Naxçıvan Nazirlər Kabinetindən yeni QƏRARLAR


Digərləri 01 Fev 2024 19:43:00 182 0

Naxçıvan Nazirlər Kabinetindən yeni QƏRARLAR

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən yanvar ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilib.

Son.az xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 19 yanvar tarixli qərarı ilə "Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Qərarında dəyişiklik olunub.

Dəyişikliyə əsasən, heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələr və qeyri-qanuni vəhşi heyvan ovuna görə tətbiq edilən cərimələr müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına keçirilir.

Nazirlər Kabinetinin 2024-cü il 22 yanvar tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin say həddi cəmi 195 ştat vahidi olmaqla, nazirliyin Aparatının işçilərinin say həddi 65, Dövlət Maliyyə Nəzarəti İdarəsinin işçilərinin say həddi 25, yerli bölmələrinin işçilərinin say həddi 98, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin işçilərinin say həddi isə 7 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinin "Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında nişanlanma xətlərinin ölçülərinin müəyyən edilməsi haqqında" qərarı ləğv edilib.

Qurumun 2024-cü il 30 yanvar tarixli qərarı ilə "Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının, Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin və Sədərək Rayon Su Monitorinq Laboratoriyasının ştat cədvəllərinin təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsinin yaradılması və nazirliyin tabeliyindəki bəzi qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında", "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında", "Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvələrinin təsdiq edilməsi haqqında" qərarlarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatına "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti", "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi" sözləri daxil edilib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ceyhun Bayramov Saymon Stil ilə görüşdü like
  • 01 Fev 19:38  
Siyasət Ceyhun Bayramov Saymon Stil ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üz

arrow Ətraflı
Azərbaycanda qadın uşaqlarını atıb evdən qaçdı, sevgilisi isə... like
  • 01 Fev 19:33  
Kriminal Azərbaycanda qadın uşaqlarını atıb evdən qaçdı, sevgilisi isə...

Neftçala rayonunda 1984-cü il təvəllüdlü Tamerlan qeyri-rəsmi ər-arvad m

arrow Ətraflı
103 yaşlı kişi 49 yaşlı qadınla evləndi  FOTO like
  • 01 Fev 19:27  
Dünya 103 yaşlı kişi 49 yaşlı qadınla evləndi FOTO

103 yaşlı qoca 49 yaşlı qadınla evlənib. Hadisə Hindistanda baş verib. 

arrow Ətraflı
Türkiyədə qumar saytı açan iranlı ölkəsinə təhvil verildi  FOTO like
  • 01 Fev 19:20  
Digərləri Türkiyədə qumar saytı açan iranlı ölkəsinə təhvil verildi FOTO

Türkiyədə saxlanılan onlayn mərc və qumar saytının təsisçisi Məsud T�

arrow Ətraflı
Saxta sənədlə sərhədi keçmək istəyənlərin sayı açıqlandı like
  • 01 Fev 19:14  
Digərləri Saxta sənədlə sərhədi keçmək istəyənlərin sayı açıqlandı

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində dö

arrow Ətraflı
Çexiya parlamentinin sədri İrəvanda səsləndirdiyi bəyanatları təkzib etdi like
  • 01 Fev 19:08  
Siyasət Çexiya parlamentinin sədri İrəvanda səsləndirdiyi bəyanatları təkzib etdi

Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib.

arrow Ətraflı
ÜST qızılca ilə bağlı xəbərdarlıq etdi like
  • 01 Fev 19:06  
Dünya ÜST qızılca ilə bağlı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45

arrow Ətraflı
Bu bürclər fevralda xəyalına çatacaq  Eşq sizi gözləyir like
  • 01 Fev 19:00  
Digərləri Bu bürclər fevralda xəyalına çatacaq Eşq sizi gözləyir

Astroloqlara görə, 3 bürc fevral ayında həyatının sevgisi ilə qarşıla�

arrow Ətraflı
Bakıda ev qiymətinə samovar satılır  FOTO like
  • 01 Fev 18:48  
Digərləri Bakıda ev qiymətinə samovar satılır FOTO

Bakıda 200 000 manata samovar satılır.

arrow Ətraflı
Müştəri sürücünü güllələdi: “Hər adama etibar etmə”  VİDEO like
  • 01 Fev 18:20  
Digərləri Müştəri sürücünü güllələdi: “Hər adama etibar etmə” VİDEO

İzmirin Qaziemir şəhərində taksi sürücüsü soyuqda üşüməsin deyə g�

arrow Ətraflı
Mərakeş qəzeti Azərbaycan haqqında məqalə dərc etdi like
  • 01 Fev 18:18  
Siyasət Mərakeş qəzeti Azərbaycan haqqında məqalə dərc etdi

Mərakeşin müstəqil "La Vie Éco" qəzeti Prezident İlham Əliyevi

arrow Ətraflı
"Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər" like
  • 01 Fev 18:12  
Siyasət "Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər"

Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli i

arrow Ətraflı
Azərbaycanlı müğənni Messi ilə like
  • 01 Fev 18:07  
Şou-biznes Azərbaycanlı müğənni Messi ilə

Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı

arrow Ətraflı