Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərməyə davam edir
Siyasət 19 Apr 2023 16:15:00 201 0
Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasındadır.
Bu xəbəri də oxu: Tərəqqi daimi dialoqla mümkündür Dövlət Departamenti
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "New York Times" qəzetindəki məqalədə deyilir.
ABŞ və Aİ-nin yüksək vəzifəli məmurlarına istinad edən müəllifin sözlərinə görə, Ermənistandan Rusiyaya çip və digər elektron komponentlərin təkrar ixracında sıçrayış qeydə alınıb. Belə ki, Rusiyaya silah istehsalında həlledici əhəmiyyət daşıyan bu çiplərin səkkiz konkret növü tədarük olunur.
"ABŞ-nin Sənaye və Təhlükəsizlik Bürosunun möhürü olan sənədlərdən birində deyilir ki, 2022-ci ildə Ermənistan ABŞ-dən 2021-ci illə müqayisədə 515 faiz daha çox, Aİ-dən isə 212 faiz daha çox çip və prosessor idxal edib. Sonra isə Ermənistan 97 faiz eyni məhsulları Rusiyaya ixrac edib", - məqalədə deyilir.
Bundan əvvəl ABŞ-nin Ticarət Nazirliyi, Xəzinədarlıq Nazirliyi və Ədliyyə Nazirliyi olmaqla 3 nazirliyi tərəfindən Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinin xüsusiyyətləri haqqında üçtərəfli bəyanat dərc olunub.
Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçınmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir. Beləliklə, aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belorusiyaya qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur.
Son.az
Nyu-Yorkun Manhetten məhəlləsində bina çöküb. Şəhərin yanğından müh
Bakıda keçiriləcək "Azərbaycan Qran Pri" ("Formula 1")
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i
Son.az xəbər verir ki, Xalq artisti, sevilən və mərhum aktrisa Nuriyyə Əh
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna şəxsi h
2023-cü ilin yanvar-mart aylarında Yunanıstandan Türk limanlarına 3 milyon
Şadlıq evlərinə müraciət edənlərin sayında azalma var. Bu isə mart ay�
Ölkəyə idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edil
"Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində ye
"Müğənni qısqanclığı hər zaman olub və olacaq da. Vallah, mən he�
Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərba
Türkiyənin ilk hidrogen vadisinin həyata keçiriləcəyi "Cənubi Mərm�
Ermənistanın Baş naziri artıq öz qorxularını gizlədə bilmir.