Bakılı məşhur Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa Dolina


Digərləri 28 Yan 2024 23:42:00 175 0

Bakılı məşhur  Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa Dolina

Larisa Aleksandrovna Dolina Kudelman sovet və rus estrada və caz müğənnisi kimi tanınıb, müxtəlif müsabiqə və festivalların laureatıdır, Rusiyanın Xalq artisti fəxri adına layiq görülüb. 

Aktrisa kimi də bir neçə dəfə müxtəlif filmlərdə özünü sınayıb. Hazırda durduğu zirvəyə çatmaq üçün dayanmadan çalışan müğənninin sənət yolu cazla başlayıb, estrada ilə davam edib.

Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakıda anadan olub. O, şou-bizneslə heç bir əlaqəsi olmayan yəhudi ailəsində böyüyüb. Atası Aleksandr Markusoviç inşaatçı, anası Qalina İzrailevna isə maşinist idi.

Larisa 3 yaşında olanda ailəsi ilə birlikdə Odessaya köçüb. Orada violonçel oxumaq üçün musiqi məktəbinə getməyə başlayıb. Artıq yeniyetmə yaşlarında həyatını musiqi ilə bağlamaq qərarına gəlib.

Dolinanın musiqi tərcümeyi-halı 1971-ci ildə "Biz Odessa sakinləriyik" ansamblında başlayıb, sonralar bir neçə başqa qrupda solist olub. Şəhərdə bir qədər populyarlıq qazanan qız işləmək üçün Ermənistana gedib.

Burada Larisa paytaxtın ən nüfuzlu ansambllarından birində vokalçı kimi çalışıb. İrəvanda yaşadığı 4 il ərzində müxtəlif çətinliklərlə, o cümlədən maliyyə problemləri ilə üzləşib. Ermənistan Dövlət Estrada Orkestrinin solisti olduqdan sonra daha orada qalmaq istəməyib, "okean balığı olmaq üçün" Moskvaya üz tutub.

Rusiyadakı fəaliyyəti dövründə çoxlu sayda diplom və mükafatlar alan Dolina Rusiya Federasiyasının Xalq artisti adına yüksəlib. Sabiq prezident Boris Yeltsin tərəfindən "İlin qadını" adına layiq görülüb.

Şəxsi həyatı isə uğurlu alınmayıb. Gah əri ona xəyanət edib, gah o ərinə. Dolina 3 dəfə ərdə olub.

İlk əri caz musiqiçisi və "Sovremennik" orkestrinin keçmiş dirijoru Anatoli Mionçinski idi. Bu birlikdən Angelina adlı bir qız dünyaya gəlib. Angelina doğulduğu gün həkimlər onu xəstəxanadan götürüb başqa yerə köçürdüyünə görə Larisa uzun müddət qızını tapa bilməyib. Uşaq öncə itmiş, sonra oğurlanmış sayılsa da nəhayət tapılıb. İndi həmin itkin qızın özünün də bir qızı var və nənəsi ilə yaşayır. Sənətçinin dediyinə görə, onun Anatolidən ayrılmasına səbəb ərinin spirtli içki aludəçiliyi, eləcə də qarşılıqlı anlaşılmazlıqlar olub. 

32 yaşında Larisa 10 ildən çox yaşadığı gitaraçı Viktor Mityazovla evləndi. Bu ailənin dağılmasına səbəbi Larisanın ərinə xəyanət etməsi olub. Dolina gələcək üçüncü əri, prodüser və gitara ifaçısı İlya Spitsin ilə fırtınalı eşq yaşamağa başlayır.

Maraqlı bir fakt odur ki, üçüncü əri Larisadan 13 yaş kiçik idi və onunla görüşərkən kişi evli idi, hətta kiçik bir oğluda var idi. İlya və Larisanın birlikdə uşaqları olmayıb.

2016-cı ildə Dolina və Spitsin arasındakı münasibətlər pozulmağa başladı və nəticədə boşanma ilə nəticələndi. İlya kənarda başqa bir ailə də saxlayırmış. Buna baxmayaraq, müğənni qalmaqal yaratmadı, hətta keçmiş həyat yoldaşı ilə işgüzar əməkdaşlığını davam etdirdi.

69 yaşlı Dolina hazırda tək yaşayır, indi tez-tez plastik əməliyyatları, kilo alıb- vermələri və qəribə açıqlamaları ilə gündəmə gəlir. Məsələn o hər gün gündə bir neçə dəfə özünü ağlamağa məcbur etdiyini deyib. Buna səbəb dərdlər deyil. Dolina göz yaşlarının insanı mənən təmizlədiyinə inanır.

Mənbə: lent.az

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü like
  • 28 Yan 23:23  
Digərləri Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İmmunoloqdan qripə qarşı sadə üsul: Yoluxma riski 100 dəfə azalır like
  • 28 Yan 23:17  
Digərləri İmmunoloqdan qripə qarşı sadə üsul: Yoluxma riski 100 dəfə azalır

"Tibbi maskalardan düzgün istifadə qripə yoluxma ehtimalını əhəmiyy

arrow Ətraflı
ABŞ ordusunda atışma: əsgər öz yoldaşını öldürdü like
  • 28 Yan 22:59  
Dünya ABŞ ordusunda atışma: əsgər öz yoldaşını öldürdü

ABŞ-ın Texas ştatının mərkəzi hissəsində yerləşən Fort Kavazos hərb

arrow Ətraflı
İmişlidə qəza zamanı piyada ölüb like
  • 28 Yan 22:38  
Digərləri İmişlidə qəza zamanı piyada ölüb

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Mediamızın yeni janrı: iş əvəzinə danışmaq və deyinmək.. like
  • 28 Yan 22:37  
Siyasət Mediamızın yeni janrı: iş əvəzinə danışmaq və deyinmək..

"Mediada danışanlar və yazanlar çoxdur, konkret iş görənlərsə, hey

arrow Ətraflı
“Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib like
  • 28 Yan 22:34  
Dünya “Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib

Nastya İvleyevanın "Mutabor" klubunda keçirdiyi "Çılpaq gec�

arrow Ətraflı
İran ordusu çətin missiya qarşısındadır – like
  • 28 Yan 22:29  
Dünya İran ordusu çətin missiya qarşısındadır –

İran ordusu bu gün tam hazırlığın zirvəsindədir və hər cür təhdidlə

arrow Ətraflı
İordaniyada hərbi bazaya hücum: ABŞ hərbçiləri öldürüldü like
  • 28 Yan 22:24  
Dünya İordaniyada hərbi bazaya hücum: ABŞ hərbçiləri öldürüldü

İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticə

arrow Ətraflı
Kürdəmirdə bir ailənin 4 üzvü qidadan zəhərlənib like
  • 28 Yan 22:10  
Digərləri Kürdəmirdə bir ailənin 4 üzvü qidadan zəhərlənib

Kürdəmir rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

arrow Ətraflı
Ermənistan Azərbaycana hücum etməmək haqqında paktı bağlamağa dəvət edib like
  • 28 Yan 22:07  
Digərləri Ermənistan Azərbaycana hücum etməmək haqqında paktı bağlamağa dəvət edib

"İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha ço

arrow Ətraflı
Azərbaycanda azyaşlı qızılcadan vəfat etdi like
  • 28 Yan 22:02  
Digərləri Azərbaycanda azyaşlı qızılcadan vəfat etdi

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

arrow Ətraflı
İnsanı tox saxlayan like
  • 28 Yan 21:52  
Digərləri İnsanı tox saxlayan

Pəhriz saxlayarkən ən vacib şey ölçülü yeməkdir. Çox yemək problemini

arrow Ətraflı