununla bağlı müraciət etmişik. Çox ümid edirik ki, baxılacaq və xəbər çıxacaq ki, xoreoqrafiya sənəti ilə məşğul olanlar vaxtında təqaüdə çıxacaqlar".

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi bu sahədə aparılan dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sosial sahədə qanunvericilik bazasının, o cümlədən pensiya təyinatının təkmilləşdirilməsi ilə bağlı da ardıcıl və mütəmadi tədbirlər həyata keçirilir. 

Mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda əlaqəli qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsi istiqamətində də məsələlər nəzərdən keçirilir və bununla bağlı işçi qrup fəaliyyət göstərir. Müvafiq dövlət strukturları ilə razılaşdırılmaqla qanunvericiliyin tələbləri çərçivəsində bu məsələyə baxılmaqdadır".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa isə məsələnin parlamentdə qaldırılmasının nəzərdə tutulduğunu bildirib: "Tamamilə haqlı iraddır. Artıq bir neçə dəfə bununla bağlı müraciətlər etmişik. Elə sənət sahələri var ki, orada mütləq nəzərə alınmalıdır. Bu sahədə də nə qədər adam var ki? Heç say olaraq 100 nəfəri keçməz. Buna görə də, onların 40 yaşından sonra təqaüdə çıxmasını təmin etmək lazımdır. Eləsi var ki, məktəbdə müəllim olaraq tədris prossesindən pul qazana bilir. Amma arasında belə imkanları olmayanlar da var. Buna görə də bu məsələ ətrafında düşünməliyik və problemin həll olunmasına çalışmalıyıq". 

Müzakirələrə səbəb olan məsələyə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin də (ƏƏSMN) münasibətini öyrənmək istədik. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən verilən məlumata görə, balet artistlərinin pensiya yaş həddinin 65 yaş olması ilə bağlı qeyd edilənlər doğru deyil: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı"nda incəsənətin xüsusi sahələrində çalışanlar, o cümlədən  balet artistləri də qeyd edilib.  Balet artistləri də güzəştli şərtlərlə daha erkən dövrdə yaşa görə əmək pensiyası hüququ olan kateqoriyalar sırasındadır. Qanunvericiliyə görə, həmin şəxslərə 5 il tez yaşa görə pensiya hüququ verilir. Yəni, balet artistləri olan kişilərin pensiya yaş həddi hazırda 60, qadınların isə 58,5 yaşdır".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sümükləri qorumaq üçün like
  • 02 Fev 07:50  
Digərləri Sümükləri qorumaq üçün

Sümüklər canlı toxumalardan ibarətdir. Köhnə sümük toxuması daim yeni

arrow Ətraflı
Bakıda taksi piyadanı vurdu like
  • 02 Fev 07:44  
Digərləri Bakıda taksi piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət a

arrow Ətraflı
Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk like
  • 02 Fev 07:39  
Dünya Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk

Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığı

arrow Ətraflı
Zalujnı sükutu pozdu: Rusiyanın üstünlüyü... like
  • 02 Fev 07:31  
Dünya Zalujnı sükutu pozdu: Rusiyanın üstünlüyü...

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı istefası ilə

arrow Ətraflı
Bu faydalı qida da çox yeyəndə dərd verir like
  • 02 Fev 07:26  
Digərləri Bu faydalı qida da çox yeyəndə dərd verir

Sağlamlıq üçün bir çox faydası olan acı bibərin həddindən artıq isti

arrow Ətraflı
Zəlzələdə oğlunu, gəlinini və nəvələrini itirən qadın like
  • 02 Fev 07:23  
Dünya Zəlzələdə oğlunu, gəlinini və nəvələrini itirən qadın

Ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən z

arrow Ətraflı
Husilər Britaniya gəmisinə hücum etdi like
  • 02 Fev 07:20  
Dünya Husilər Britaniya gəmisinə hücum etdi

Yəməndəki Husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən Britaniy

arrow Ətraflı
Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı like
  • 02 Fev 07:14  
Dünya Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı

Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya m�

arrow Ətraflı
Həftədə bir dəfə seksin faydaları like
  • 02 Fev 07:05  
Digərləri Həftədə bir dəfə seksin faydaları

Müntəzəm cinsi əlaqə qadın sağlamlığı üçün faydalıdır.

arrow Ətraflı
Bu 4 BÜRCÜN qisməti açıldı, nişan hazırlıqlarına başlayın like
  • 02 Fev 06:59  
Digərləri Bu 4 BÜRCÜN qisməti açıldı, nişan hazırlıqlarına başlayın

Veneranın bürclər arasında səyahəti romantikanı və müsbət qarşılıql

arrow Ətraflı
Dünyanın ən yaşlı videobloqeri o oldu like
  • 02 Fev 06:53  
Dünya Dünyanın ən yaşlı videobloqeri o oldu

Çinli təqaüdçü dünyanın ən yaşlı videobloqeri olub.

arrow Ətraflı
Goranboy sakinin itkin düşdüyü zaman yaddaşını itirən idman müəllimi: “Qumar oynayırdıq” like
  • 02 Fev 06:35  
Digərləri Goranboy sakinin itkin düşdüyü zaman yaddaşını itirən idman müəllimi: “Qumar oynayırdıq”

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovu

arrow Ətraflı
“Rusiya artıq Ermənistanın hərbi tərəfdaşı ola bilməz” like
  • 02 Fev 06:20  
Digərləri “Rusiya artıq Ermənistanın hərbi tərəfdaşı ola bilməz”

"Ermənistan kiminlə hərbi əməkdaşlığı inkişaf etdirməli olduğun

arrow Ətraflı