"Azərbaycan Xəzər regionunun əsas ölkəsidir"


Digərləri 01 Apr 2023 13:12:00 173 0

"Azərbaycan Xəzər regionunun əsas ölkəsidir"

Zəngəzur dəhlizinin açılması Avrasiyada regional qarşılıqlı əlaqələrin möhkəmlənməsi üzrə səylərə əlavə təkan verəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Pakistan Observer" qəzetində dərc olunmuş məqalədə deyilir.

"Zəngəzur dəhlizinin açılması Xəzər dənizinin nəqliyyat şəbəkəsini, o cümlədən, Şərq-Qərb və beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizlərini daha da möhkəmləndirəcək. Dəhliz, həmçinin, Xəzər dənizindən Avropaya uzanan neft-qaz kəmərləri sisteminin inkişafına şərait yaradacaq və regionun tranzit potensialını daha da möhkəmləndirəcək. Bundan başqa, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin ayrılmaz hissəsi olaraq Azərbaycan ərazisi vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bu da Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşağı qismində öz mövqeyini möhkəmləndirməsinə imkan verəcək", - müəllif qeyd edir.

Məqalədə Azərbaycanın müasir dəmir yolu şəbəkəsinin əlavə olaraq modernləşdirildiyi və genişləndirilməkdə olduğu, Xəzər dənizindəki 15 milyon ton ötürücülük qabiliyyətinə malik ən iri ticarət limanının imkanlarının isə 25 milyon tonadək artırıla biləcəyi vurğulanır.

"Azərbaycan, həmçinin, Orta Dəhlizdə unikal və vacib rol oynayır. Avrasiyanın geosiyasi ladnşaftı sürətlə dəyişməkdədir. Bu dəyişikliklərin fonunda Orta Dəhlizin və Azərbaycanın rolu gün keçdikcə daha da artır. Orta Dəhliz Çinin "Bir zolaq - bir yol" təşəbbüsünün reallaşdırılmasının vacib komponentinə çevrilməklə Avrasiya regionunun gələcək inteqrasiyası və rabitəliliyinə imkan yaradan faktor olub. Beləliklə, Avrasiyada daha çox qarşılıqlı əlaqələrin təmin edilməsinin sosial-iqtisadi, geosiyasi və geostrateji aspektlərində Azərbaycanın rolu birinci dərəcəlidir", - materialda deyilir.

Müəllif Azərbaycanın enerji resurslarının etibarlı tədarükçüsü kimi rolunun artmaqda olduğunu da vurğulayıb.

"Azərbaycan Cənub Qaz Dəhlizi ilə Türkiyə vasitəsilə bir sıra Aİ ölkələrinə qaz tədarük edir. Tezliklə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın qaz tədarükçüsü, Türkiyənin isə etibarlı tranzit qovşağı kimi rolu daha da artacaq. Azərbaycanla Avropa İttifaqı arasında xüsusən energetika sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Son olaraq, Azərbaycan effektiv, etibarlı və mühüm enerji istehsalçısı və ixracçısı olaraq Xəzər regionunun əsas ölkəsidir", - məqalədə qeyd olunur.

"O tabutdakı doğrudan sizsiniz, Ramiz müəllim?"  VİDEO like
  • 01 Apr 13:00  
Şou-biznes "O tabutdakı doğrudan sizsiniz, Ramiz müəllim?" VİDEO

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz onunla bağlı payla�

arrow Ətraflı
Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaq like
  • 01 Apr 12:55  
Kriminal Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaq

Qazaxıstanın "Qazaqstan" dövlət telekanalında Heydər Əliyevin 1

arrow Ətraflı
Ayxan Hacızadə iranlı həmkarına cavab verdi like
  • 01 Apr 12:54  
Siyasət Ayxan Hacızadə iranlı həmkarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə

arrow Ətraflı
Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər? like
  • 01 Apr 12:36  
Digərləri Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər?

Xəbər verildiyi kimi, martın ayının 28-də Nazirlər Kabineti "İstism

arrow Ətraflı
Vəzifəli şəxslər rüşvətə görə həbs olundular like
  • 01 Apr 12:32  
Digərləri Vəzifəli şəxslər rüşvətə görə həbs olundular

Xəbər verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin

arrow Ətraflı
Oqtayı xatırlayan Elza efirdə qəhərləndi  VİDEO like
  • 01 Apr 12:24  
Şou-biznes Oqtayı xatırlayan Elza efirdə qəhərləndi VİDEO

Əməkdar artist Elza Seyidcahan canlı efirdə göz yaşlarına boğulub.

arrow Ətraflı
Mask pivə istehsal etməyə başladı  FOTO like
  • 01 Apr 12:12  
Dünya Mask pivə istehsal etməyə başladı FOTO

Amerikalı milyarder İlon Maskın sahibi olduğu elektrikli avtomobil istehsal�

arrow Ətraflı
“Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir  VİDEO like
  • 01 Apr 12:00  
Digərləri “Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir VİDEO

Abşeron rayonunun Masazir qəsəbəsində kanalizasiya şəbəkəsinin çəkilm

arrow Ətraflı
"Təki restoran, konsert olsun, desinlər ki..." like
  • 01 Apr 11:48  
Şou-biznes "Təki restoran, konsert olsun, desinlər ki..."

"Kiminsə acığına xoşbəxt görünən qadınlara yazığım gəlir"

arrow Ətraflı
"Dünya Bankı bu sahədə Azərbaycana yardım etməyi planlayır" like
  • 01 Apr 11:38  
Digərləri "Dünya Bankı bu sahədə Azərbaycana yardım etməyi planlayır"

Dünya Bankı (DB) Azərbaycanda reallaşdırılan layihələrə dəstək kontek

arrow Ətraflı
Nazirliyin idarə rəisi döyülüb? like
  • 01 Apr 11:36  
Digərləri Nazirliyin idarə rəisi döyülüb?

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döy�

arrow Ətraflı
Zakir Həsənov müşavirə keçirdi, tapşırıq verdi like
  • 01 Apr 11:34  
Siyasət Zakir Həsənov müşavirə keçirdi, tapşırıq verdi

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
Şahdağda 22 sm qar yağıb  Faktiki hava like
  • 01 Apr 11:22  
Digərləri Şahdağda 22 sm qar yağıb Faktiki hava

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, a

arrow Ətraflı