Avtobuslarda gedişhaqqı ödənişlərində yenilik


Digərləri 20 İyn 2023 10:29:00 215 0

Avtobuslarda gedişhaqqı ödənişlərində yenilik

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, "BakıKart" plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, "BakıKart" plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir.

İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.

Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir.

"BakıKart" mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifrəni daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. "BakıKart" mobil tətbiqinin beta versiyasını həm "App Store", həm də "Google Play Store"da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və "141" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Son.az 

Muğam sənətkarlarının konserti keçirilib like
  • 20 İyn 10:22  
Kriminal Muğam sənətkarlarının konserti keçirilib

"Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalı çərçivəsində

arrow Ətraflı
Solovyov Ukrayna əsgərinə “çağırış” etdi like
  • 20 İyn 10:17  
Dünya Solovyov Ukrayna əsgərinə “çağırış” etdi

Rusiyalı aparıcı Vladimir Solovyov efirdə olarkən səyyar radio kompleksi v

arrow Ətraflı
Avropa İttifaqının qrantları  təhlükəsizliyin təhdidi like
  • 20 İyn 10:09  
Siyasət Avropa İttifaqının qrantları təhlükəsizliyin təhdidi

Azərbaycan Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq e

arrow Ətraflı
17 yaşlı qız həşərat dərmanı içərək öldü like
  • 20 İyn 10:03  
Digərləri 17 yaşlı qız həşərat dərmanı içərək öldü

Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib.

arrow Ətraflı
Ötən gecə Ukrayna ordusu 32 İran PUAsı məhv edib like
  • 20 İyn 09:56  
Dünya Ötən gecə Ukrayna ordusu 32 İran PUAsı məhv edib

Ötən gecə Ukrayna ordusu Rusiya hücumlarının qarşısını almaq məqsədi

arrow Ətraflı
Mənzil alarkən DİQQƏTLİ OLUN: like
  • 20 İyn 09:50  
Digərləri Mənzil alarkən DİQQƏTLİ OLUN:

Tikinti şirkətləri tərəfindən mənzil satışında bu gün kifayət qədə

arrow Ətraflı
Akkreditasiyadan keçə bilməyən universitetlərin aqibəti necə olacaq? like
  • 20 İyn 09:32  
Digərləri Akkreditasiyadan keçə bilməyən universitetlərin aqibəti necə olacaq?

Ali təhsil müəssisəsi Akkreditasiya Meyarlarının tələblərinin üçdə b

arrow Ətraflı
Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib like
  • 20 İyn 09:25  
Digərləri Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib

Qazimiz Qəbələ rayon Nic kənd sakini, 2000-ci il təvəllüdlü Qodakov Yeqo

arrow Ətraflı
Ölkə ərazisində qeyrisabit hava şəraiti like
  • 20 İyn 09:22  
Digərləri Ölkə ərazisində qeyrisabit hava şəraiti

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədə

arrow Ətraflı
Bakıda sexdə yanğın: like
  • 20 İyn 09:18  
Digərləri Bakıda sexdə yanğın:

Bakıda təmir sexində yanğın baş verib.

arrow Ətraflı
Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır like
  • 20 İyn 09:09  
Digərləri Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasa

arrow Ətraflı
Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA like
  • 20 İyn 09:00  
Digərləri Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA

San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları qocalmanın hücey

arrow Ətraflı
Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi artıb like
  • 20 İyn 08:54  
Digərləri Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Türkmənistan arasında tic

arrow Ətraflı
Məşhur aktrisa keçmişini sildirmək istədi, amma... like
  • 20 İyn 08:48  
Şou-biznes Məşhur aktrisa keçmişini sildirmək istədi, amma...

Ötən il İrsəl Çivitlə evlənən aktrisa Sevcan Yaşar keçmiş sevgililər

arrow Ətraflı
Avropanın ən böyük əyləncə parkı yandı like
  • 20 İyn 08:42  
Dünya Avropanın ən böyük əyləncə parkı yandı

Almaniyanın cənub-qərbindəki Rust şəhərində turistlər arasında məşhu

arrow Ətraflı