Zakir Həsənov müşavirə keçirdi, tapşırıq verdi


Siyasət 01 Apr 2023 11:34:00 286 0

Zakir Həsənov müşavirə keçirdi, tapşırıq verdi

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. Qısa müddət ərzində icra olunan lokal əməliyyatların Ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.

Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib. Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.

General-polkovnik Z.Həsənov real döyüş şəraitinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılmasının, həmçinin silahlanmada olan müasir silah və hərbi texnikanın effektiv tətbiqi üsullarının təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Müdafiə naziri təhlükəsizlik qaydalarına, eləcə də yanğın əleyhinə zəruri tədbirlərə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladıb.

Nazir şəxsi heyətə diqqət və qayğının artırılması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə komandir heyətinə tövsiyələrini çatdırıb.

Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə dair əlavə göstərişlər verib. Sonda general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.

Şahdağda 22 sm qar yağıb  Faktiki hava like
  • 01 Apr 11:22  
Digərləri Şahdağda 22 sm qar yağıb Faktiki hava

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, a

arrow Ətraflı
Erməni əsgərlər sərhəddə birbirini güllələdi: like
  • 01 Apr 11:20  
Dünya Erməni əsgərlər sərhəddə birbirini güllələdi:

Ermənistanın Azərbaycanla sərhəddində hərbi qulluqçular bir-birinə atə

arrow Ətraflı
Hollivud ulduzu gizlicə evlənib  FOTO like
  • 01 Apr 11:12  
Şou-biznes Hollivud ulduzu gizlicə evlənib FOTO

Hollivud ulduzu Cona Hill ata olmağa hazırlaşır.

arrow Ətraflı
Bakıdan İranı MAT EDƏCƏK manevr like
  • 01 Apr 11:02  
Siyasət Bakıdan İranı MAT EDƏCƏK manevr

"Azərbaycanın İsraillə yanaşı Fələstinlə də əlaqələrə əhəmi

arrow Ətraflı
NATO “TikTok”u əməkdaşlarına qadağan etdi like
  • 01 Apr 10:48  
Dünya NATO “TikTok”u əməkdaşlarına qadağan etdi

NATO təhlükəsizlik səbəbi ilə işçilərinə "TikTok" sosial ş�

arrow Ətraflı
“Məni görüb demişdi ki, adam 100 qram arağa görə ELƏ ARVADI boşayar?” like
  • 01 Apr 10:36  
Şou-biznes “Məni görüb demişdi ki, adam 100 qram arağa görə ELƏ ARVADI boşayar?”

"Hal-hazırda teatrda "Sinif yoldaşları" tamaşasında çıxı�

arrow Ətraflı
Üzərində “Makarov” gəzdirən və məktəbdən oğurluq edən şəxslər tutulub  FOTO like
  • 01 Apr 10:24  
Kriminal Üzərində “Makarov” gəzdirən və məktəbdən oğurluq edən şəxslər tutulub FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərind

arrow Ətraflı
Anestezioloq xəstələri zəhərləyirmiş like
  • 01 Apr 10:12  
Dünya Anestezioloq xəstələri zəhərləyirmiş

Fransa İctimaiyyəti neçə gündür Bezanson şəhərindəki klinikada işləy

arrow Ətraflı
Ötən ay dövlət sərhədini pоzan 51 nəfər saxlanılıb like
  • 01 Apr 10:08  
Digərləri Ötən ay dövlət sərhədini pоzan 51 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin mart ayı ərzində dövl

arrow Ətraflı
Xatuna elçi düşən kimdir?  VİDEO like
  • 01 Apr 10:00  
Şou-biznes Xatuna elçi düşən kimdir? VİDEO

Müğənni Xatun Əliyevaya elçi düşüblər.

arrow Ətraflı
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu like
  • 01 Apr 09:48  
Digərləri Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının

arrow Ətraflı
Tanınmış müğənni də siyasətə qatılır like
  • 01 Apr 09:36  
Şou-biznes Tanınmış müğənni də siyasətə qatılır

Türkiyəli müğənni Davud Güloğlu siyasətə atılmaq qərarı alıb.

arrow Ətraflı
50 000 dollar mənimsəyən falçı yaxalandı  FOTO like
  • 01 Apr 09:24  
Kriminal 50 000 dollar mənimsəyən falçı yaxalandı FOTO

Martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləş

arrow Ətraflı
Qəbələyə 20 sm qar yağıb  FOTO like
  • 01 Apr 09:12  
Digərləri Qəbələyə 20 sm qar yağıb FOTO

Qəbələdə gecə saatlarından güclü qar yağışı müşahidə olunub.

arrow Ətraflı