Günün qoroskopu: baş verən hadisələri diqqətlə izləyin


Digərləri 23 Yan 2024 00:01:00 219 0

Günün qoroskopu: baş verən hadisələri diqqətlə izləyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - bütün işləri eyni vaxtda görməyə can atmayın. Ən mühüm işi və ya həllini dərhal tələb edən məsələni seçərək onu icra edin. Gündəlik qayğılar, rutin məqamlar sizi usandıra bilər. Emosiyalara qapılmayın. Qısamüddətli səfər və köhnə işgüzar tərəfdaşlarla danışıqlar üçün yaxşı zamandır.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın və ya yaxınlarınızdan birinin mövqelərini tam dəyişmək cəhdlərindən əl çəkin. Bələd olmadığınız insanların məsləhətlərinə riayət etmək məcburiyyətində deyilsiniz. Ağır işlərlə özünüzü yormayın.

Buğa - günün ilk yarısından başlayaraq fəaliyyətinizdə aktiv, intensiv olun. Astagəllik etməyin, tənbəllikdə suçlanmağınıza şərait yaratmayın. Şərtlər dəyişə bilər. Aldığınız xəbərlərə, əldə olunan məlumatlara tam inanmayın.

Sifarişçi və ya icraçı sizi aldada bilər. Diqqətli davranın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə neqativ anlar yaşana bilər. Dəyər verdiyiniz insanlarla sərt danışmayın. Fikir ayrılıqlarının və ixtilafların münaqişəyə çevrilməsinə səbəbkar olmayın.

Əkizlər - əhvalınızın stabil olmasına can atın. Yaxın gələcəkdə maddi durumunuza və ya sosial statuunuza ciddi təsir etməyəcək işlə məşğul olmayın. Vaxtınızı boşuna sərf etməyin. Bütün variantları diqqətlə nəzərdən keçirin. Yaxın ətrafınızdakı hansısa insana təəssürat yaratmaq üçün oynamayın.

Günün ikinci yarısında məsləhətlərə qulaq asmaq əvəzinə məqsədə doğru aparan yolla sürətlə irəliləyin. Şirin vədlərə aldanmayın.

Yaxınlarınızdan birinin davranışı və ya sözləri sizi qıcıqlandıra bilər. Ötənlərdə münaqişələrə səbəb olmuş mövzunu yenidən gündəmə gətirməyin.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Xərçəng - məşğul olduğunuz işdə ciddi irəliləyişə və ya uğura nail olmağa çalışın. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Amma əsla uğurlarınızla qürrələnməyin. Əks təqdirdə dedi-qodu, qeybət və çirkin intriqalara hədəf olacaqsınız.

Günün ikinci yarısında yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Etiraflar zamanı deyil. Fiziki təmrinlərlə məşğul olursunuzsa, aktivliyinizi axşam saatlarında bir qədər azaldın.

Şir - mənasız söhbətlərə qatılmayın. Ətrafınızdakı insanlarla bağlı qeybət etməyin. Biznes və ya borcların ödənilməsi ilə bağlı nəzərdə tutulmamış xərclər istisna deyil. Ən çətin situasiyalarda belə, pozitiv məqamları aşkarlayın. Yumor hissini unutmayın.

Günün ikinci yarısında tanışlarınızın davranışlarına diqqətlə baxın. Dəyərsiz insanla ünsiyyəti dayandırın, əlaqələri kəsin. Rasionunuza fikir verin. Həddən artıq yeməyin.

Qız - ən adi, gündəlik işlərdə anlaşılmazlıqlar yarana bilər. Situasiyanın nəzarətinizdən çıxmasına imkan verməyin. Sizi narahat edən məsələlərin səbəblərini araşdırın. Genişmiqyaslı, ağır problemin çözümünü ertələməyin. Kimsənin qarşısından geri çəkilməyin.

Günün ikinci yarısında yaşanan olaylar yaxın perspektivlə bağlı planlara dəyişiklikləri tələb edir. Fəaliyyətinizdəki qərarların uyğunlaşdırılmaması tərəfdaş və ya şəriklərdən birinin vədinə əməl etməməsi ilə sonuclana bilər. Baş verənlər planlarınıza mənfi təsir etməklə yanaşı, əhvalınızı da korlayacaq.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Tərəzi - ünvanınıza deyilən sözlərə gərəkdiyindən artıq önəm verməyin. Ünsiyyətdəki formallıq, ifrat rəsmiyyətçilik işgüzar danışıqlarda karınıza gələ bilər. Yaxın ətrafınızdakı insanların davranışlarındakı çatışmazlıqları müzakirə etməyin. Xoşunuza gəlməyən insanla, sadəcə, ünsiyyəti kəsin.

Günün ikinci yarısında xərclərinizə fikir verin. Prinsip etibarilə əsla ehtiyac duymadığınız əşyaların alınmasına pul sərf etməyin.

Dəvət aldığınız tədbirə qatılın.

Axşam saatlarında əyləncəyə yollana bilərsiniz.

Əqrəb - bu gün qeyri-adi iş görməyə çalışacaqsınız. Fəaliyyət planında yeniliklər edin. Problemlərin həllində orijinal olun, yeknəsəkliyə yol verməyin. Qeyri-ordinar ideyalarınız ətrafınızdakı insanların diqqətini cəlb edə bilər.

Günün ikinci yarısında opponentinizə təzyiq göstərərək onu fikrindən daşındırmağa çalışmayın.

Yaxınlarınız sizi tənqid edəcəklər. İndiyədək əhəmiyyətsiz, kiçik saydığınız məqamlarla maraqlananda işləri unutmayın.

Oxatan - hər eşitdiyinizə inanmayın. Fəsadları ağır olacaq səhvlərə yol verməmək üçün situasiyanı ciddi təhlil edin. Nəyisə anlamasanız, soruşmaqdan çəkinməyin. Yalnız etibara əsaslanan əməkdaşlıq zamanın sınağından çıxmaya bilər.

Günün ikinci yarısında tərəfdaşlarınız yalnız öz mənfəətlərini güdəcəklər.

Dəyər verdiyiniz insanla təmaslarda inamsızlıq və şübhəyə qapılmayın.

Axşam saatlarında stressdən qurtulmağa, gərginlikdən yaxa qurtarmağa çalışın.

Oğlaq - kənar təsirlər gücləndiyindən əvvəlcədən nəzərdə tutduğunuz fəaliyyət planına riayət etmək asan deyil. Bir sıra amilləri nəzərə almalısınız. Verilən tapşırığın və ya alınan sifarişin detallarını konkretləşdirin. İşləri vaxtında görmək üçün yetərincə vaxt yoxdur.

Günün ikinci yarısında mübahisədə uduzmamaq üçün güclü arqumentləriniz olmalıdır.

Sevdiyiniz insanla təmaslarda köhnə umu-küsü yada düşə bilər. Axşam saatlarına yaxın çox çalışmayın. Səhhətinizdə problemlər yaratmayın.

Dolça - baş verən hadisələri diqqətlə izləyin. Mühüm məqamları nəzərdən qaçırmayın. Yaxın ətrafınızdakı insanlardan biri intriqalarla işlərinizə mane olmağa çalışacaq. Problemin həll yollarını axtarın.

Günün ikinci yarısında müsbət dəyişikliklər başlanacaq. Çətinlikləri həll edəndə təxəyyülü işə salın. Sözlərinizə fikir verin. Münaqişələri çözməyi bacarın. Kompromisslərə hazır olun.

Balıqlar - qərarlarınızda və addımlarınızda ardıcıllıq olmalıdır. Əhvalınızdakı dəyişikliklər fəaliyyətə ciddi təsir etməməlidir. Köklü, genişmiqyaslı dəyişikliklərə başlamaq üçün münasib zaman deyil.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinliyin yaranmasına yol verməyin. Sevdiyiniz insandan gizlətməyə çalışdığınız məqam az sonra faş olacaq. Sirlərinizi tanımadığınız insanlarla bölüşməyin.

Axşam saatlarını ailə üzvlərinə həsr edin.  

Son.az

Ukraynadan Rusiya ilə bağlı şok: 50 il müddətinə... like
  • 22 Yan 23:48  
Dünya Ukraynadan Rusiya ilə bağlı şok: 50 il müddətinə...

Ukrayna Rusiya ilə bütün nəqliyyat əlaqələrini 50 il müddətinə qadağa

arrow Ətraflı
Mebel sexindəki dəhşətli partlayışda həlak olan qazinin FOTOsu like
  • 22 Yan 15:23  
Digərləri Mebel sexindəki dəhşətli partlayışda həlak olan qazinin FOTOsu

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-d�

arrow Ətraflı
Ukrayna ordusu Donetskdəki bazarı vurdu: like
  • 21 Yan 14:22  
Dünya Ukrayna ordusu Donetskdəki bazarı vurdu:

Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib.

arrow Ətraflı
Bakıda 62 yaşlı qadın yol qəzasında xəsarət alıb like
  • 21 Yan 07:56  
Digərləri Bakıda 62 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Bakıda 3 maşın toqquşub, xəsarət alan var  FOTO like
  • 21 Yan 07:49  
Digərləri Bakıda 3 maşın toqquşub, xəsarət alan var FOTO

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

arrow Ətraflı
SEPAH üzvlərinin məhv edilməsinə Rəisidən reaksiya like
  • 20 Yan 23:26  
Dünya SEPAH üzvlərinin məhv edilməsinə Rəisidən reaksiya

Yenə də sionist cinayətkar rejim (İsrail nəzərdə tutulur - red.) Suriyan�

arrow Ətraflı
Hindistan lideri fildən xeyirdua aldı like
  • 20 Yan 23:21  
Dünya Hindistan lideri fildən xeyirdua aldı

Hindistan Baş naziri Narendra Modi ölkənin cənubunda yeni tikilmiş Tanrı R

arrow Ətraflı
Qəhvəni soyuq havada için, görün nə baş verəcək like
  • 20 Yan 21:20  
Digərləri Qəhvəni soyuq havada için, görün nə baş verəcək

Bir fincan qəhvə soyuqdan yaranan miqren tutmasını aradan qaldırmağa köm�

arrow Ətraflı
İrəvanGümrü yolunda ağır qəza: 14 yaralı like
  • 20 Yan 21:15  
Dünya İrəvanGümrü yolunda ağır qəza: 14 yaralı

Ermənistanda baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.

arrow Ətraflı
Alek Bolduin yenidən məhkəmə qarşısına çıxarılır like
  • 20 Yan 21:10  
Şou-biznes Alek Bolduin yenidən məhkəmə qarşısına çıxarılır

Amerikalı aktyor Alec Balduin çəkiliş meydançasında atdığı güllə ilə

arrow Ətraflı
Soyuqlamısınızsa, bu qidaları yeməyin like
  • 20 Yan 21:00  
Digərləri Soyuqlamısınızsa, bu qidaları yeməyin

Diyetoloq Oksana Mixalevanın sözlərinə görə, soyuqdəymə zamanı bədəni

arrow Ətraflı
YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul like
  • 20 Yan 20:50  
Digərləri YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul

Yüksələn təzyiqi dərmansız şəkildə aşağı salmaq mümkündür. Bunu b

arrow Ətraflı
Ərdoğan İtaliyanın Baş naziri ilə görüşdü like
  • 20 Yan 20:47  
Dünya Ərdoğan İtaliyanın Baş naziri ilə görüşdü

İtaliyanın Baş naziri Ciorcia Meloni Türkiyədə səfərdədir.

arrow Ətraflı