Şəkərlə bağlı miflər: Şirin yalan, yoxsa acı həqiqət?


Digərləri 16 Yan 2024 06:38:00 169 0

Şəkərlə bağlı miflər: Şirin yalan, yoxsa acı həqiqət?

Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların təhlili ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır.

Son.az publika.az-a istinadən xəbər verir ki, şəkər barədə mif və həqiqətlərin əks olunduğu faktlar təhlil edilib.

Mif 1: Şəkərin bütün növləri zərərlidir

Fakt: Şəkərin qlükoza, fruktoza (meyvə şəkəri), saxaroza (şəkər tozu və ya qənd), laktoza (süd şəkəri) və digər növləri var. Onlardan bəziləri meyvə-tərəvəz, bal, bəkməz və digər qidaların tərkibində təbii olaraq mövcuddur. Bunlar orqanizmə vitamin, mineral və liflərlə birlikdə daxil olduğu üçün normada qəbul edildikdə yalnız fayda verir. Təbii olmayan, qidalara sonradan qatılan şəkərlər isə əlavə kaloridən başqa bir şey deyil.

Mif 2: Şəkər rasiondan tamamilə çıxarılmalıdır

Fakt: Əlavə şəkərləri məhdudlaşdırmaq faydalı olsa da, şəkərdən tamamilə imtina etmək düzgün sayıla bilməz. Çünki meyvə-tərəvəzlərdəki və dənli bitkilərdəki təbii şəkərlər sağlam qidalanmanın bir hissəsidir. Ona görə də rasiondan təbii şəkərlər deyil, əlavə şəkərlər çıxarılmalıdır.

Mif 3: Qəhvəyi şəkər ağ şəkərdən daha az zərərlidir

Fakt: Qəhvəyi şəkər də ağ şəkər kimi şəkər qamışından əldə olunur və ağ şəkərdən sadəcə dadı və teksturasına görə fərqlənir. Yəni hər ikisi saxarozadır və eyni dərəcədə kalorilidir. Qəhvəyi şəkər rafinə edilmədiyi üçün tərkibində qalan bəkməzdəki vitamin və mikroelementlər orqanizm üçün faydalı ola bilər. Lakin bu, o qədər cüzidir ki, həmin faydalı maddələrin orqanizm üçün lazım olan miqdarda qəbul edilməsi üçün çox miqdarda qəhvəyi şəkərdən istifadə olunmalıdır. Bu isə müsbətdən çox mənfi nəticələr verə bilər.

Mif 4: Şəkər yaddaşı gücləndirir

Fakt: Bəzi insanlar səhər yeməyi zamanı şirin çay qəbul etməyin yaddaşı möhkəmləndirməsinə inanırlar. Əslində isə şirin çayın orqanizmə heç bir faydası yoxdur və acqarına səhər vaxtı qəbul edilməsi qısa zamanda qanda şəkərin miqdarını artırır. Bununla da mədəaltı vəziyə və qaraciyərə mənfi təsir göstərir.

Mif 5: Şəkər bizi enerji ilə təmin edir

Fakt: İnsanlar arasında geniş yayılmış digər mif şəkərin orqanizmi tez bir zamanda enerji ilə təmin etməsidir. Bu inanc, xüsusilə yorğun vaxtlarda sürətli enerji artırıcı kimi şəkərli qəlyanaltıların, eləcə də enerji və digər şirinləşdirilmiş içkilərin populyarlaşmasına səbəb olub. Şəkər sürətli enerji artımını təmin etsə də, bu, qısamüddətli olur və tez bir zamanda yenidən yorğunluq hiss olunmağa başlayır. Buna görə də insanlar daim enerjili olmaq düşüncəsi ilə daha çox şəkərli qidalar istehlak edirlər və bu hal da qapalı dairə yaradır.

Şəkərlə bağlı yayılan mif və faktların ayırd olunması daha sağlam qidalanma seçimləri etmək üçün vacibdir. Şəkəri hansı qidalardan və hansı miqdarda qəbul etmək hər kəsin öz əlindədir. Sağlamlıq naminə qəbul edilən hər qram şəkəri məsuliyyətlə seçmək lazımdır ki, həyatımız şirin olmaqla yanaşı, həm də sağlam olsun.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Səhnədə müğənnilər arasında hegemon özüməm, hətta İlhamədən də..." like
  • 16 Yan 06:33  
Şou-biznes “Səhnədə müğənnilər arasında hegemon özüməm, hətta İlhamədən də..."

"Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyy�

arrow Ətraflı
Kaja Kallas: “Üç ildən sonra Rusiya NATO sərhədlərini təhdid etməyə başlayacaq” like
  • 16 Yan 06:21  
Dünya Kaja Kallas: “Üç ildən sonra Rusiya NATO sərhədlərini təhdid etməyə başlayacaq”

"Üç ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə

arrow Ətraflı
Məşhurlar mükafat gecəsinə belə gəldilər like
  • 16 Yan 06:06  
Şou-biznes Məşhurlar mükafat gecəsinə belə gəldilər

Ötən gün Santa Monikada 2024-cü il üzrə "Tənqidçilərin Seçimi Mü

arrow Ətraflı
Zibilə atılan senarilər 800 funt sterlinqə satılacaq like
  • 16 Yan 04:04  
Şou-biznes Zibilə atılan senarilər 800 funt sterlinqə satılacaq

"Friends" serialına aid ssenarilər hərraca çıxarılacaq.

arrow Ətraflı
Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv etdi like
  • 16 Yan 01:29  
Digərləri Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçir

arrow Ətraflı
Serenayla Kerem barışıb?  Açıqlama like
  • 16 Yan 01:19  
Şou-biznes Serenayla Kerem barışıb? Açıqlama

Son.az olay-a istinadən bildirir ki, Serenay şayiələrə səssiz qalsa da, B

arrow Ətraflı
Toy zamanı döşəmə çökdü: 35 nəfər xəsarət alıb, bəy və gəlin... like
  • 16 Yan 01:13  
Dünya Toy zamanı döşəmə çökdü: 35 nəfər xəsarət alıb, bəy və gəlin...

İtaliyanın Pistoia şəhərində toy zamanı döşəmənin çökməsi nəticə

arrow Ətraflı
2024cü il üç bürcə böyük uğurlar gətirəcək like
  • 16 Yan 01:01  
Digərləri 2024cü il üç bürcə böyük uğurlar gətirəcək

Astroloqlar bu il böyük xoşbəxtlik yaşayacaq üç bürcün adını açıqla

arrow Ətraflı
Məryəm Üzərli seriala çəkilmək üçün bu qədər istəyir like
  • 16 Yan 00:49  
Şou-biznes Məryəm Üzərli seriala çəkilmək üçün bu qədər istəyir

Məşhur aktrisa Məryəm Üzərlinin ekran işlərində rol almaq üçün istə

arrow Ətraflı
İtdən vəfa dərsi: 52 gündür ölmüş sahibinin məzarı başında gözləyir like
  • 16 Yan 00:30  
Digərləri İtdən vəfa dərsi: 52 gündür ölmüş sahibinin məzarı başında gözləyir

Türkiyənin Bursa şəhərində dünyasını dəyişən qadının iti sahibinin

arrow Ətraflı
Günün qoroskopu: Əsla tələsməyin like
  • 16 Yan 00:01  
Digərləri Günün qoroskopu: Əsla tələsməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Yaxın zamanda LaçınKəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək like
  • 15 Yan 23:56  
Digərləri Yaxın zamanda LaçınKəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək

Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə sta

arrow Ətraflı
Böyük köç BAŞLADI: Ermənilər Qazaxın 7 kəndini tərk edir like
  • 15 Yan 23:49  
Digərləri Böyük köç BAŞLADI: Ermənilər Qazaxın 7 kəndini tərk edir

Ermənilər Tavuşun "anklav" adlanan kəndlərini (Qazaxın Ermənist

arrow Ətraflı
Rusiyadan təhlükəli həmlə  “Bu, Ukrayna üçün yaxşı xəbər deyil” like
  • 15 Yan 23:42  
Dünya Rusiyadan təhlükəli həmlə “Bu, Ukrayna üçün yaxşı xəbər deyil”

Rusiyanın "Drel" bombası Ukraynanın zirehli texnikalarını məhv e

arrow Ətraflı
Binəqədidəki partlayışda xəsarət alan şəxs: “Canımızı götürüb qaçdıq” like
  • 15 Yan 23:37  
Digərləri Binəqədidəki partlayışda xəsarət alan şəxs: “Canımızı götürüb qaçdıq”

"Bir anda partlayış oldu, yanğın baş verdi. Hərə bir tərəfə qaçd

arrow Ətraflı