Vaxtı olmayanların “qida dostu” Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır?


Digərləri 20 Yan 2024 19:20:00 215 0

Vaxtı olmayanların “qida dostu”  Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır?

Müasir həyat tərzimiz qida rasionumuza da ciddi təsir göstərir. Zamana qənaət etmək üçün bir çoxlarımız qida qəbulu zamanı konservləşdirilmiş məhsullara üstünlük veririk. Meyvə, tərəvəz, həmçinin ət və balıq məhsullarını həm təbii, həm də konservləşdirilmiş formada da yeyirik. Qida məhsullarının konservləşdirilməsinin kəşfi fransız aşpazı Fransua Apperin adı ilə bağlıdır. O, bu üsulu 1809-cu ildə ixtira etsə də, qısa zamanda bütün dünyaya yayılıb.

Konservləşdirilmiş məhsullar haqda fikirlər heç də birmənalı deyil. Cəmiyyətin bir hissəsi onun xeyirli, digər kəsim isə, əksinə, ziyanlı olduğunu iddia edir və qətiyyətlə bu tip qidalardan imtinaya çağırırlar. Bəs reallıq necədir? Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır? Gəlin birlikdə araşdıraq.

Dünya alimlərinin tədqiqatlarına görə, konservləşdirmə prosesi zülal, karbohidrat və yağlara heç bir mənfi təsir göstərmir və ərzağın qida maddələrinin xeyli hissəsi olduğu kimi qalır. Bundan başqa, bir çox minerallar, həmçinin A, D və E vitaminləri dağılmır. Amma konservləşdirmə prosesi çox vaxt yüksək temperatur altında həyata keçirildiyi üçün qidaların tərkibindəki ən zəruri sayılan C vitamini məhv olur. Bir çox məhsullar var ki, əksinə, konservləşdirmə zamanı tərkibindəki xeyirli maddələr artır. Məsələn, yüksək temperatur altında pomidordan daha çox antioksidant ayrılır ki, bu da həmin tərəvəzi sözügedən maddələrlə daha da zəngişləşdirir. Aparılan araşdırmalara görə, təzə pomidorda 0,5 qram zülal, 3 qram karbohidrat, az miqdarda yağ olduğu halda, 100 qram konservləşdirilmiş pomidorda 1 qram zülal, 3,8 qram karbohidrat, az miqdarda yağ var.

Emal zamanı vitaminlər məhv olur

Meyvə və tərəvəzlərlə yanaşı, konservləşdirilmiş qidalar arasında ən geniş yayılmışlardan biri də balıq məhsullarıdır. Məlumdur ki, balıq xarab olmaması üçün tutulan kimi ya dondurulmalı, ya da konservləşdirilməlidir. Konservləşdirmə bəzi xeyirli elementləri (məsələn, maqnezium, kalsium, kalium, fosfor və s.) və B qrupuna aid vitaminləri saxlayır. Onlar əsəb və ürək-damar sisteminə yaxşı təsir edir. Təbii ki, termiki emal zamanı müəyyən qədər vitaminlər məhv olur. Yağlı balıq növlərində həmçinin omeqa-3 vitamini də qalır. Balıq konservlərinin bir neçə növü var: yağlı, öz şirəsində, tomat sousunda və s. Amma ən məsləhətlisi tomat sousunda olanlardır. Onların kalorisi də aşağıdır.

Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır

Həkim-infeksionist İbrahim Rufullayev deyir ki, zəhərlənmələrə əsas səbəb evdə bağlanan konserv məhsullarıdır: "Ev şəraitində konservləşdirmə sanitar rejim tam gözlənilməklə baş verməlidir. Xanımlar evdə əsasən turşular, kompotlar bağlayır. Onlar bilməlidir ki, meyvə, tərəvəz öncə yaxşı yuyulmalı, emal olunmalıdır. Daha sonra bağlanacaq bankalar da qaynadılmalı, sterilizə edilməlidir. Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır. Bəzən həkimlər belə, bunun qarşısını ala bilmirlər. Çünki zəhərlənmənin dərəcəsi yüksək olur. Oksigen olmayan şəraitdə botulizm xəstəliyi yaranır. Yəni orada toksinlər əmələ gəlir və zəhərlənməyə səbəb olur. Konservləşdirilmiş məhsulların bağlandığı bankanı açanda diqqətli olmaq lazımdır. Əgər bankada qaz varsa, qapağı qalxmağa başlayacaq. Yaxud, açan zaman qazlı səs çıxır. Və ya dadına baxanda xoşagəlməz dad hiss edirlərsə, onu istifadə etmək olmaz. Bu, həmin məhsulun zəhərli olduğunu göstərir. Məsləhət görərdim ki, insanlar daha çox sənaye üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara üstünlük versinlər. Burada praktiki olaraq zəhərlənməyə əsas qalmır. Amma ev şəraitində hazırlanan məhsullar, əlbəttə ki, təhlükəlidir".

Ən çox zəhərlənmələr bu halda baş verir

Həkim-terapevt Məlahət Qarayeva deyir ki, konserv məhsulu alarkən üzərində saxlanma müddətinə baxmaq çox vacibdir: "Bir çox ət konservlərinin saxlanma müddəti 3 ildən 5 ilə qədərdir. Konservləşmiş məhsulları alarkən etiketdəki məlumatlar, markalanma, qabın səthində mümkün olan defektlər, pas ləkələri, məhsulun yığım ölçüsü və vəziyyətinə diqqət yetirilməlidir. Bəzən qabların daxili səthində sterilizə zamanı göy rəngli ləkələr əmələ gəlir. Bu təbəqədən qorxmaq lazım deyil. Çünki ziyansızdır. Sadəcə, konservlərin xarici görünüşünü dəyişir. Şüşə bankalarda belə hallar daha çox olur. Dəmir-sulfidin tünd rəngli təbəqəsi əmələ gəlir. Köhnə, iy gələn, vaxtı keçmiş ət və balıq konserv məhsullarından istifadə etmək qəti qadağandır və insan orqanizmində mənfi fəsadlara yol aça bilər. Belə məhsullardan zəhərlənmə zamanı ölüm faktları da qeydə alınır. Ən çox zəhərlənmələr bağlı qablardakı turşu məhsullarından istifadə zamanı baş verir. Turşuya qarışan botulotoksin zəhərlənməyə səbəb olur və bəzən ölümlə nəticələnir. Açıq turşularda belə hallar baş vermir və botulizm olmur. İnsanlar bilməlidirlər ki, turşu qoyulan balonlarda qapaq şişibsə, suyu bulanıqdırsa belə məhsulları yemək olmaz. Bu tək ev şəraitində deyil, fabrik istehsalı olan məhsullara da aiddir. Bəzən plastik qablarda qoyulan turşular da zəhərlənməyə səbəb olur. Bu, turşunun tərkibində olan maddələrin qabın tərkibində olan zəhərli maddələrlə qarışması zamanı baş verir. Hər kəsə konserv məhsullarından istifadə edərkən dadında, iyində, görünüşündə hər hansı bir şübhə əmələ gələrsə, qəti olaraq yeməməyi tövsiyə edirəm".

"Kaspi" qəzeti

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi like
  • 20 Yan 19:14  
Şou-biznes Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyar

arrow Ətraflı
Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər like
  • 20 Yan 19:05  
Digərləri Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanl�

arrow Ətraflı
Metroda qatarın içinə qar yağdı  VİDEO like
  • 20 Yan 17:30  
Dünya Metroda qatarın içinə qar yağdı VİDEO

Sosial şəbəkələrdə Ukraynadan qəribə bir görüntü paylaşılıb. Video

arrow Ətraflı
Dünyanın ən sürətli və ən kiçik robotu: Bu sahələrdə faydalı olacaq  FOTO like
  • 20 Yan 17:20  
Digərləri Dünyanın ən sürətli və ən kiçik robotu: Bu sahələrdə faydalı olacaq FOTO

Böcəyi və suhörümçəyini xatırladan iki cihaz indiyə qədər yaradılmı

arrow Ətraflı
Qorxulu proqnoz: Dünya üzrə iş yerlərinin 40 faizi itiriləcək like
  • 20 Yan 16:00  
Digərləri Qorxulu proqnoz: Dünya üzrə iş yerlərinin 40 faizi itiriləcək

Texnologiyanın inkişafı dünya üzrə iş yerlərinin təxminən 40%-nin sün

arrow Ətraflı
Britaniya monarxiyasında qalmaqal: Taxt Şahzadə Harriyə keçə bilər like
  • 20 Yan 15:52  
Dünya Britaniya monarxiyasında qalmaqal: Taxt Şahzadə Harriyə keçə bilər

III Çarlzın xəstəliyi xəbəri Britaniya taxtının taleyi ilə bağlı qorx

arrow Ətraflı
Havanın temperaturu 510 dərəcə enəcək, yağış, sulu qar yağacaq  XƏBƏRDARLIQ like
  • 20 Yan 15:47  
Digərləri Havanın temperaturu 510 dərəcə enəcək, yağış, sulu qar yağacaq XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşe

arrow Ətraflı
Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış like
  • 20 Yan 15:41  
Digərləri Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xər�

arrow Ətraflı
Leyla Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib  FOTO like
  • 20 Yan 01:25  
Digərləri Leyla Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
Zəlzələ Kürdəmirdə evlərdə fəsadlar TÖRƏTDİ like
  • 20 Yan 00:25  
Digərləri Zəlzələ Kürdəmirdə evlərdə fəsadlar TÖRƏTDİ

Ölkənin bəzi bölgələrində olduğu kimi Aran rayonlarında axşam saatlar�

arrow Ətraflı
Azərbaycan XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı like
  • 20 Yan 00:14  
Digərləri Azərbaycan XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn

arrow Ətraflı
Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşdü like
  • 20 Yan 00:09  
Digərləri Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşdü

Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan

arrow Ətraflı
Qəhrəmanlıqla dolu "qara səhifə" like
  • 20 Yan 00:02  
Siyasət Qəhrəmanlıqla dolu "qara səhifə"

20 yanvar hadisəsindən 34 il keçir. 1990-cı ilin bu günündə Azərbaycan

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ oldu like
  • 19 Yan 22:11  
Digərləri Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı