"Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər"


Siyasət 01 Fev 2024 18:12:00 181 0

"Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər"

Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli iddialar Avropda başladılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın guya müharibəyə hazırlaşdığı ilə bağlı cəfəng iddianın isə heç bir əsası yoxdur.

Son.az xəbər verir ki. bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Ermənistana sülh təklif etdi və azad etdiyi ərazilərinin bərpası prosesinə start verdi.

"Bəzi Qərb dairələri isə Azərbaycana qarşı qərəzli siyasətlərini genişləndirməyə çalışırlar. AŞPA qış sessiyasında çirkin qaralama kampaniyasının tərkib hissəsi olaraq Azərbaycan nümayəndə heyətinin cari il üçün etimadnaməsi əssassız ittihamlarla təsdiqlənmədi. Kənardan idarə olunma təəssüratı yaradan bu siyasi şou AŞPA-da fikir plüralizmi və söz azadlığı deyil, təşkilatlanmış, kütləviləşdirilmış qərarların icra olunduğunu ortaya qoydu.

Niderland parlamanetinin nümayəndələrinin Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə cəfəng mülahizələri isə ölkəmizə qarşı olan qərəzin nümunəsidir. Niderlandlı parlamanetarilər Azərbaycanın azad olunmuş ərazilərdə gördüyü işləri, sülhə verdiyi töhfəni, ümumilikdə bölgənin inkişafı üçün atdığı addımları görməzdən gəlirlər. Görünür, onlara da göstəriş verilib ki, AŞPA-dakı qərəzi onlar da davam etdirsinlər.

Azərbaycan azad olunmuş ərazilərin bərpasına milyardlarla manat vəsait yatırıb və sürətlə əraziləri bərpa edir, yenidən qurur. Həmin ərazilər uzun illər işğalçı Ermənistan tərəfindən dağıdılıb, talan edilib. Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir.

Azərbaycan Cənubi Qafqazda birgəyaşayışı, sülhü təşviq edən başlıca ölkədir", - deyə A.Qarayev əlavə edib.

Polkovnik qeyd edib ki, Niderland parlamentinin İkinci Palatasının Xarici əlaqələr komitəsinin iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilməsi heç də təsadüfi deyil:

"Bir sıra Qərb dairələri bir neçə müddətdir ki, Azərbaycanın artan nüfuzuna, siyasi gücünə, hərbi qüdrətinə qısqanclıqla yanaşırlar və ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Onlar ən çirkin yollara əl atmaqdan da çəkinmirlər.

Avropa ölkələrinin parlamentləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərini dəstəkləmək əvəzinə, prosesə ciddi cəhdlə mane olmağa çalışırlar. Lakin bütün bu cəhdlər, bəyanatlar, qətnamələr separatçılıqla mübarizə aparıb qalib gələn Azərbaycan dövlətinin əzminə heç bir təsir göstərə bilməz". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azərbaycanlı müğənni Messi ilə like
  • 01 Fev 18:07  
Şou-biznes Azərbaycanlı müğənni Messi ilə

Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı

arrow Ətraflı
Fərəməz Əliyev vəfat etdi like
  • 01 Fev 17:55  
Digərləri Fərəməz Əliyev vəfat etdi

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Səbail Rayon Sukanal İda

arrow Ətraflı
Audiovizual Şura “Baku TV”yə xəbərdarlıq etdi like
  • 01 Fev 17:27  
Digərləri Audiovizual Şura “Baku TV”yə xəbərdarlıq etdi

01 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın

arrow Ətraflı
Prokurorlara daha bir səlahiyyət verildi like
  • 01 Fev 17:26  
Digərləri Prokurorlara daha bir səlahiyyət verildi

Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və

arrow Ətraflı
Xəyyam nağarada çaldı, Aygün oynadı  VİDEO like
  • 01 Fev 17:21  
Şou-biznes Xəyyam nağarada çaldı, Aygün oynadı VİDEO

Xalq artisti Aygün Kazımova ilə Əməkdar artist Xəyyam Nisanovun maraqlı g

arrow Ətraflı
Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi keçirildi like
  • 01 Fev 17:10  
Digərləri Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi keçirildi

Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun

arrow Ətraflı
Kürçaylı Məmmədov direktor təyin olundu like
  • 01 Fev 16:56  
Digərləri Kürçaylı Məmmədov direktor təyin olundu

Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor tə

arrow Ətraflı
"Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..."  FOTO like
  • 01 Fev 16:49  
Şou-biznes "Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..." FOTO

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəs

arrow Ətraflı
Daha bir şagird vəfat etdi like
  • 01 Fev 16:27  
Digərləri Daha bir şagird vəfat etdi

Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbi

arrow Ətraflı
Aytən şantaj edildiyi üçün özünü öldürübmüş... like
  • 01 Fev 16:23  
Kriminal Aytən şantaj edildiyi üçün özünü öldürübmüş...

Bərdədə intihar edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı

arrow Ətraflı
Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqlədi like
  • 01 Fev 16:22  
Digərləri Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqlədi

Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tən

arrow Ətraflı
Nizami rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş konfrans keçirildi like
  • 01 Fev 16:19  
Digərləri Nizami rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş konfrans keçirildi

Nizami Rayon İcra Hakimiyyətində 2 fevral - Azərbaycan Gəncləri Gününə

arrow Ətraflı
Buraxılış imtahanlarının tarixi açıqlandı  Cədvəl like
  • 01 Fev 15:57  
Digərləri Buraxılış imtahanlarının tarixi açıqlandı Cədvəl

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış

arrow Ətraflı
Nigar Orucovaya vəzifə verildi like
  • 01 Fev 15:28  
Digərləri Nigar Orucovaya vəzifə verildi

Sumqayıt Texnologiyalar Parkında (STP) yeni təyinat olub.

arrow Ətraflı
BDUnun tələbəsi vəfat etdi like
  • 01 Fev 15:14  
Digərləri BDUnun tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib.

arrow Ətraflı