İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub FOTO


Siyasət 27 May 2023 23:13:00 141 0

İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub  FOTO

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Qeyd olundu ki, Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

x x x

Qeyd edək ki, bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırladır. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.

Hazırda bütün yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.

Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.

Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.

78 saat əvvəl spirtli içki qəbul edən sürücünü DYP sərxoş hesab edə bilərmi? like
  • 27 May 23:10  
Digərləri 78 saat əvvəl spirtli içki qəbul edən sürücünü DYP sərxoş hesab edə bilərmi?

Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoş

arrow Ətraflı
Pakistanın baş naziri İlham Əliyevi təbrik edib like
  • 27 May 23:03  
Siyasət Pakistanın baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Prezident İlham �

arrow Ətraflı
Samirənin biznesi bağlandı like
  • 27 May 22:57  
Şou-biznes Samirənin biznesi bağlandı

Aparıcı Samirə Mustafayeva uzun müddət əvvəl qurduğu biznesini dayandır

arrow Ətraflı
Ötən gün yol qəzalarında 4 nəfər ölüb like
  • 27 May 22:45  
Digərləri Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

arrow Ətraflı
Emmanuel Makron İlham Əliyevi təbrik edib like
  • 27 May 22:42  
Siyasət Emmanuel Makron İlham Əliyevi təbrik edib

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə t

arrow Ətraflı
Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib  FOTO like
  • 27 May 22:31  
Siyasət Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "Azə

arrow Ətraflı
Azərbaycanda bu evlər like
  • 27 May 22:22  
Digərləri Azərbaycanda bu evlər

Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə o

arrow Ətraflı
İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub  FOTO like
  • 27 May 22:14  
Siyasət İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ş

arrow Ətraflı
Bakıda “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlandı  FOTO like
  • 27 May 22:10  
Digərləri Bakıda “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlandı FOTO

Suraxanı DYPŞ-nın əməkdaşları "Pirus" markalı avtomobildə nar

arrow Ətraflı
İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib  FOTO like
  • 27 May 22:02  
Siyasət İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib FOTO

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın ra

arrow Ətraflı
Ulduzlar həftə sonu üçün nə vəd edir? like
  • 27 May 22:00  
Digərləri Ulduzlar həftə sonu üçün nə vəd edir?

İnsan övladına hər yeni gün yeni başlanğıclara imza atmaq üçün şans

arrow Ətraflı
Sərhəddə iki İran hərbçisi öldürüldü like
  • 27 May 21:48  
Dünya Sərhəddə iki İran hərbçisi öldürüldü

Bu gün İranla Əfqanıstan sərhədində baş verən silahlı qarşıdurma z

arrow Ətraflı
KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb like
  • 27 May 21:39  
Dünya KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb

Ukraynalı hərbçilər Amerikanın "M1 Abrams" tanklarında təlimlə

arrow Ətraflı
Azərbaycanlı xanım ifaçı Türkiyədə narkotikə görə saxlanıldı like
  • 27 May 21:30  
Şou-biznes Azərbaycanlı xanım ifaçı Türkiyədə narkotikə görə saxlanıldı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə (Alizad

arrow Ətraflı