Mediamızın yeni janrı: iş əvəzinə danışmaq və deyinmək..


Siyasət 28 Yan 2024 22:37:00 178 0

Mediamızın yeni janrı: iş əvəzinə danışmaq və deyinmək..

"Mediada danışanlar və yazanlar çoxdur, konkret iş görənlərsə, heyhat, azdır".

Medianın İnkişafı Agentliyi konkret sahələrdəki bəlli problemlərin həlli ilə məşğuldur. Təbii ki, fəaliyyət ideal deyil, ola da bilməz. Belə iddia ilə çıxış etmək ölkəmizin mifik Hiperboreya olduğunu söyləmək qədər, sadəlövhlük olardı.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının seçilməsi də kütləvi informasiya vasitələrinin cəmiyyətdəki yerinin və çəkisinin artırılmasına yönəlmiş konkret, səbatlı addımdır.

Şurada təmsil olunanların hər biri cəmiyyətdə tanınan, həmkarları arasında dəyərləndirilən insanlardır.

Elçin Şıxlı təcrübəli jurnalist, usta söz və yazı ustası, çağdaş media şərtlərinə və mexanizmlərinə əla bələd olan şəxsdir.

Vüqar Zifəroğlu Azərbaycan jurnalistikasının nəzəriyyəçisi olmaqla yanaşı, praktiki, gəncləri yetişdirən müəllimidir.

Şəfəq Mehrəliyeva tanınmış media nəzəriyyəçisi, illərin sınağından peşəsini şərəflə keçirmiş ləyaqətli professionaldır.

Sevil Mikayılova peşəkar jurnalist, təcrübəli media strukturu rəhbəri olmaqla yanaşı, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil edən deputatdır.

Sadaladığımız insanlar sosial şəbəkələrdə fəallıq nümayiş etdirmirlər və bu, normaldır.

Çünki işlə məşğuldurlar - danışmaq və deyinməklə yox.

İş görənlə edilənləri görmək istəməyənlər arasında fərq budur.

Həmkarımız Məhəmmədəli Qəribli, əfsuslar olsun, Medianın İnkişaf Agentliyinin Müşahidə Şurasında yer almış 5 nəfər barədə Feysbuk profilində yazıb ki, "bu 5 nəfərdən heç biri gələcək fəaliyyətləri ilə bağlı, nələrə prioritet verəcəkləri haqda bir kəlmə də olsun proqram xarakterli  nəsə yazmadılar. Deyəsən, bunların da işi ya kimlərəsə başsağlığı vermək, ya təbrik etmək, ən yaxşı halda isə təbriklərə cavab vermək olacaq".

Həddən ziyadə yanlış mövqedir.

Eynən Kamran Həsənlinin İTV-də ölkə telekanallarını şou-biznesə ifrat yer yerməkdə ittiham etməsi kimi. Halbuki illəri uzunu televiziyada işləmiş K.Həsənli məhz studiyanıi toyxanaya döndərmək "stilistika"sının banisi sayıla bilər.

Məhəmmədəli Qəribli mediamızda yeni konsepsiyanın, yeni yanaşmanın vacibliyindən bəhs edir.

Telekanallarda və ənənəvi, habelə rəqəmsal mediada problemlərin həllini  istəyirsiniz? Buyurun, Kamran Həsənli ilə birlikdə strateji konsepsiyanı ərsəyə gətirin, paylaşın, ictimaiyyətin müzakirəsinə çıxarın.

Tənqid etmək, ittihamlar irəli sürmək normaldır. Fəqət, tənqidin müəllifləri o kəslər olmalıdır ki, intellektləri, gördükləri iş nümunələri, fəaliyyətləri ilə fərqlənsinlər.

Ən əsası, tənqid etdikləri insanlardan üstün olsunlar.

Bəhs etdiyimizin tam əksini müşahidə edirik.

Müşahidə Şurasının 5 üzvünün konseptual fəaliyyət planı və ya proqramla ayrı-ayrılıqda çıxış etmələrini tələb etmək doğru deyil, çünki həmin insanlar bəhs olunan vəzifələrində fəaliyyətə yeni başlayıblar.

Hələ toplanmamış Şura və onun üzvləri barədə qabaqlayıcı mənfi açıqlamalarla çıxış etmək peşəkarlıq nümunəsi yox, ehtimal və təxminlər janrıdır.

“Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib like
  • 28 Yan 22:34  
Dünya “Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib

Nastya İvleyevanın "Mutabor" klubunda keçirdiyi "Çılpaq gec�

arrow Ətraflı
İran ordusu çətin missiya qarşısındadır – like
  • 28 Yan 22:29  
Dünya İran ordusu çətin missiya qarşısındadır –

İran ordusu bu gün tam hazırlığın zirvəsindədir və hər cür təhdidlə

arrow Ətraflı
İordaniyada hərbi bazaya hücum: ABŞ hərbçiləri öldürüldü like
  • 28 Yan 22:24  
Dünya İordaniyada hərbi bazaya hücum: ABŞ hərbçiləri öldürüldü

İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticə

arrow Ətraflı
Kürdəmirdə bir ailənin 4 üzvü qidadan zəhərlənib like
  • 28 Yan 22:10  
Digərləri Kürdəmirdə bir ailənin 4 üzvü qidadan zəhərlənib

Kürdəmir rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

arrow Ətraflı
Ermənistan Azərbaycana hücum etməmək haqqında paktı bağlamağa dəvət edib like
  • 28 Yan 22:07  
Digərləri Ermənistan Azərbaycana hücum etməmək haqqında paktı bağlamağa dəvət edib

"İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha ço

arrow Ətraflı
Azərbaycanda azyaşlı qızılcadan vəfat etdi like
  • 28 Yan 22:02  
Digərləri Azərbaycanda azyaşlı qızılcadan vəfat etdi

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

arrow Ətraflı
İnsanı tox saxlayan like
  • 28 Yan 21:52  
Digərləri İnsanı tox saxlayan

Pəhriz saxlayarkən ən vacib şey ölçülü yeməkdir. Çox yemək problemini

arrow Ətraflı
Bürclər üçün sevgi ulduz falı: hansı tarixlər şanslı olacaq? like
  • 28 Yan 21:45  
Digərləri Bürclər üçün sevgi ulduz falı: hansı tarixlər şanslı olacaq?

Astroloqlar 2024-cü ildə bütün bürclərin nümayəndələrinin Kainatdan ç

arrow Ətraflı
Barmaq izini şəklində ada like
  • 28 Yan 21:39  
Digərləri Barmaq izini şəklində ada

Adriatik dənizində yerləşən və uzunluğu 23 kilometrdən çox olan divarla

arrow Ətraflı
Küçədə qarı əritmək üçün maraqlı üsul like
  • 28 Yan 21:32  
Digərləri Küçədə qarı əritmək üçün maraqlı üsul

Qar çox yağdıqda Yaponiyada müxtəlif təhlükəsizlik tədbirləri görül�

arrow Ətraflı
Şok: İsrail bu ölkəyə irimiqyaslı hücuma hazırlaşır like
  • 28 Yan 21:19  
Dünya Şok: İsrail bu ölkəyə irimiqyaslı hücuma hazırlaşır

İsrail Livanın dərinliklərində genişmiqyaslı hücuma hazırlaşır.

arrow Ətraflı
Dünyanın ilk trilyonerinin meydana çıxma vaxtı AÇIQLANDI like
  • 28 Yan 21:11  
Dünya Dünyanın ilk trilyonerinin meydana çıxma vaxtı AÇIQLANDI

Dünyanın ilk dollar trilyonçusu 10 ildən sonra peyda ola bilər, lakin ən a

arrow Ətraflı
Ərdoğan kilsədəki insidentdən danışdı like
  • 28 Yan 21:06  
Dünya Ərdoğan kilsədəki insidentdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində i

arrow Ətraflı
10 ölkə İsraili Fələstin üçün razı salmağa çalışır like
  • 28 Yan 21:00  
Dünya 10 ölkə İsraili Fələstin üçün razı salmağa çalışır

Ən azı 10 ölkənin yüksək vəzifəli məmurları İsraili və HƏMAS hərə

arrow Ətraflı