YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul


Digərləri 20 Yan 2024 20:50:00 221 0

YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul

Yüksələn təzyiqi dərmansız şəkildə aşağı salmaq mümkündür. Bunu bilirdinizmi? Həkimlər təzyiq problemi olanlara vəziyyəti nəzarətdə saxlamaq üçün dərmanlar yazırlar, müalicə üçün yox. Lakin indi haqqında danışmaq istədiyim 10 addımı tətbiq edərək təzyiqə dərmansız şəkildə qalib gələ bilərsiniz. Ən azından, istifadə edilən dərmanların sayını azaldarsınız.  Son.az oxu24-ə istinadən xəbər verir ki, təzyiqdən qorxmaqdansa, həyatınızdakı müəyyən şeyləri dəyişin. 

1) Az karbohidratlı qidalanmaq. Təzyiqin əsas səbəbi orqanizmin maye-duz balansındakı pozulmalardır. Artıq maye, artıq duz miqdarı  damarlarda şişkinlik yaradır.  Şişən, gərginləşən damarlar təzyiqin qalxmasına vəsilə olur.  Az karbohidratlı qidalanma  təzyiqi salmaq naminə başlanan prosesin əsas mexanizmidir. Çünki orqanizmdə mayeni və duzu tutub saxlayan karbohidratlardır. Burada bilməli olduğunuz nüans odur ki, orqanizmdəki artıq maye və ya duz problemi mayenin və duzun qəbulunun deyil, xaric edilməməsinin nəticəsidir. Duzu xaric edən böyrəklərimizdir. Sadəcə, biz yüksək karbohidratlı rasionumuzla,  gedib-gəlib atışdırdığımız  fast-foodlarla,  ədviyyatlı çərəzlərlə orqanizmi yükləyirik. Bunlar insulin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. İnsulin səviyyəsi yüksəldikcə  mayenin və duzun orqanizmdə saxlanmasına, damarların şişməsinə, sonda təzyiqin  qalxmasına səbəb olur. Əgər təzyiqi məğlub etmək niyyətindəsinizsə,  əvvəlcə, az karbohidratlı rasiona riayət edin. Çalışın ki,  gündəlik  qidanızın yalnızca 30%-indən kalori alın. Beləcə, orqanizmin insulinə qarşı həssaslığını  təkrar qazanacaqsınız.  Maye və duz orqanizmdən lazımi zamanda və lazımi miqdarda xaric olunacaq. Böyrəkdəki orqanizmi qoruyan mexanizmlər  aktivləşəcək,  təzyiq təbii şəkildə düşəcək.  Gördüyünüz kimi, az karbohidratlı qidalanma arterial hipertenziyanın dərmansız həlli üçün ən asan çıxış yoludur. 

2) Toksik yağlardan qurtulmaq. Sizə qəribə gələ bilər, amma bir statistikanı nəzərinizə çatdırım. Müasir dövrümüzdə yaşı 30-u adlamış insanların 1/3-i, yaşı 40-dan yuxarı olanların 1/2-i təzyiq xəstəsidir.  Səbəb isə  Omega-6 yağ turşularının orqanizmdə depolanmasıdır. Biz Omega-6 yağ turşularını rafinə edilmiş yağlarla qəbul edirik. Məsələn; günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, raps (kanola) yağı kimi məhsullar rafinə edilmiş yağlardır.  Orqanizmdə Omega-3 və Omega-6 balansı pozulduqda  iltihablanma başlayır. Bu iltihablanmanın ən birinci xəsarət verdiyi orqan pankreasdır.  Pankreasın hüceyrələrindəki  gündən-günə genişlənən xarabalıqlar damarların divarlarına da sirayət  edir. İnsulin səviyyəsi, ardınca da təzyiq yüksəlir.  Mətbəximizdəki yağlara diqqət etməyə borcluyuq. Çünki həyat qarşısında sağlam yaşamaq öhdəliyimiz var.  Əgər Omega-6 deposu  bitki yağlarını almaqda, onları yeməklərimizə tökməkdə davam ediriksə, istədiyimiz qədər Omega-3 əlavəsi qəbul etsək belə, balans istədiyimiz kimi olmayacaq. 

3) Emal edilmiş qidaları rasiondan çıxarmaq.  Burada termik emaldan keçirilmiş,  qida əlavələri ilə zənginləşdirilmiş qidalar nəzərdə tutulur.  Evdə bişirdiyi ətə heç kim nitrit, natrium qlutamat, nitrozamin  əlavə etmir. Yaxud  bu əti kalium, natrium ilə zənginləşdirmək  kiminsə ağlına da gəlmir. Gedib marketdən, xüsusilə, hisə verilmiş sosiskalar, kolbasalar aldığımızda, palma yağı ilə hazırlanan krakerləri, çipsiləri, şirniyyatları qutu-qutu səbətimizə yığdığımızda bilməliyik ki, bunlar diabet və hipertenziya risklərini artırır.  Emala məruz qalmış qidalar vasitəsilə orqanizmə yüksək miqdarda  rafinə edilmiş yağlar,  duzlar, rafinə edilmiş şəkər, natrium qlutamat daxil olur ki, hamısı da arterial hipertenziyaya səbəb olur.  Gənclərin təzyiq xəstəsi olması  elə onların bu cür atışdırmalıqlar və  hazır şirniyyat sevdasından qaynaqlanır. Ümid edirəm ki, bu videoya baxdıqdan sonra uşaqlarınıza bu cür "çaka-çuka" məhsullar aldığınız zaman iki dəfə düşünəcəksiniz.

1) Az karbohidratlı qidalanmaq. Təzyiqin əsas səbəbi orqanizmin maye-duz balansındakı pozulmalardır. Artıq maye, artıq duz miqdarı  damarlarda şişkinlik yaradır.  Şişən, gərginləşən damarlar təzyiqin qalxmasına vəsilə olur.  Az karbohidratlı qidalanma  təzyiqi salmaq naminə başlanan prosesin əsas mexanizmidir. Çünki orqanizmdə mayeni və duzu tutub saxlayan karbohidratlardır. Burada bilməli olduğunuz nüans odur ki, orqanizmdəki artıq maye və ya duz problemi mayenin və duzun qəbulunun deyil, xaric edilməməsinin nəticəsidir. Duzu xaric edən böyrəklərimizdir. Sadəcə, biz yüksək karbohidratlı rasionumuzla,  gedib-gəlib atışdırdığımız  fast-foodlarla,  ədviyyatlı çərəzlərlə orqanizmi yükləyirik. Bunlar insulin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. İnsulin səviyyəsi yüksəldikcə  mayenin və duzun orqanizmdə saxlanmasına, damarların şişməsinə, sonda təzyiqin  qalxmasına səbəb olur. Əgər təzyiqi məğlub etmək niyyətindəsinizsə,  əvvəlcə, az karbohidratlı rasiona riayət edin. Çalışın ki,  gündəlik  qidanızın yalnızca 30%-indən kalori alın. Beləcə, orqanizmin insulinə qarşı həssaslığını  təkrar qazanacaqsınız.  Maye və duz orqanizmdən lazımi zamanda və lazımi miqdarda xaric olunacaq. Böyrəkdəki orqanizmi qoruyan mexanizmlər  aktivləşəcək,  təzyiq təbii şəkildə düşəcək.  Gördüyünüz kimi, az karbohidratlı qidalanma arterial hipertenziyanın dərmansız həlli üçün ən asan çıxış yoludur. 

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ərdoğan İtaliyanın Baş naziri ilə görüşdü like
  • 20 Yan 20:47  
Dünya Ərdoğan İtaliyanın Baş naziri ilə görüşdü

İtaliyanın Baş naziri Ciorcia Meloni Türkiyədə səfərdədir.

arrow Ətraflı
Qablaşdırılmış şirələrin tərkibi haqqındakı həqiqətlər açıldı like
  • 20 Yan 20:40  
Digərləri Qablaşdırılmış şirələrin tərkibi haqqındakı həqiqətlər açıldı

Qablaşdırılmış şirələrin istehsalında təbii meyvələrdən istifadə e

arrow Ətraflı
Bəşəriyyət üçün həlledici il  1941dən əvvəlki dönəmə qayıdırıq? like
  • 20 Yan 20:30  
Digərləri Bəşəriyyət üçün həlledici il 1941dən əvvəlki dönəmə qayıdırıq?

"Bu il Ukraynanın taleyində həlledici olacaq". Bu fikri Böyük Bri

arrow Ətraflı
Baş ağrılarını aradan qaldıran qeyriadi üsul: Bir çay qaşığı kifayətdir ki... like
  • 20 Yan 20:20  
Digərləri Baş ağrılarını aradan qaldıran qeyriadi üsul: Bir çay qaşığı kifayətdir ki...

Terapevt Sergey Aqapkin baş ağrılarından qurtulmağın qeyri-adi üsulunu a�

arrow Ətraflı
NASA: Mars helikopteri Ingenuity və Yer arasında əlaqə kəsilib like
  • 20 Yan 20:10  
Dünya NASA: Mars helikopteri Ingenuity və Yer arasında əlaqə kəsilib

İngenuity helikopterinin operatorları Marsa 72-ci uçuşundan sonra cihazla ə

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 20 Yan 20:05  
Digərləri Azərbaycanda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ olub.

arrow Ətraflı
Zənginlik və yoxsulluq insan taleyinə necə təsir edir? like
  • 20 Yan 20:00  
Digərləri Zənginlik və yoxsulluq insan taleyinə necə təsir edir?

Kanadalı fizioloqlar zənginlik və kasıblığın insan taleyinə təsirini ar

arrow Ətraflı
Belarus Prezidenti Lukaşenko xəsarət aldı like
  • 20 Yan 19:47  
Dünya Belarus Prezidenti Lukaşenko xəsarət aldı

Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.

arrow Ətraflı
Hər gün 1 qaşıq yesəniz orqanizminizdə mikrob qalmayacaq like
  • 20 Yan 19:40  
Digərləri Hər gün 1 qaşıq yesəniz orqanizminizdə mikrob qalmayacaq

Son zamanlar artan qrip infeksiyalarına qarşı təbii antibiotikləri əvəz e

arrow Ətraflı
Ana oğluna narkotik tərkibli konfet aldı, sonra... like
  • 20 Yan 19:33  
Dünya Ana oğluna narkotik tərkibli konfet aldı, sonra...

ABŞ-da bir qadın uşağına narkotik tərkibli konfet alıb.

arrow Ətraflı
Bu ölkənin keçmiş baş nazirinə 7 il həbs istənilir like
  • 20 Yan 19:25  
Dünya Bu ölkənin keçmiş baş nazirinə 7 il həbs istənilir

Moldova prokurorları keçmiş baş nazir Vladimir Filatın maliyyə fırıldaql

arrow Ətraflı
Vaxtı olmayanların “qida dostu”  Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır? like
  • 20 Yan 19:20  
Digərləri Vaxtı olmayanların “qida dostu” Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır?

Müasir həyat tərzimiz qida rasionumuza da ciddi təsir göstərir. Zamana qə

arrow Ətraflı
Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi like
  • 20 Yan 19:14  
Şou-biznes Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyar

arrow Ətraflı