Başqası ilə yazışan arvadının ölümünə səbəb olan ər həbs edildi FOTO


Kriminal 27 İyn 2023 09:22:00 324 0

Başqası ilə yazışan arvadının ölümünə səbəb olan ər həbs edildi  FOTO

Ötən il Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il təvəllüdlü Münəvvər Məmmədovanın intiharı ilə əlaqədar onun əri həbs edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, intihar hadisəsindən sonra M.Məmmədovanın əri - İsmayıllı rayonu Gideyli kənd sakini, 1992-ci il təvəllüdlü Sahil Məmmədova cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra cinayət işinin materialları Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, 3 uşaq anası olan M.Məmmədovanı həyat yoldaşı intihar həddinə çatdırıb. Məlum olub ki, S.Məmmədov 2014-cü ildə ailə qurduğu Münəvvəri dəfələrlə döyərək amansız rəftar edib, onun valideynlərini söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaldıb. Həmçinin səhhətində problemlər olan həyat yoldaşını Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada uşaqlarından ayrı, şəraitsiz halda olan həmin fermada saxlayıb. Sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesajlaşdığını  öyrəndikdən sonra arvadını döyərək ona xəsarətlər yetirib. 

Bundan sonra S.Məmmədov M. Məmmədovaya boşamaq, atasının evinə göndrəmək və uşaqlarını əlindən almaqla hədə-qorxu gəlib, onu intihar həddinə çatdırıb. Nəticədə 29 yaşlı qadın özünü tövlədə asaraq həyatına son qoyub.

Bundan sonra Sahil yaxınları ilə birgə M.Məmmədovanın cənazəsini Göyçaydan yaşadığı İsmayıllı rayonuna aparıb və hər kəsə onun böyrək çatışmazlığından öldüyünü bildirib. Lakin qadının valideynləri bununla razılaşmayıb və mərhumun bədənində xəsarətlərin olduğunu bildirərək hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını tələb ediblər.

M.Məmmədovanın atası qızının S.Məmmədov tərəfindən öldürüldüyünü iddia edib.

Göyçay Rayon Məhkəməsində keçirilən proses bu günlərdə başa çatıb. Məhkəmənin hökmü il həyat yoldaşını intihar həddinə çatdıran şəxsə 5 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.

"Allah eleməsin Aynurla barışım"  VİDEO like
  • 27 İyn 09:10  
Şou-biznes "Allah eleməsin Aynurla barışım" VİDEO

"Allah mənə o günü göstərməsin ki, mən küsdüyüm Aynur Dadaşova

arrow Ətraflı
Avtomobillə vurulan piyada ağır xəsarət alıb like
  • 27 İyn 08:59  
Digərləri Avtomobillə vurulan piyada ağır xəsarət alıb

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası

arrow Ətraflı
"Vaqner" çox yaxşı döyüşürdü  Ukrayna kəşfiyyatı like
  • 27 İyn 08:54  
Dünya "Vaqner" çox yaxşı döyüşürdü Ukrayna kəşfiyyatı

Ukrayna kəşfiyyatı "Vaqner" yaraqlılarının nizami Rusiya ordusun

arrow Ətraflı
Bakıda ağır yol qəzasında like
  • 27 İyn 08:48  
Digərləri Bakıda ağır yol qəzasında

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Motosiklet avtomobilə çırpılıb, xəsarət alan var  FOTO like
  • 27 İyn 08:42  
Digərləri Motosiklet avtomobilə çırpılıb, xəsarət alan var FOTO

Bakının Səbail rayonunda yol qəzası baş verib.

arrow Ətraflı
Dünyada narkomanların sayı 296 milyona çatıb like
  • 27 İyn 08:33  
Dünya Dünyada narkomanların sayı 296 milyona çatıb

Dünyada narkotik istifadəçilərinin sayı son 10 il ərzində 23 faiz artaraq

arrow Ətraflı
Milyarder qəzada öldü like
  • 27 İyn 08:26  
Dünya Milyarder qəzada öldü

70 yaşlı amerikalı milyarder Ceyms Kraun yarış yolunda baş vermiş qəza n

arrow Ətraflı
ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Priqojinin olduğu yeri açıqlayıb like
  • 27 İyn 08:19  
Dünya ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Priqojinin olduğu yeri açıqlayıb

ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Vorner "Vaqner"

arrow Ətraflı
Lukaşenko xalqa “təcili” müraciəti niyə etmədi? like
  • 27 İyn 08:12  
Dünya Lukaşenko xalqa “təcili” müraciəti niyə etmədi?

Belarus Prezidenti Aleksandr Lukaşenko 27 iyunda jurnalistlərin sualına cavab

arrow Ətraflı
Bu bürclərin iyulun 11dək bəxti GƏTİRƏCƏK  Həyatınız DƏYİŞƏCƏK like
  • 27 İyn 08:06  
Digərləri Bu bürclərin iyulun 11dək bəxti GƏTİRƏCƏK Həyatınız DƏYİŞƏCƏK

Bəzi bürcləri iyulun 11-dək nə gözlədiyi açıqlanıb.

arrow Ətraflı
Zelenski döyüşlərin getdiyi ən qaynar bölgəyə gəldi like
  • 27 İyn 08:00  
Dünya Zelenski döyüşlərin getdiyi ən qaynar bölgəyə gəldi

Ukrayna Prezidenti Vladimir Zelenski ən intensiv döyüşlərin getdiyi istiqam

arrow Ətraflı
Bu halda Priqojini ekstradisiya edəcəyik  ABŞ like
  • 27 İyn 07:47  
Dünya Bu halda Priqojini ekstradisiya edəcəyik ABŞ

"Vaqner" rəhbəri Yevgeni Priqojinin ekstradisiyasını tələb edə

arrow Ətraflı
Putinin xalqa müraciətinin əsas səbəbi… like
  • 27 İyn 07:40  
Dünya Putinin xalqa müraciətinin əsas səbəbi…

Kreml sahibinin son çıxışı cəmiyyətini sakitləşdirmək və "mən �

arrow Ətraflı
Zaporojye AES partladıla bilərmi?  ABŞdan açıqlama like
  • 27 İyn 07:34  
Dünya Zaporojye AES partladıla bilərmi? ABŞdan açıqlama

Zəbt olunmuş Zaporojye AES-in ərazisində partlayıcı maddələrin yerləşd

arrow Ətraflı
Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub like
  • 27 İyn 07:27  
Digərləri Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda

arrow Ətraflı