Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə təsirləri olacaq?


Digərləri 27 İyn 2023 11:12:00 222 0

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə təsirləri olacaq?

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir.

Bu barədə Trend-ə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

"Maliyyə sistemimiz yetərincə tarazlı vəziyyətdədir, bank sistemimiz etibarlıdır. Ölkənin kifayət qədər böyük ehtiyatları var və borc səviyyəsi çox aşağıdır. Bu səbəbdən hər hansı xüsusi mənfi təsir gözləmirik", - deyə o əlavə edib.

Bundan başqa, Azərbaycanın dövlət büdcəsində neft qiymətlərinin yenidən gözdən keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində neftin bir bareli üçün qoyulmuş orta ixrac qiyməti tamamilə məqbul səviyyədədir.

Nazir xatırladıb ki, yerdə qalan müddət üçün dövlət büdcəsində neft qiymətləri 50 dollardan 60 dollara qaldırılıb.

"Büdcədə neftin orta qiymətini bundan sonra da qaldıracağımızı düşünmürəm, belə ki, qoyulan qiymət yetərincə yüksəkdir. Zənnimizcə, bu tamamilə məqbul səviyyədir", - deyə Samir Şərifov vurğulayıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33,89 milyard manat, xərcləri 36,62 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33,12 milyard manat, yerli gəlirləri 764,7 milyon manat, mərkəzləşdirilmiş xərcləri 35,85 milyard manat, yerli xərcləri 777 milyon manat) təşkil edir.

Xatırladaq ki, may ayında Türkiyədə inflyasiya 39,59 faiz olub. İnflyasiyanın qarşısını almaq üçün ölkənin Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 8,5 faizdən 15 faizədək qaldırmaq barədə qərar qəbul edib. Bu qərar elan olunduqdan sonra türk lirəsi tarixdə ilk dəfə olaraq bir ABŞ dollarına görə 24 lirə həddini keçərək zəifləməyə davam etdi. Türkiyənin Mərkəzi Bankı inflyasiya üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırana qədər bu siyasəti aparmaq niyyətindədir.

Pomidor yeyənlər daha çox yaşayır like
  • 27 İyn 11:10  
Digərləri Pomidor yeyənlər daha çox yaşayır

Pomidor bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir, ür

arrow Ətraflı
Afra ona təhqir yazanları məhkəməyə verəcək like
  • 27 İyn 10:58  
Şou-biznes Afra ona təhqir yazanları məhkəməyə verəcək

"Yalı çapkını" serialının ulduzu Afra Saraçoğlu tərəf müqab

arrow Ətraflı
Qərb Putinin zəiflədiyini gördü, gizli plan işə düşdü like
  • 27 İyn 10:46  
Dünya Qərb Putinin zəiflədiyini gördü, gizli plan işə düşdü

Dünyada Rusiyanın "yeni ölçüyə" keçməsi ilə bağlı yekdil r�

arrow Ətraflı
Azərbaycanda toyda dayı bacısı oğlunu bıçaqladı like
  • 27 İyn 10:34  
Kriminal Azərbaycanda toyda dayı bacısı oğlunu bıçaqladı

Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Şahzadə Diananın məşhur sviteri müştərisini gözləyir  FOTO like
  • 27 İyn 10:22  
Dünya Şahzadə Diananın məşhur sviteri müştərisini gözləyir FOTO

Şahzadə Diananın illərdir itmiş hesab olunan sviteri hərraca çıxarılaca

arrow Ətraflı
Priqojinin təyyarəsi Belarusda eniş edib  FOTO like
  • 27 İyn 10:18  
Dünya Priqojinin təyyarəsi Belarusda eniş edib FOTO

"Vaqner" Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin t�

arrow Ətraflı
Azərbaycanda yüksək vəzifəli şəxs hoteldə öldü like
  • 27 İyn 10:10  
Digərləri Azərbaycanda yüksək vəzifəli şəxs hoteldə öldü

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb like
  • 27 İyn 09:58  
Digərləri Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Altı nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı  VİDEO like
  • 27 İyn 09:46  
Digərləri Altı nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı VİDEO

Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nə

arrow Ətraflı
Xaricə kuryerlik edən şəxs Ucarda avtomatla saxlanıldı like
  • 27 İyn 09:34  
Kriminal Xaricə kuryerlik edən şəxs Ucarda avtomatla saxlanıldı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliy

arrow Ətraflı
Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ görüşünün proqramı açıqlandı like
  • 27 İyn 09:32  
Siyasət Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ görüşünün proqramı açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ görüşünün pro

arrow Ətraflı
Başqası ilə yazışan arvadının ölümünə səbəb olan ər həbs edildi  FOTO like
  • 27 İyn 09:22  
Kriminal Başqası ilə yazışan arvadının ölümünə səbəb olan ər həbs edildi FOTO

Ötən il Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il t

arrow Ətraflı
"Allah eleməsin Aynurla barışım"  VİDEO like
  • 27 İyn 09:10  
Şou-biznes "Allah eleməsin Aynurla barışım" VİDEO

"Allah mənə o günü göstərməsin ki, mən küsdüyüm Aynur Dadaşova

arrow Ətraflı
Avtomobillə vurulan piyada ağır xəsarət alıb like
  • 27 İyn 08:59  
Digərləri Avtomobillə vurulan piyada ağır xəsarət alıb

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası

arrow Ətraflı
"Vaqner" çox yaxşı döyüşürdü  Ukrayna kəşfiyyatı like
  • 27 İyn 08:54  
Dünya "Vaqner" çox yaxşı döyüşürdü Ukrayna kəşfiyyatı

Ukrayna kəşfiyyatı "Vaqner" yaraqlılarının nizami Rusiya ordusun

arrow Ətraflı