KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştiraka dəvət edir


Digərləri 01 Fev 2024 18:53:00 195 0

KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştiraka dəvət edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur. Görüşlər Bakı şəhərində və ölkə regionlarında olmaqla onlayn və oflayn formatlarda keçirilir. Mikro, kiçik və orta biznes subyektləri Agentlik tərəfindən mütəmadi olaraq təşkil olunan sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus)

Eyni zamanda sahibkarlar müvafiq dövlət qurumlarının iştirakı ilə sahəvi görüşlərin və maarifləndirici tədbirlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).

Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş və maarifləndirici tədbirlərdə sahibkarlar mövcud dövlət dəstəyi mexanizmləri, yeniliklər barədə məlumatlanlandırılır, onları narahat edən problemlər və həlli yolları müzakirə edilir, KOB-ların ehtiyacları və təklifləri öyrənilir, sahibkarları maraqlandıran suallar cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, sahibkarların təklifləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilir.

İndiyədək KOBİA-nın təşkilatçılığı ilə keçirilən sahəvi görüşlərdə qaldırılan bir sıra problemlər dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində öz müsbət həllini tapıb, səsləndirilən müxtəlif təkliflər dəstək mexanizmlərinin təkmilləşdirilməsi zamanı nəzərə alınıb.

Qeyd edək ki, təkcə 2023-cü ildə KOBİA-nın təşkilatçılığı ilə 131 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 3600-dən çox sahibkar iştirak edib. Görüşlər əsasən kənd təsərrüfatının çayçılıq, üzümçülük, istixana fəaliyyəti, şərabçılıq, heyvandarlıq, quşçuluq sahələrini, turizm, nəqliyyat, logistika, ictimai-iaşə, ticarət, aqrobiznes, idxal-ixrac və reklam fəaliyyəti istiqamətlərini əhatə edib.

Bakıda ev qiymətinə samovar satılır  FOTO like
  • 01 Fev 18:48  
Digərləri Bakıda ev qiymətinə samovar satılır FOTO

Bakıda 200 000 manata samovar satılır.

arrow Ətraflı
Müştəri sürücünü güllələdi: “Hər adama etibar etmə”  VİDEO like
  • 01 Fev 18:20  
Digərləri Müştəri sürücünü güllələdi: “Hər adama etibar etmə” VİDEO

İzmirin Qaziemir şəhərində taksi sürücüsü soyuqda üşüməsin deyə g�

arrow Ətraflı
Mərakeş qəzeti Azərbaycan haqqında məqalə dərc etdi like
  • 01 Fev 18:18  
Siyasət Mərakeş qəzeti Azərbaycan haqqında məqalə dərc etdi

Mərakeşin müstəqil "La Vie Éco" qəzeti Prezident İlham Əliyevi

arrow Ətraflı
"Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər" like
  • 01 Fev 18:12  
Siyasət "Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər"

Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli i

arrow Ətraflı
Azərbaycanlı müğənni Messi ilə like
  • 01 Fev 18:07  
Şou-biznes Azərbaycanlı müğənni Messi ilə

Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı

arrow Ətraflı
Fərəməz Əliyev vəfat etdi like
  • 01 Fev 17:55  
Digərləri Fərəməz Əliyev vəfat etdi

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Səbail Rayon Sukanal İda

arrow Ətraflı
Audiovizual Şura “Baku TV”yə xəbərdarlıq etdi like
  • 01 Fev 17:27  
Digərləri Audiovizual Şura “Baku TV”yə xəbərdarlıq etdi

01 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın

arrow Ətraflı
Prokurorlara daha bir səlahiyyət verildi like
  • 01 Fev 17:26  
Digərləri Prokurorlara daha bir səlahiyyət verildi

Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və

arrow Ətraflı
Xəyyam nağarada çaldı, Aygün oynadı  VİDEO like
  • 01 Fev 17:21  
Şou-biznes Xəyyam nağarada çaldı, Aygün oynadı VİDEO

Xalq artisti Aygün Kazımova ilə Əməkdar artist Xəyyam Nisanovun maraqlı g

arrow Ətraflı
Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi keçirildi like
  • 01 Fev 17:10  
Digərləri Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi keçirildi

Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun

arrow Ətraflı
Kürçaylı Məmmədov direktor təyin olundu like
  • 01 Fev 16:56  
Digərləri Kürçaylı Məmmədov direktor təyin olundu

Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor tə

arrow Ətraflı
"Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..."  FOTO like
  • 01 Fev 16:49  
Şou-biznes "Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..." FOTO

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəs

arrow Ətraflı
Daha bir şagird vəfat etdi like
  • 01 Fev 16:27  
Digərləri Daha bir şagird vəfat etdi

Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbi

arrow Ətraflı
Aytən şantaj edildiyi üçün özünü öldürübmüş... like
  • 01 Fev 16:23  
Kriminal Aytən şantaj edildiyi üçün özünü öldürübmüş...

Bərdədə intihar edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı

arrow Ətraflı