Azad olunmuş ərazilərimiz minalardan belə təmizlənir VİDEO FOTO


Digərləri 19 Apr 2023 17:58:00 133 0

Azad olunmuş ərazilərimiz minalardan belə təmizlənir  VİDEO  FOTO

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Bundan əlavə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Nazirlik tərəfindən alınan "GCS-200" markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir. Robotun ən əsas göstəricilərindən biri odur ki, bir saat ərzində ərazinin xüsusiyyətləri imkan verdiyi təqdirdə 1500kv.m. ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür.

Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

7 yaşlı qızı zorlayıb öldürdü  VİDEO like
  • 19 Apr 17:24  
Dünya 7 yaşlı qızı zorlayıb öldürdü VİDEO

İraqda qan donduran qətl hadisəsi törədilib.

arrow Ətraflı
ABŞ və İsraildən olan nümayəndələr Xudafərində  FOTO like
  • 19 Apr 17:20  
Digərləri ABŞ və İsraildən olan nümayəndələr Xudafərində FOTO

ABŞ və İsraildən olan nümayəndə heyəti Cəbrayılda Xudafərin körpüs�

arrow Ətraflı
DSİ şirkəti enerji sahəsi üzrə Türkiyədə 10dan çox layihə həyata keçirəcək like
  • 19 Apr 16:53  
Digərləri DSİ şirkəti enerji sahəsi üzrə Türkiyədə 10dan çox layihə həyata keçirəcək

2023-cü ildə Türkiyənin DSİ GN. MD. şirkəti enerji sahəsi üzrə ölkəd

arrow Ətraflı
“Sergey Raxmaninovun 150 illiyiyinə həsr olunmuş kameravokal axşamı keçirildi like
  • 19 Apr 16:48  
Kriminal “Sergey Raxmaninovun 150 illiyiyinə həsr olunmuş kameravokal axşamı keçirildi

Beynəlxalq Muğam Mərkəzində "BakuOperArt" layihəsi çərçivəsi

arrow Ətraflı
Mətanət Elza ilə BARIŞDI like
  • 19 Apr 16:24  
Şou-biznes Mətanət Elza ilə BARIŞDI

Bir-birinə düşmən kəsilən Əməkdar artist Elza Seyidcahan və müğənni

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva İrəvanda qızıl medal qazanmış Nuray Güngörü təbrik ediblər like
  • 19 Apr 16:16  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva İrəvanda qızıl medal qazanmış Nuray Güngörü təbrik ediblər

Prezident İlham Əliyev və Mehriban Əliyeva İrəvanda keçirilən yarışda

arrow Ətraflı
Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərməyə davam edir like
  • 19 Apr 16:15  
Siyasət Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərməyə davam edir

Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərə

arrow Ətraflı
Çoxyaruslu parkinq uçdu, ölən var like
  • 19 Apr 16:13  
Dünya Çoxyaruslu parkinq uçdu, ölən var

Nyu-Yorkun Manhetten məhəlləsində bina çöküb. Şəhərin yanğından müh

arrow Ətraflı
Bakıda "Formula 1"lə əlaqədar 6 məktəb distant təhsilə keçəcək like
  • 19 Apr 16:12  
Digərləri Bakıda "Formula 1"lə əlaqədar 6 məktəb distant təhsilə keçəcək

Bakıda keçiriləcək "Azərbaycan Qran Pri" ("Formula 1")

arrow Ətraflı
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir like
  • 19 Apr 16:09  
Digərləri Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i

arrow Ətraflı
“Deyirdi ki, sənin üçün ev qurum, toyunu edim, sonra ölərəm” like
  • 19 Apr 16:02  
Şou-biznes “Deyirdi ki, sənin üçün ev qurum, toyunu edim, sonra ölərəm”

Son.az xəbər verir ki, Xalq artisti, sevilən və mərhum aktrisa Nuriyyə Əh

arrow Ətraflı
Ərdoğan Kılıçdaroğluna açdığı mənəvi təzminat davasını qazanıb like
  • 19 Apr 15:56  
Digərləri Ərdoğan Kılıçdaroğluna açdığı mənəvi təzminat davasını qazanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna şəxsi h

arrow Ətraflı
Yanvarmart aylarında Yunanıstandan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb like
  • 19 Apr 15:54  
Digərləri Yanvarmart aylarında Yunanıstandan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-mart aylarında Yunanıstandan Türk limanlarına 3 milyon

arrow Ətraflı
Şadlıq evləri “qan ağlayır”... like
  • 19 Apr 15:51  
Digərləri Şadlıq evləri “qan ağlayır”...

Şadlıq evlərinə müraciət edənlərin sayında azalma var. Bu isə mart ay�

arrow Ətraflı