Audiovizual Şura “Baku TV”yə xəbərdarlıq etdi


Digərləri 01 Fev 2024 17:27:00 180 0

Audiovizual Şura “Baku TV”yə xəbərdarlıq etdi

01 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmiş və "Baku TV" kanalının efirində yayımlanan, sonradan həmin kanalın veb-saytında və sosial şəbəkə platformalarında yerləşdirilən, habelə digər onlayn media subyektlərinin saytlarında yayımlanaraq geniş rezonans doğuran "Arzunun vaxtı" proqramının 29 yanvar 2024-cü il tarixli buraxılışnda yer alan mövzu müzakirə olunub.

Şuradan Son.az-a verilən məlumata görə, həmin proqram 16 yaşlı yeniyetmə qız və 32 yaşlı fiziki əlilliyi olduğu bildirilən gəncin evlənməsinə həsr olunmuş, onlardan müsahibə alınmışdır. Məlum olmuşdur ki, həmin yeniyetmə qız və gənc oğlan artıq bir neçə müddətdir ki, öz istəkləri ilə birgə ər-arvad münasibətlərində yaşayır və yaxın zamanlarda (qızın 17 yaşı tamam olanda) nikah bağlamalarını nəzərdə tuturlar.

Proqram zamanı onun aparıcısının bir neçə dəfə 18 yaşına çatmamış şəxsin qeyri-nikah əlaqələrində olaraq digər şəxslə birgə yaşama faktını pisləyən mesajlar verməsinə baxmayaraq, verilən suallar, həmin suallara cavablar, bu əməli etmiş şəxslər üçün yardım toplanması kampaniyasının keçirilməsi halı, əslində erkən nikahın əks-təbliği üçün nəzərdə tutulan proqramı faktiki olaraq həmin erkən nikahın təbliğinə yol açan vasitəyə çevirmişdir.

Audiovizual Şuranın mütəxəssislərinin apardıqları monitorinqlər və tərtib olunmuş hüquqi rəyə əsaslanaraq bildiririk ki, qeyd olunmuş fakt, yəni, müsahibə zamanı aparıcı və müsahiblər arasında dialoqda səsləndirilən fikirlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.2-ci maddəsində öz əksini tapmış "cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya", eyni zamanda həmin Qanunun 4.2.4-cü maddəsində nəzərdə tutulmuş "ailə institutunu nüfuzdan salan informasiya" olmaqla uşaqlar arasında dovriyyəsi qadağan edilən informasiyaya aid oluna bilər. "Media haqqında" Qanunun 14.1.15-ci bəndinə əsasən, mediada dərc olunan və ya yayımlanan informasiyada "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Bu səbəbdən yuxarıda qeyd olunan müsahibə eyni zamanda bu müddəanın da pozulması və nəticə olaraq inzibati xəta kimi təfsir oluna bilər.

Audiovizual Şuranın üzvləri müzakirələr aparmış və ümumi mövqe o olmuşdur ki, proqramda işıqlandırılan hadisə və mövzu birtərəfli və natamam şərh olunmuş, bir sıra qanunvericilik tələbləri pozulmuşdur. "Baku TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri yayımçıya yalnız xəbərdarlıq edilməsini dəstəkləmiş, ümumən bütün media nümayəndələrinə belə həssas hadisələrin müzakirəsi zamanı daha peşəkar olmalarını, müvafiq dövlət qurumları ilə kommunikasiya yaradaraq hadisənin daha dolğun işıqlandırmalarını, ümumən qanunvericiliyin tələblərini və ümumi qəbul olunmuş ictimai normaları əsas tutmalarını tövsiyə etmişlər. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Prokurorlara daha bir səlahiyyət verildi like
  • 01 Fev 17:26  
Digərləri Prokurorlara daha bir səlahiyyət verildi

Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və

arrow Ətraflı
Xəyyam nağarada çaldı, Aygün oynadı  VİDEO like
  • 01 Fev 17:21  
Şou-biznes Xəyyam nağarada çaldı, Aygün oynadı VİDEO

Xalq artisti Aygün Kazımova ilə Əməkdar artist Xəyyam Nisanovun maraqlı g

arrow Ətraflı
Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi keçirildi like
  • 01 Fev 17:10  
Digərləri Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi keçirildi

Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun

arrow Ətraflı
Kürçaylı Məmmədov direktor təyin olundu like
  • 01 Fev 16:56  
Digərləri Kürçaylı Məmmədov direktor təyin olundu

Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor tə

arrow Ətraflı
"Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..."  FOTO like
  • 01 Fev 16:49  
Şou-biznes "Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..." FOTO

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəs

arrow Ətraflı
Daha bir şagird vəfat etdi like
  • 01 Fev 16:27  
Digərləri Daha bir şagird vəfat etdi

Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbi

arrow Ətraflı
Aytən şantaj edildiyi üçün özünü öldürübmüş... like
  • 01 Fev 16:23  
Kriminal Aytən şantaj edildiyi üçün özünü öldürübmüş...

Bərdədə intihar edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı

arrow Ətraflı
Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqlədi like
  • 01 Fev 16:22  
Digərləri Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqlədi

Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tən

arrow Ətraflı
Nizami rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş konfrans keçirildi like
  • 01 Fev 16:19  
Digərləri Nizami rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş konfrans keçirildi

Nizami Rayon İcra Hakimiyyətində 2 fevral - Azərbaycan Gəncləri Gününə

arrow Ətraflı
Buraxılış imtahanlarının tarixi açıqlandı  Cədvəl like
  • 01 Fev 15:57  
Digərləri Buraxılış imtahanlarının tarixi açıqlandı Cədvəl

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış

arrow Ətraflı
Nigar Orucovaya vəzifə verildi like
  • 01 Fev 15:28  
Digərləri Nigar Orucovaya vəzifə verildi

Sumqayıt Texnologiyalar Parkında (STP) yeni təyinat olub.

arrow Ətraflı
BDUnun tələbəsi vəfat etdi like
  • 01 Fev 15:14  
Digərləri BDUnun tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib.

arrow Ətraflı
Kremldən Ermənistanın BCMə üzv olmasına münasibət like
  • 01 Fev 14:59  
Dünya Kremldən Ermənistanın BCMə üzv olmasına münasibət

"Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasının ikit�

arrow Ətraflı
Meyxanaçı Samirənin qızı geyimi ilə ÇƏTİN ANLAR YAŞADI  VİDEO like
  • 01 Fev 14:53  
Şou-biznes Meyxanaçı Samirənin qızı geyimi ilə ÇƏTİN ANLAR YAŞADI VİDEO

Meyxanaçı-müğənni Samirə Yusifqızının müğənni övladı Fərəh kamer

arrow Ətraflı
Şadlıq sarayında ustanın yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlandı like
  • 01 Fev 14:48  
Kriminal Şadlıq sarayında ustanın yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlandı

Şadlıq sarayında təmir işləri zamanı ustanın yıxılaraq ölməsi faktı

arrow Ətraflı