İlham Əliyev və Mehriban Əliyeva İrəvanda qızıl medal qazanmış Nuray Güngörü təbrik ediblər
Siyasət 19 Apr 2023 16:16:00 227 0
Prezident İlham Əliyev və Mehriban Əliyeva İrəvanda keçirilən yarışda Ağır atletika üzrə Avropa çempionu olan Nuray Güngörə təbrik məktubu göndəriblər.
Bu xəbəri də oxu: Tərəqqi daimi dialoqla mümkündür Dövlət Departamenti
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Əziz Nuray,
Ağır atletika üzrə Avropa çempionu adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.
Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.
Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik".
Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərə
Nyu-Yorkun Manhetten məhəlləsində bina çöküb. Şəhərin yanğından müh
Bakıda keçiriləcək "Azərbaycan Qran Pri" ("Formula 1")
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i
Son.az xəbər verir ki, Xalq artisti, sevilən və mərhum aktrisa Nuriyyə Əh
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna şəxsi h
2023-cü ilin yanvar-mart aylarında Yunanıstandan Türk limanlarına 3 milyon
Şadlıq evlərinə müraciət edənlərin sayında azalma var. Bu isə mart ay�
Ölkəyə idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edil
"Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində ye
"Müğənni qısqanclığı hər zaman olub və olacaq da. Vallah, mən he�
Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərba
Türkiyənin ilk hidrogen vadisinin həyata keçiriləcəyi "Cənubi Mərm�