Avropa İttifaqının qrantları təhlükəsizliyin təhdidi


Siyasət 20 İyn 2023 10:09:00 235 0

Avropa İttifaqının qrantları  təhlükəsizliyin təhdidi

Azərbaycan Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Hətta qurumun "Şərq tərəfdaşlığı" proqramının üzvüdür. Bu, həm də o deməkdir ki, demokratiya və insan hüquqlarının müdafiəsi, inkişaf sahələrində Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edir.

Son.az "Report"a istinadən bildirir ki, Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda "demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi" pərdəsi altında yeni yüksək məbləğli qrant layihələri elan edib. Müxtəlif sahələr üzrə ictimai maraq kəsb edən məsələlərə dair jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğinədək layihələrin maliyyələşdiriləcəyi bildirilib. Araşdırmalar əsasən korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələri əhatə etməlidir. Bunlarla yanaşı çərçivə genişləndirilə də bilər.

Daha çox maraq doğuran məqamlardan biri layihə təkcə ölkə daxilində fəaliyyət göstərən KİV-ə deyil, həm də bəhs edilən ölkədən xaricdə fəaliyyət göstərən mediaya şamil olunacaq.

Ancaq bəhs edilən mövzuları, istiqamətləri yalnız "Şərq tərəfdaşlığı" ölkələrinə aid etməkdə qərəz elementləri də var.

Odur ki, qərəzin də idarə ediləcəyi ehtimalı az deyil. Hər gün xaricdən Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli, iğtişaş yaradacaq, təhqir dolu ifadələrlə fikirlər yayılır. Belələrinin qrant almayacaqlarına təminat verilmir. Həmin media nümayəndələri sözün azadlığından sui-istifadə edərək Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatlar yayır, fikirlər söyləyirlər.

Bu baxımdan maliyyə vəsaitinin məqsədli şəkildə anti-Azərbaycan ünsürlərə verilməyəcəyinə də təminat yoxdur.

Avropa İttifaqında medianın bir sıra təmsilçiləri Azərbaycan ictimaiyyəti üçün sınaqdan çıxmayıb. Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı keçirdikləri aksiyanın işıqlandırılmasında da qərəzdən xilas ola bilmədi. Onların aksiyaya Ermənistanın mövqeyindən yanaşması da bunu təsdiq edir. Həmin ölkələrin rəsmiləri, KİV-i iddia edirdi ki, guya Azərbaycan ictimaiyyətinin nümayəndələri həmin ərazidə "Laçın dəhlizini blokadaya alıb" və Xankəndində "ermənilər humanitar fəlakətlə üzləşib"və s.

Avropalıların qərəzli olduqlarını təsdiqləyən başqa bir fakta nəzər salaq.

Belçikada Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı siyasətçi Eva Kayli korrupsiya işi istintaqı çərçivəsində saxlanılması hadisəsini yada salmaq da yerinə düşər. Ermənilərin ABŞ və Avropa İttifaqı daxilində çirkli pullarla lobbi bəsləməsini qeyd etməmək mümkün deyil. Konqresmenlər, Fransa Senatının üzvləri, siyasiləri, KİV və s. bu pullarla ələ alınaraq Cənubi Qafqazda əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına qarşı çıxır, regionda qarşıdurmanın yaranmasına sövq edirlər.

Bu sayaq nümunələrin sayını artırmaq da olar. Avropa İttifaqı birlik daxilində maliyyə və təhlükəsizlik məsələlərinə diqqət ayırmır. O, dezinformasiya ilə mübarizəni bəhanə edərək öz ərazisində bütün xarici maliyyələşməni dayandırır.

Bu kimi layihələrin zahiri cəlbediciliyi ilə yanaşı, şirnikləndirici mahiyyət daşıdığı ehtimalı az deyil. Beynəlxalq donorlar, indiki halda Avropa İttifaqı adları çəkilən dövlətlərdən layihə, qrant adı ilə açıq şəkildə informasiya toplayır. Bu isə ictimai təhlükəsizliyə dəstək adı altında həmin ölkənin təhlükəsizliyinə təhdiddir.

Məsələnin başqa tərəfi isə maliyyə vəsaitlərinin xərclənməsi və paylanmasında şəffaflığın təmini ilə bağlıdır. Məsələn, bu yaxınlarda Avropa Şurası tərəfindən 2023-cü il üçün nəzərdə tutulan 4,5 milyon avro məbləğində layihələrin yalnız 500 minlik hissəsi rəsmiləşdirilib, qalan vəsaitdən isə heç bir xəbər yoxdur.

Başqa məqam - Azərbaycanda çoxlu sayda jurnalist təşkilatları var. Onların fəaliyyəti ictimaiyyətə yaxşı məlumdur. O zaman sual yaranır - Aİ onlarla niyə əməkdaşlıq etməyə səy göstərmir?...

Nəhayət, İranın yaratmaq istədiyi "5-ci kolon", onun mahiyyəti Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Tehran rejimi Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərənləri müxtəlif yolla şirniklədirir, ondan vətəndaşı olduğu ölkəyə qarşı istifadə etmək istəyirdi. Yaxud "SEPAH"ın hazırladığı "Hüseyniyun" qruplaşması da xaricdən Azərbaycana qarşı fəaliyyət göstərir.

Odur ki, Avropa İttifaqının verdiyi qrantın "demokratik Hüseyniyun" yaratmayacağına təminat yoxdur.

17 yaşlı qız həşərat dərmanı içərək öldü like
  • 20 İyn 10:03  
Digərləri 17 yaşlı qız həşərat dərmanı içərək öldü

Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib.

arrow Ətraflı
Ötən gecə Ukrayna ordusu 32 İran PUAsı məhv edib like
  • 20 İyn 09:56  
Dünya Ötən gecə Ukrayna ordusu 32 İran PUAsı məhv edib

Ötən gecə Ukrayna ordusu Rusiya hücumlarının qarşısını almaq məqsədi

arrow Ətraflı
Mənzil alarkən DİQQƏTLİ OLUN: like
  • 20 İyn 09:50  
Digərləri Mənzil alarkən DİQQƏTLİ OLUN:

Tikinti şirkətləri tərəfindən mənzil satışında bu gün kifayət qədə

arrow Ətraflı
Akkreditasiyadan keçə bilməyən universitetlərin aqibəti necə olacaq? like
  • 20 İyn 09:32  
Digərləri Akkreditasiyadan keçə bilməyən universitetlərin aqibəti necə olacaq?

Ali təhsil müəssisəsi Akkreditasiya Meyarlarının tələblərinin üçdə b

arrow Ətraflı
Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib like
  • 20 İyn 09:25  
Digərləri Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib

Qazimiz Qəbələ rayon Nic kənd sakini, 2000-ci il təvəllüdlü Qodakov Yeqo

arrow Ətraflı
Ölkə ərazisində qeyrisabit hava şəraiti like
  • 20 İyn 09:22  
Digərləri Ölkə ərazisində qeyrisabit hava şəraiti

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədə

arrow Ətraflı
Bakıda sexdə yanğın: like
  • 20 İyn 09:18  
Digərləri Bakıda sexdə yanğın:

Bakıda təmir sexində yanğın baş verib.

arrow Ətraflı
Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır like
  • 20 İyn 09:09  
Digərləri Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışı başlayır

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasa

arrow Ətraflı
Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA like
  • 20 İyn 09:00  
Digərləri Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA

San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları qocalmanın hücey

arrow Ətraflı
Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi artıb like
  • 20 İyn 08:54  
Digərləri Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Türkmənistan arasında tic

arrow Ətraflı
Məşhur aktrisa keçmişini sildirmək istədi, amma... like
  • 20 İyn 08:48  
Şou-biznes Məşhur aktrisa keçmişini sildirmək istədi, amma...

Ötən il İrsəl Çivitlə evlənən aktrisa Sevcan Yaşar keçmiş sevgililər

arrow Ətraflı
Avropanın ən böyük əyləncə parkı yandı like
  • 20 İyn 08:42  
Dünya Avropanın ən böyük əyləncə parkı yandı

Almaniyanın cənub-qərbindəki Rust şəhərində turistlər arasında məşhu

arrow Ətraflı
Çində "mavi" like
  • 20 İyn 08:36  
Dünya Çində "mavi"

Çinin bir neçə bölgəsində leysan yağışları ilə əlaqədar "mavi&

arrow Ətraflı
MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır like
  • 20 İyn 08:34  
Siyasət MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən gu

arrow Ətraflı
Əfsanə geri dönür!  FOTO like
  • 20 İyn 08:30  
Şou-biznes Əfsanə geri dönür! FOTO

Türkiyənin reytinqli proqramı "Beyaz show" qayıdır.

arrow Ətraflı