Günün qoroskopu: Əsla tələsməyin


Digərləri 16 Yan 2024 00:01:00 152 0

Günün qoroskopu: Əsla tələsməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısı peşəkar fəaliyyət üçün uğurlu zamandır. Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın. Onları olduğu kimi, müsbət və mənfi cəhətləri ilə qəbul edin. Yaşamın rəvan axarına süni müdaxilə etməyin.

Günün ikinci yarısında mümkün qədər praktik olun. Əldə etdiyiniz maliyyə vəsaitini effektiv şəkildə sərf edin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Sadiq dostlardan biri ilə əlaqə saxlamaq olar.

Axşam saatlarında gəzintiyə çıxın.

Buğa - bütün problemləri eyni vaxtda və qısa zamanda həll etməyə çalışırsınızsa, yanlış yol seçibsiniz. İşlər yarımçıq qalacaq. Situasiyanın belə xoşagəlməz istiqamət almaması üçün planlı hərəkət edin. Aramlı fəaliyyət problemlərin tədricən həllinə imkan verəcək.

Gördüyünüz işlərin praktik xeyrə malik olub-olmadığını araşdırın. Sonradan təssüf hissi yarada biləcək qərarlar verməyin.

Axşam saatları yeni tanışlarla ünsiyyət və sizə dəstək verə biləcək insanlarla təmaslar üçün pis deyil. Yaxınlarınızla mübahisə etməyin, münaqişəli situasiya yaratmayın. Sevdiyiniz işlə məşğul olun.

Əkizlər - son vaxtlar yol verdiyiniz səhvlər arzuolunmaz insanların diqqətini cəlb edəcək. İşlərinizin rəvanlığına kimin və ya nəyin mane olduğunu müəyyənləşdirin.

Problemlərə rəğmən yolunuz yanlış deyil.

Günün ikinci yarısında sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Ailə işləri, məişət qayğıları, kiçik təmir üçün münasib zamandır. Axşam saatlarında görüşə yollana bilərsiniz. Normal istirahət etməyə çalışın.

Xərçəng - günün ilk yarısında çətin, yerinə yetirilməsi ağır zəhmət tələb edən işdən çəkinməyin. Söhbətlər, müzakirə, aktiv ünsiyyəti başqa zamana saxlayın. Bir qədər əvvəlki hərəkətlərinizi təhlil edin. Müşkül vəziyyətdən çıxış yolu var.

Uğursuzluq sizdə rüh düşkünlüyü yaratmasın.

Günün ikinci yarısında həddən artıq emosional davranmayın. Yaxınlarınızdan birinin qarşılaşdığı problemin həllində ona yardım edin. Qəfil tanışlıq səbatlı və uzunmüddətli münasibətlər vəd etmir.

Birgə istirahət xoş təəssüratlar və emosiyalar vəd edir.

Şir - günün ilk yarısında məişət problemləri və ailə qayğılarının intensivliyi artsa da, onları çözmək imkanları var. Düşünülmüş qərarlar qəbul edin, təmkinli olun. Emosiyaların təsiri altında yox, məntiqlə davranın. Hisslərə qapılmayın.

Günün ikinci yarısında maksimal dərəcədə diqqətli və səliqəli olun.

Bəzi məsələlərin həllində yaxınlarınız sizə yardım edəcəklər. Təmir, səyahət və köç üçün yaxşı zamandır. Birgə planları müzakirə edin.

Axşam saatlarında həssas və qayğıkeş olun.

Dostlar, tanışlarla xoş vaxt keçirmək olar.

Qız - bütün istəklərinizi qısa müddətdə həyata keçirmək, sadəcə, mümkün deyil. Fəaliyyətinizdə ardıcıllıq və məntiq olmalıdır. Öz işinizi başqalarına həvalə etməyin. Emosional ağırlıq, pərişanlıq yarana bilər.

Günün ikinci yarısında maliyyə məsələlərində həssaslığı əldən verməyin. Əlavə xərclər yolverilməzdir. Yaxınlarınızla mübahisə etməyin. Haqlı olduğunuzu sübut etmək üçün normal danışın, aqressivliyə yol verməyin. Ailə rifahınızı təhdid edən problemin çözümünü ertələməyin.

Rasiona fikir verin. Səhhətinizi qoruyun.  

Tərəzi - adi günlərdən fərqli olaraq rutin işlər, gündəlik məsələlər daha çox vaxt alacaq. Sakit və rəvan həyat üçün gərəkli məqamları aydınlaşdırmağa çalışın. Ən xırda nüans belə, nəzərinizdən qaçmamalıdır. Az öncə yaşanmış hadisələri müzakirə edin.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək.

Sevdiyiniz insanla ünsiyyət sizə xoş hisslər bəxş etməlidir. Azyaşlı qohumlarla təmaslarda alicənab və qayğıkeş olun. Axşam saatlarında taleyinizi sınağa çəkməyin. Romantik hisslərə qapıla bilərsiniz.

Əqrəb - maraqlı insanlarla təmaslar, bilik və təhsil səviyyəsinin artırılması, məsləhətləşmələr üçün yaxşı zamandır. Çətinliklərin öhdəsindən gəlmək istəyirsinizsə, qətiyyətli olun. İradənizi nümayiş etdirin.

Nə zaman susmaq gərəkdiyini, nə zaman da danışmağa zərurət yarandığını anlayın. Ağır fiziki işə qatlananda tənbəllik etməyin.

Günün ikinci yarısında aramla çalışın. Səbrli, təmkinli olun.

Yaxınlarınızın davranışı əhvalınızdan asılıdır. Qərar və sözlərinizə onların reaksiyalarını müzakirə edin. Tənqid və iradları ifrata çatdırmayın.

Dəyər verdiyiniz insanlar deyinməyinizdən, məsləhətlərinizdən bezə bilərlər.

Oxatan - bədxərclik etməyin. İzafi "səxavət" maddi durumunuza ağır zərbə vura bilər. Bununla belə, ifrat dərəcədə qənaətcil olmayın. Əks təqdirdə sizi simiclikdə suçlayacaqlar. Fikrinizi zərurət duyulmadığı təqdirdə açıqlamayın. Başqalarının nöqsanlarını və çatışmazlıqlarını aşkar müzakirə etməyin.

Günün ikinci yarısında ehtiyatlı, fəndgir olun. Ailə işlərinə və məişət qayğılarına daha çox diqqət ayırın. Güzəştlərə meylli insan təsiri bağışlayın.

Sevdiyiniz insan xoş rəftar və qayğıkeşliklə sevindirin.

Oğlaq - yaxın ətrafınızdakı insanlarla bağlı fikir söyləməyə tələsməyin. Dedi-qodulara qatılmayın. Səhhətinizə fikir verin ki, ağrı əhvalınızı pisləşdirib sizi apatik və ya aqressiv insana çevirməsin. Mənasız işlərə qatılmayın.

Günün ikinci yarısı ağır fiziki iş üçün münasib deyil. Adət etdiyiniz ortamda və ya şəraitdə çalışın. Yaxınlarınız sizdə qayğı, diqqətli münasibət gözləyirlər.

Narahatlıq mənbəyi olan məsələni qulaqardına vurmayın.

Axşam saatlarında romantik hisslər sizi çuğlaya bilər.

Dolça - günün ilk yarısında heç bir zərurət olmadan risk etməyin. Planlaşdırdığınız işlər yalnız ilk baxışdan asan, bəsit təsir bağışlayır. Əslində isə onları başa vurmaq üçün çoxsaylı maneələrlə üzləşəcəksiniz. Pessimist olmayın. İrəliyə doğru qətiyyətlə addımlayın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı təcrübəli insanlardan biri sizə yardım edəcək. Eşitdiyiniz məsləhətləri saf-çürük edin. Əsla tələsməyin.

Axşam saatlarında romantik hisslər güclənə bilər. Sevdiyiniz insanla görüşün.

Balıqlar - bilin ki, qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da hazırlayın.

Ehtiyac yaranarsa, məsləhət üçün təcrübəli insanlara müraciət edin.

Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın.

Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.  

Son.az

Yaxın zamanda LaçınKəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək like
  • 15 Yan 23:56  
Digərləri Yaxın zamanda LaçınKəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək

Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə sta

arrow Ətraflı
Böyük köç BAŞLADI: Ermənilər Qazaxın 7 kəndini tərk edir like
  • 15 Yan 23:49  
Digərləri Böyük köç BAŞLADI: Ermənilər Qazaxın 7 kəndini tərk edir

Ermənilər Tavuşun "anklav" adlanan kəndlərini (Qazaxın Ermənist

arrow Ətraflı
Rusiyadan təhlükəli həmlə  “Bu, Ukrayna üçün yaxşı xəbər deyil” like
  • 15 Yan 23:42  
Dünya Rusiyadan təhlükəli həmlə “Bu, Ukrayna üçün yaxşı xəbər deyil”

Rusiyanın "Drel" bombası Ukraynanın zirehli texnikalarını məhv e

arrow Ətraflı
Binəqədidəki partlayışda xəsarət alan şəxs: “Canımızı götürüb qaçdıq” like
  • 15 Yan 23:37  
Digərləri Binəqədidəki partlayışda xəsarət alan şəxs: “Canımızı götürüb qaçdıq”

"Bir anda partlayış oldu, yanğın baş verdi. Hərə bir tərəfə qaçd

arrow Ətraflı
ABŞ üçün yük daşıyan gəmi vuruldu like
  • 15 Yan 23:29  
Dünya ABŞ üçün yük daşıyan gəmi vuruldu

Husilər Yəmən sahillərində "Gibraltar Eagle" gəmisinə hücum ed

arrow Ətraflı
Şəhid qızı faciəvi şəkildə öldü  FOTO like
  • 15 Yan 23:23  
Digərləri Şəhid qızı faciəvi şəkildə öldü FOTO

Şəhid qızı faciəvi şəkildə ölüb.

arrow Ətraflı
Qırmızı dənizdəki vəziyyət nəzarətdən çıxa bilər like
  • 15 Yan 23:17  
Dünya Qırmızı dənizdəki vəziyyət nəzarətdən çıxa bilər

Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və vəziyyətin tezlik

arrow Ətraflı
Xərçəng diaqnozu qoyulan Ostindən yeni xəbər like
  • 15 Yan 23:14  
Dünya Xərçəng diaqnozu qoyulan Ostindən yeni xəbər

Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilən ABŞ-ın mü

arrow Ətraflı
Əflatun Amaşova ağır itki üz verdi like
  • 15 Yan 23:13  
Digərləri Əflatun Amaşova ağır itki üz verdi

"Xalq qəzeti"nin baş redaktoru, sabiq millət vəkili Əflatun Amaş

arrow Ətraflı
Avtomobilin vurduğu piyada 24 gün sonra xəstəxanada öldü like
  • 15 Yan 23:12  
Digərləri Avtomobilin vurduğu piyada 24 gün sonra xəstəxanada öldü

Ötən il dekabrın 22-də Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrah

arrow Ətraflı
Ceyhun Bayramov BƏƏnin xarici işlər naziri ilə telefonla danışdı like
  • 15 Yan 23:08  
Digərləri Ceyhun Bayramov BƏƏnin xarici işlər naziri ilə telefonla danışdı

15 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
Sürücülərin nəzərinə!  Bu yolda məhdudiyyət var like
  • 15 Yan 23:03  
Digərləri Sürücülərin nəzərinə! Bu yolda məhdudiyyət var

Paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi, 3-cü mikrorayon dairəsi istiqa

arrow Ətraflı
Tokayev İtaliya və Vatikana səfər edəcək like
  • 15 Yan 23:00  
Dünya Tokayev İtaliya və Vatikana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vat

arrow Ətraflı
Bakı onsuz da deyir ki, bu, artıq lazım deyil like
  • 15 Yan 22:48  
Digərləri Bakı onsuz da deyir ki, bu, artıq lazım deyil

Sülh müqaviləsində Zəngəzur dəhlizi ilə bağlı bənd yoxdur və ola da

arrow Ətraflı
Avropa Şurasının Baş katibindən Bakıdakı partlayışa like
  • 15 Yan 22:43  
Dünya Avropa Şurasının Baş katibindən Bakıdakı partlayışa

Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm. Zərə

arrow Ətraflı