Səhiyyə Nazirliyinin yeni layihəsi təqdim olundu


Digərləri 16 Yan 2024 13:48:00 182 0

Səhiyyə Nazirliyinin yeni layihəsi təqdim olundu

Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazirlik yanvarın 16-da "Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması" layihəsinin təqdimatını keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri, həmçinin Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan gurumların, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN" Xidmət), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Əczaçılar Klubu İctimai Birliyinin, iri farmakologiya şəbəkələrinin, özəl klinikaların və Mərkəzi Rayon Xəstəxanaların rəhbər şəxsləri iştirak ediblər.

Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi vətəndaşlara keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsidir. Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.

İctimai təqdimatda əvvəlcə rəqəmsal səhiyyəyə dair videoçarx nümayiş olunub.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosialyönümlü siyasətin aparılmasını giriş sözündə vurğulayan səhiyyə naziri Teymur Musayev bildirib: "Dövlət başçısının rəhbərlik etdiyi son 20 il ərzində rəqəmsal hökumətə keçidin sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası üzrə ardıcıl tədbirlərin görülməsi ölkəmizin regionda aparıcı söz sahibi kimi tanınmasını şərtləndirib".

Nazir rəqəmsal texnologiyaların tibbi xidmət təminatçılarına və pasiyentlərə məlumatları əlçatan etməklə, ortaq qərar verməkdə həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırdığını diqqətə çatdırıb: "2023-cü ildən səhiyyənin rəqəmsal transformasiyası layihəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən "Elektron epikriz" informasiya sistemi tətbiq edilir. Elektron epikriz sistemi vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid reyestrinin yaradılmasını təmin etməklə fərdin sağlamlıq məlumatlarının axtarışına və standart formada sənədlərin hazırlanmasına imkan yaradıb".

"Bu gün Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış Elektron resept sisteminin və mobil tətbiqin, eləcə də "Təqib və izləmə sistemi"nin təqdimatı keçirilir. Hər iki informasiya sistemi əczaçılıq sektorunun rəqəmsallaşdırılması tədbirləri çərçivəsində "Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunu"na edilən əlavə və dəyişikliklərə uyğun olaraq hazırlanıb. Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək", - deyə Teymur Musayev fikrini tamamlayıb.

Təqdimatla çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədlərindən biri tibbi məlumatların müalicə zamanı qərar qəbuletmə prosesinə inteqrasiyasını təmin edərək, onları vahid səhiyyə informasiya sistemində mərkəzləşdirəcək. Bu isə, öz növbəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda məlumatlara maneəsiz çıxışın təmin edilməsidir. "Rəqəmsal səhiyyə strategiyasının reallaşması ölkəmizdə müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal səhiyyə ekosistemini formalaşdıracaq. Bu, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin tədbiqi, xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı texnologiyaların istifadəsi, hər bir vətəndaşın ehtiyacına uyğun yüksək keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına imkan yaradacaq", - deyə səhiyyə nazirinin müşaviri vurğulayıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

İsraildə bir nəfər insanlara hücum etdi: 18 yaralı var like
  • 16 Yan 06:52  
Dünya İsraildə bir nəfər insanlara hücum etdi: 18 yaralı var

İsrailin Raanana şəhərində terror aktı törədildiyi ehtimal olunur.

arrow Ətraflı
Maduro Venesuelada dövlət çevrilişi cəhdlərinin uğursuz olduğunu açıqlayıb like
  • 16 Yan 06:49  
Dünya Maduro Venesuelada dövlət çevrilişi cəhdlərinin uğursuz olduğunu açıqlayıb

"Ötən il Venesuelada dövlət çevrilişi həyata keçirmək və dövlət

arrow Ətraflı
Şəkərlə bağlı miflər: Şirin yalan, yoxsa acı həqiqət? like
  • 16 Yan 06:38  
Digərləri Şəkərlə bağlı miflər: Şirin yalan, yoxsa acı həqiqət?

Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların təhlili ilə müəy

arrow Ətraflı
“Səhnədə müğənnilər arasında hegemon özüməm, hətta İlhamədən də..." like
  • 16 Yan 06:33  
Şou-biznes “Səhnədə müğənnilər arasında hegemon özüməm, hətta İlhamədən də..."

"Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyy�

arrow Ətraflı
Kaja Kallas: “Üç ildən sonra Rusiya NATO sərhədlərini təhdid etməyə başlayacaq” like
  • 16 Yan 06:21  
Dünya Kaja Kallas: “Üç ildən sonra Rusiya NATO sərhədlərini təhdid etməyə başlayacaq”

"Üç ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə

arrow Ətraflı
Məşhurlar mükafat gecəsinə belə gəldilər like
  • 16 Yan 06:06  
Şou-biznes Məşhurlar mükafat gecəsinə belə gəldilər

Ötən gün Santa Monikada 2024-cü il üzrə "Tənqidçilərin Seçimi Mü

arrow Ətraflı
Zibilə atılan senarilər 800 funt sterlinqə satılacaq like
  • 16 Yan 04:04  
Şou-biznes Zibilə atılan senarilər 800 funt sterlinqə satılacaq

"Friends" serialına aid ssenarilər hərraca çıxarılacaq.

arrow Ətraflı
Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv etdi like
  • 16 Yan 01:29  
Digərləri Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçir

arrow Ətraflı
Serenayla Kerem barışıb?  Açıqlama like
  • 16 Yan 01:19  
Şou-biznes Serenayla Kerem barışıb? Açıqlama

Son.az olay-a istinadən bildirir ki, Serenay şayiələrə səssiz qalsa da, B

arrow Ətraflı
Toy zamanı döşəmə çökdü: 35 nəfər xəsarət alıb, bəy və gəlin... like
  • 16 Yan 01:13  
Dünya Toy zamanı döşəmə çökdü: 35 nəfər xəsarət alıb, bəy və gəlin...

İtaliyanın Pistoia şəhərində toy zamanı döşəmənin çökməsi nəticə

arrow Ətraflı
2024cü il üç bürcə böyük uğurlar gətirəcək like
  • 16 Yan 01:01  
Digərləri 2024cü il üç bürcə böyük uğurlar gətirəcək

Astroloqlar bu il böyük xoşbəxtlik yaşayacaq üç bürcün adını açıqla

arrow Ətraflı
Məryəm Üzərli seriala çəkilmək üçün bu qədər istəyir like
  • 16 Yan 00:49  
Şou-biznes Məryəm Üzərli seriala çəkilmək üçün bu qədər istəyir

Məşhur aktrisa Məryəm Üzərlinin ekran işlərində rol almaq üçün istə

arrow Ətraflı
İtdən vəfa dərsi: 52 gündür ölmüş sahibinin məzarı başında gözləyir like
  • 16 Yan 00:30  
Digərləri İtdən vəfa dərsi: 52 gündür ölmüş sahibinin məzarı başında gözləyir

Türkiyənin Bursa şəhərində dünyasını dəyişən qadının iti sahibinin

arrow Ətraflı
Günün qoroskopu: Əsla tələsməyin like
  • 16 Yan 00:01  
Digərləri Günün qoroskopu: Əsla tələsməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Yaxın zamanda LaçınKəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək like
  • 15 Yan 23:56  
Digərləri Yaxın zamanda LaçınKəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək

Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə sta

arrow Ətraflı