Günün qoroskopu: Kiçik maliyyə itkiləri olacaq


Digərləri 28 May 2023 00:01:00 140 0

Günün qoroskopu: Kiçik maliyyə itkiləri olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün hadisələri ilk baxışda göründüyü qədər önəmli və ciddi deyil. Problemləri ürəyinizə salmayın. Zahirən qəfil işgüzar təkliflər ala bilərsiniz. Onlar cazibədardır. Lakin çoxsaylı çətinliklər və az gəlir vəd edir. Ciddi fiziki iş, ağır əmək məsləhət deyil.

Günün ikinci yarısında səs-küylü, insanların gur olduqları yerlərə yollanmayın. Ən yaxın insanlarla ünsiyyətlə kifayətlənin.

Axşam saatlarında nagahani romantik etiraf istisna deyil.

Buğa - məqsədə doğru aparan yolda maneələr və sədlər yaransa da, geri çəkilməyin. Çətin olsa da, irəliləyin. Əhvalınız günün ilk yarısında pis olmasa da, sonradan pozula bilər. Xroniki ağrılardan birinin kəskinləşmə ehtimalı var.

Günün ikinci yarısında pullarınıza qənim kəsilməyin, bədxərclik etməyin. Qəfil gəlir əldə edə bilərsiniz. Yeni tanışlıqlar zamanıdır. Uzaqdan gəlmiş insanlarla aktiv ünsiyyətdə olun. İdeyalarınız pis deyil və ətrafınızdakı adamlar da bunu anlayırlar.

Əkizlər - peşəkar fəaliyyət müstəvisində eyni vaxtda bir neçə problemi həll etmək imkanı yaranıb. Həmkarlarınız və ya tərəfdaşınız bu problemlərin öhdəsindən gələ bilməyiblər. Uğurlarınız və irəliləyişləriniz barədə rəhbərliyə məlumat verməkdən çəkinməyin. Karyera müstəvisində irəliləyin.

Günün ikinci yarısı alış-veriş, sövdələşmələr və anlaşmalar üçün sərfəli zamandır.

Uzaq səfərə yollanmaq məsləhət deyil. Belə "macəra" çox vaxt aparacaq, sizi yoracaq. Dəyərli əşyalar və mühüm sənədlərin itirilmə riski var. Diqqətli, ehtiyatlı olun.

Xərçəng - bu gün həll etmək məcburiyyətində qaldığınız məsələlər çətin, amma maraqlıdır. Həmin problemləri çözərkən faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsıqnız. Seminar və ya konfransalara qatıla bilərsiniz. Yaxın ətrafınızdakı insanlar ideyalarınızla maraqlanacaqlar.

Günün ikinci yarısında iş yerini dəyişmək barədə fikri təhlil etmək olar. Bir zamanla həvəslə çalışdığınız yerə qayıdışınız istisna deyil.

Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. İmiclə ekspermentlər, qarderobun yenilənməsi ilə məşğul olmaq mümkündür.

Şir - problemlər yaratmasanız, pis gün deyil. Yeni layihələrin reallaşdırılması prosesində ehtiyatlı olun. Çoxdankı müttəfiqlərin sizi dəstəklədiklərinə, çətin anda qoyub getməyəcəklərinə əmin olandan sonra işləməyə başlayın. Kiçik xərclər istisna deyil. Maliyyə çətinlikləri olacaq. Onları qətiyyətlə, iradə ilə dəf edin.

Günün ikinci yarısında diqqəti cəlb etmək üçün orijinal və ekstravaqant addımlar atmayın. Belə addımların mümkün fəsadlarını düşünün. Ehtiyatlı və sərvaxt davranmadığınız üçün sonradan peşman qala bilərsiniz.

Qız - işlər çoxdur. Problemlərin tam əksəriyyəti təcili həll, təxirəsalınmaz müdaxilə tələb edir. Paradoksal situasiya yaranıb: nə qədər çox iş görsəniz, bir o qədər iş peyda olur. İşdə rəhbərlik qarşınızda sərt tələblər qoyacaq, ən kiçik səhvə görə ciddi tənqid edəcək. Bütün bunlar əhvalınızı korlayacaq.

Günün ikinci yarısında bir qədər məntiqli davransanız, anlayacaqsınız ki, bir sıra situasiyaların yaranmasının başlıca səbəbkarı elə özünüzsünüz.

Qəfil görüşlər, planlaşdırılmamış səfər ola bilər. Bütün bunlara görə planları dəyişməli, əyləncə və istirahətdən boyun qaçırmalı olacaqsınız.

Yaxınlarınız onlara yetərincə diqqət yetirmədiyiniz üçün inciyə bilərlər.

Tərəzi - əlverişli və uğurlu gün ola bilər. Emosional fon həddən artıq qeyri-stabil olduğundan əhvalınız adi günlərlə müqayisədə çox böyük sürətlə dəyişir. Bədbinliyə qapılmayın, nikbin hərəkət edin.

Yaxın ətrafınızdakı insanlar sizi anlamağa çətinlik çəkirlər. Situasiyada dəyişikliklər olmasa, münaqişə və ya mübahisə qaçılmazdır.

Baş verənləri anlamağa səy göstərin.

Günün ikinci yarısında müstəqil çalışmağa can atın. Hiss və emosiyalarınızın səbəblərini bildiyinizdən nəticələrini təxminləyin.

Problemlərin həllinə yaradıcı yanaşın. Öz yolunuzu axtarın, fərqli stildə işləyin. Amma başqalarının təcrübəsini də qulaqardına vurmayın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Əqrəb - daha ciddi və böyük uğurlara nail ola bilərsiniz. Müstəqil fəaliyyət göstərməyə hazır olun. Çətinliklərlə qarşılaşsanız, yeni həmfikir, tərəfdaş tapmağa tələsin. Çoxdankı müttəfiqlər sizi dəstəkləməyəcəklər.

İdeyalarınız orijinal, maraqlı və faydalıdır. Onların həyata keçirilməsi isə bəlli çətinliklərlə bağlıdır.

Günün ikinci yarısında əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Alış-veriş, anlaşmalar, daşınmaz əmlakla bağlı sövdələşmələr üçün əlverişli zamandır.

Yaşlılarla münasibətlərinizin harmonik olmasına çalışın. Ünsiyyətdə maraqlı, xoş insan təsiri bağışlayın.

Oxatan - işgüzar danışıqlar, ünsiyyət, müzakirələr üçün yaxşı gündür. Ümumi maliyyə və əmlakla bağlı mübahisələrin yaranmasına imkan verməyin. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Qətiyyətli və iradəli olsanız, sizinlə birlikdə işləyərək məqsədə çatmağa can atacaq həmfikirlər komandası formalaşdıra bilərsiniz.

Günün ikinci yarısında sifariş və ya tapşırıq alsanız, fikirinizi bildirin. İzafi yerə, məqsədsiz çalışmayın.

Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Dostlarla görüş pis keçməyəcək. Həssas və qayğıkeş olun.

Oğlaq - dəstəyini almaq istədiyiniz insanlarla görüşün, danışıqlar aparın. İdeyalarınızı ən yaxşı halda həyata keçirməyə çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Niyyətiniz olarsa, yeni işgüzar tərəfdaşlar müttəfiq və dostlara çevrilə bilərlər.

Günün ikinci yarısında yeni tanışlıq və təmaslar istisna deyil. Hisslərlə emosiyalar işlərinizə mane olmasın. Təmasları harmonik etməyə çalışın.

Axşam saatları ailə üzvləri ilə birgə istirahət yaxşıdır. Belə istirahət əhvalınızı yaxşılaşdıra bilər.

Dolça - sonsuz söhbətlər zamanıdır. Onların bəzidəri xoş olsa da, əksəriyyəti mənasızdır. Tanışların bol vədlərinə inanmayın. Şərait uyğun olmadığı üçün bu vədlərlə təkliflər reallaşmayacaq.

Kiçik maliyyə itkiləri olacaq. Biznes və ya kommersiya ilə məşğulsunuzsa, gəlir gətirəcəyini düşündüyünüz layihə alınmaya bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir. Ağır problemlə üzləşmiş tanışınıza kömək edin.

Axşam saatlarını sakit istirahətə həsr edin. Qüvvələrinizin bərpasına xüsusi fikir verin.

Balıqlar - ideyalarınızı dilə gətirməkdən çəkinməyin, işlərdə təşəbbüskar olun. Çalışdığınız yerdə və kənarda həmfikir, yeni müttəfiqlər tapacağınıza şübhə etməyin. Layihələriniz nüfuzlu insanları maraqlandıra bilər. Onlar ideyalarınızdan birinə pul yatırmağa hazırdır.

Günün ikinci yarısında işgüzar təmaslarda diqqətli olun. Öhdəliklər və vədlər verməyə tələsməyin. Ən sərfəli şərtləri, uyğun situasiyanı gözləyin.

Səfər və ya səyahət uğurlu alınacaq. Axşam saatlarında gəzinti əhvalınızı yaxşılaşdıracaq. Nə qədər aktiv olsanız, yaşam potensialınızın səviyyəsi bir o qədər yüksək olacaq.

Son.az

Kəlbəcərin “İstisu”yu 31 il sonra satışda  FOTO like
  • 27 May 23:55  
Digərləri Kəlbəcərin “İstisu”yu 31 il sonra satışda FOTO

31 il sonra min bir dərdə dərman olan Kəlbəcərin "İstisu"yu Bak

arrow Ətraflı
Ana və 2 körpəsi 13cü mərtəbədən yıxılıb öldülər like
  • 27 May 23:46  
Digərləri Ana və 2 körpəsi 13cü mərtəbədən yıxılıb öldülər

Türkiyədə ana və 2 azyaşlı övladı faciəvi şəkildə ölüb.

arrow Ətraflı
Rusiyaya məxsus 3 PUA vuruldu like
  • 27 May 23:38  
Dünya Rusiyaya məxsus 3 PUA vuruldu

Ukrayna qoşunları Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasını

arrow Ətraflı
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib  Baş Prokurorluq like
  • 27 May 23:30  
Siyasət Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib Baş Prokurorluq

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə

arrow Ətraflı
İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub  FOTO like
  • 27 May 23:13  
Siyasət İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub FOTO

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın ra

arrow Ətraflı
78 saat əvvəl spirtli içki qəbul edən sürücünü DYP sərxoş hesab edə bilərmi? like
  • 27 May 23:10  
Digərləri 78 saat əvvəl spirtli içki qəbul edən sürücünü DYP sərxoş hesab edə bilərmi?

Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoş

arrow Ətraflı
Pakistanın baş naziri İlham Əliyevi təbrik edib like
  • 27 May 23:03  
Siyasət Pakistanın baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Prezident İlham �

arrow Ətraflı
Samirənin biznesi bağlandı like
  • 27 May 22:57  
Şou-biznes Samirənin biznesi bağlandı

Aparıcı Samirə Mustafayeva uzun müddət əvvəl qurduğu biznesini dayandır

arrow Ətraflı
Ötən gün yol qəzalarında 4 nəfər ölüb like
  • 27 May 22:45  
Digərləri Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

arrow Ətraflı
Emmanuel Makron İlham Əliyevi təbrik edib like
  • 27 May 22:42  
Siyasət Emmanuel Makron İlham Əliyevi təbrik edib

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə t

arrow Ətraflı
Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib  FOTO like
  • 27 May 22:31  
Siyasət Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "Azə

arrow Ətraflı
Azərbaycanda bu evlər like
  • 27 May 22:22  
Digərləri Azərbaycanda bu evlər

Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə o

arrow Ətraflı
İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub  FOTO like
  • 27 May 22:14  
Siyasət İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ş

arrow Ətraflı