Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır


Digərləri 20 İyn 2023 09:09:00 221 0

Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışına başlayır.

MİDA-dan Son.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510, Gəncə Yaşayış Kompleksi üzrə 243 olmaqla, ümumilikdə 1189 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 07.12.2018-ci il tarixli 26436, 15.02.2019-cu il tarixli 26721, 22.02.2019-cu il tarixli 26767;

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;

Gəncə Yaşayış Kompleksi üzrə - 17.12.2019-cu il tarixli 28607, 02.03.2020-ci il tarixli 29004, 31.03.2020-ci il tarixli 29122, 13.05.2020-ci il tarixli 29272 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilmişdir.

Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA like
  • 20 İyn 09:00  
Digərləri Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA

San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları qocalmanın hücey

arrow Ətraflı
Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi artıb like
  • 20 İyn 08:54  
Digərləri Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Türkmənistan arasında tic

arrow Ətraflı
Məşhur aktrisa keçmişini sildirmək istədi, amma... like
  • 20 İyn 08:48  
Şou-biznes Məşhur aktrisa keçmişini sildirmək istədi, amma...

Ötən il İrsəl Çivitlə evlənən aktrisa Sevcan Yaşar keçmiş sevgililər

arrow Ətraflı
Avropanın ən böyük əyləncə parkı yandı like
  • 20 İyn 08:42  
Dünya Avropanın ən böyük əyləncə parkı yandı

Almaniyanın cənub-qərbindəki Rust şəhərində turistlər arasında məşhu

arrow Ətraflı
Çində "mavi" like
  • 20 İyn 08:36  
Dünya Çində "mavi"

Çinin bir neçə bölgəsində leysan yağışları ilə əlaqədar "mavi&

arrow Ətraflı
MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır like
  • 20 İyn 08:34  
Siyasət MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən gu

arrow Ətraflı
Əfsanə geri dönür!  FOTO like
  • 20 İyn 08:30  
Şou-biznes Əfsanə geri dönür! FOTO

Türkiyənin reytinqli proqramı "Beyaz show" qayıdır.

arrow Ətraflı
Bakının bir sıra yollarında like
  • 20 İyn 08:27  
Digərləri Bakının bir sıra yollarında

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

arrow Ətraflı
Azərbaycan Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasına daxil olub like
  • 20 İyn 08:18  
Digərləri Azərbaycan Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasına daxil olub

2023-cü ilin ilk beş ayında Azərbaycan Gürcüstanın ən böyük 5 ticarət

arrow Ətraflı
BMT 20 illik müzakirələrdən sonra okeanlarla bağlı sazişi təsdiqləyib like
  • 20 İyn 08:12  
Dünya BMT 20 illik müzakirələrdən sonra okeanlarla bağlı sazişi təsdiqləyib

Birləşmiş Millətlər Təşkilatı (BMT) okeanları qorumaq üçün tarixi sa

arrow Ətraflı
Sovet kosmonavtının büstü söküldü  FOTO like
  • 20 İyn 08:06  
Dünya Sovet kosmonavtının büstü söküldü FOTO

Kiyevdə sovet kosmonavtı Yuri Qaqarinin büstü sökülüb.

arrow Ətraflı
Finlandiya F35in ön gövdələrinin istehsalına başlayacaq like
  • 20 İyn 08:00  
Dünya Finlandiya F35in ön gövdələrinin istehsalına başlayacaq

Finlandiyanın müdafiə avadanlığı şirkəti "Patria" və Amerika

arrow Ətraflı
Sizə bu mesaj gəlsə, inanmayın!  FOTO like
  • 20 İyn 07:54  
Digərləri Sizə bu mesaj gəlsə, inanmayın! FOTO

Azərbaycan Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president

arrow Ətraflı
Sabirabadda 17 yaşlı qız intihar edib like
  • 20 İyn 07:48  
Digərləri Sabirabadda 17 yaşlı qız intihar edib

Sabirabad şəhər sakini, 2006-cı il təvəllüdlü Qurbanlı Zəhra Həbib q�

arrow Ətraflı
Bu bürclər ağır sınaqlarla üzləşəcək like
  • 20 İyn 07:43  
Digərləri Bu bürclər ağır sınaqlarla üzləşəcək

Həftəlik ulduz falı sizə 19 iyundan 25 iyuna qədər olan dövrün çətin s

arrow Ətraflı