Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər?


Digərləri 01 Apr 2023 12:36:00 178 0

Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər?

Xəbər verildiyi kimi, martın ayının 28-də Nazirlər Kabineti "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Qərar qəbul edib. Bu Qərarla 30 gündən sonra zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti Qərarın əsas məqsədinin insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək xarakteri daşıdığını bəyan edib. Vurğulanıb ki, sözügedən Qərar ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq. Həmçinin yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə Azərbaycanın avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq.

Ancaq burada digər məqamlar da diqqətdən yayınmır. Hətta deyərdik ki, daha qabarıq gözə çarpır. Söhbət xüsusilə də məhdudlaşma tədbirinin tələb-təklifə təsirindən gedir.

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda köhnə avtomobillərin ölkəyə idxalının qarşısının alınması ilə bağlı tədbirlər yeni deyil. Belə ki, hələ 2014-cü ilin aprel ayından "Avro-4" ekoloji standartına cavab verməyən avtomobillərin ölkəyə idxalı qadağan edilmişdi ("Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə" Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarı). Hazırda da qüvvədə olan bu Qərarla ölkəyə istehsal ili maksimum 2004-cü il olan avtomobil gətirmək mümkündür. Bu da ABŞ istehsalı olan avtomobillərə aiddir. Avropa İttifaqına daxil olan ölkələrdən 2005-ci ildən, Cənubi Koreyadan 2006-cı ildən, Türkiyədən 2009-cu ildən, Çin və Yaponiyadan 2011-ci ildən, Rusiyadan 2013-cü ildən başlayaraq istehsal edilmiş avtomobilləri ölkəyə gətirmək olar. Başqa sözlə, hələ 2014-cü ildə ölkəyə yaşı 10 il olan ən yaxşı halda ABŞ istehsalı avtomobil idxal etmək mümkün idi. Digər ölkələr üzrə isə bu yaş xeyli az olub.  

Ötən ildən isə ölkəyə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz vergisi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Başqa sözlə, ölkəyə istehsal ili 7 ildən çox olan benzin mühərrikli minik avtomobili gətirən 20 faiz, dizel mühərrikli gətirən isə 50 faiz daha çox aksiz vergisi ödəyir. Eyni zamanda, istehsal tarixi  3 ildən, mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan minik avtomobilləri üçün aksiz vergisinin dərəcələri artırılıb.

Lakin bu məhdudlaşdırıcı tədbirlərin yerli avtomobil bazarına təsiri keçici olub. Belə ki, birinci halda "Avro-4"lə bağlı tədbir konkret illəri əhatə etdiyindən müddət keçdikcə əhəmiyyətini itirməyə başladı. İkinci halda isə dəyişiklik mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan köhnə minik avtomobillərinin idxalının azalmasına səbəb olsa da 2 min kubsantimetrdən az olan olanların idxalının artmasını stimullaşdırıb. Məsələ burasındadır ki, mühərrikinin həcmi 2 min kubsantimetrdən az olan minik avtomobilləri üçün aksiz vergisinin məbləği 600 manatdır. Belə nəqliyyat vasitələrinin istehsal ili 7 ildən çox olduqda bu vergi benzin mühərrikli minik avtomobillər üzrə 720 manat, dizel olanlar üzrə isə 900 manatdır. Yəni, fərq elə də böyük deyil. Xüsusilə də Avropada dizel mühərrikli avtomobillərin istismarı ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin fonunda qiyməti xeyli ucuzlaşan avtomobillər üçün isə bu fərq, ümumiyyətlə "gözə dəymir". 

Ancaq hər iki halda dəyişiklik ölkəyə avtomobil idxalının azalması ilə nəticələnib. Məsələn, 2014-cü ildə ölkəyə 63 368 avtomobil gətirilmişdi ki, bu da 2013-cü illə müqayisədə 39,3 faiz azdır. 2013-cü ildə 104 385 avtomobil gətirilmişdi. Ötən müddətdə ölkəyə illik avtomobil idxalı bu saya çata bilməyib. Həmçinin ötən il minik avtomobillər üçün aksiz vergisi ilə bağlı dəyişiklik fonunda onların idxalı əvvəlki illə müqayisədə 19,4 faiz azalıb.  

Bu dəfə isə vəziyyət tam fərqlidir. Söhbət ondan gedir ki, 10 il müddət qoyulub və bu müddətin təsiri ilə illər keçdikcə ölkəyə gətirilən avtomobillərin ili də yüksələcək. Düzdür, dünyanın inkişaf etmiş ölkələrində avtomobil idxalı ilə bağlı daha ağır məhdudiyyətlər var. Lakin belə ölkələr, həmçinin avtomobil istehsalı sənayesinə malikdirlər.  

Ən əsası isə məhdudiyyət ili köhnə, ancaq ucuz olan minik avtomobilləri ilə bağlı təklifin azalmasına gətirib çıxaracaq. Bu da özü-özlüyündə qiymət artımını da aktuallaşdırır. Yəni, "ikinci əl" bazarda ancaq ölkədə istismar edilmiş köhnə avtomobilləri görmək olacaq. Digər tərəfdən ölkəyə gətiriləcək avtomobillərin yaşının az olması qiymətinin yüksək olacağı deməkdir. Bu isə alıcıları istər-istəməz bazardakı yaşı çox olsa da ucuz avtomobillərə üz tutmağa sövq edə bilər. nəticədə qiymət artımına gətirib çıxarmış olacaq. 

Vəzifəli şəxslər rüşvətə görə həbs olundular like
  • 01 Apr 12:32  
Digərləri Vəzifəli şəxslər rüşvətə görə həbs olundular

Xəbər verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin

arrow Ətraflı
Oqtayı xatırlayan Elza efirdə qəhərləndi  VİDEO like
  • 01 Apr 12:24  
Şou-biznes Oqtayı xatırlayan Elza efirdə qəhərləndi VİDEO

Əməkdar artist Elza Seyidcahan canlı efirdə göz yaşlarına boğulub.

arrow Ətraflı
Mask pivə istehsal etməyə başladı  FOTO like
  • 01 Apr 12:12  
Dünya Mask pivə istehsal etməyə başladı FOTO

Amerikalı milyarder İlon Maskın sahibi olduğu elektrikli avtomobil istehsal�

arrow Ətraflı
“Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir  VİDEO like
  • 01 Apr 12:00  
Digərləri “Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir VİDEO

Abşeron rayonunun Masazir qəsəbəsində kanalizasiya şəbəkəsinin çəkilm

arrow Ətraflı
"Təki restoran, konsert olsun, desinlər ki..." like
  • 01 Apr 11:48  
Şou-biznes "Təki restoran, konsert olsun, desinlər ki..."

"Kiminsə acığına xoşbəxt görünən qadınlara yazığım gəlir"

arrow Ətraflı
"Dünya Bankı bu sahədə Azərbaycana yardım etməyi planlayır" like
  • 01 Apr 11:38  
Digərləri "Dünya Bankı bu sahədə Azərbaycana yardım etməyi planlayır"

Dünya Bankı (DB) Azərbaycanda reallaşdırılan layihələrə dəstək kontek

arrow Ətraflı
Nazirliyin idarə rəisi döyülüb? like
  • 01 Apr 11:36  
Digərləri Nazirliyin idarə rəisi döyülüb?

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döy�

arrow Ətraflı
Zakir Həsənov müşavirə keçirdi, tapşırıq verdi like
  • 01 Apr 11:34  
Siyasət Zakir Həsənov müşavirə keçirdi, tapşırıq verdi

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
Şahdağda 22 sm qar yağıb  Faktiki hava like
  • 01 Apr 11:22  
Digərləri Şahdağda 22 sm qar yağıb Faktiki hava

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, a

arrow Ətraflı
Erməni əsgərlər sərhəddə birbirini güllələdi: like
  • 01 Apr 11:20  
Dünya Erməni əsgərlər sərhəddə birbirini güllələdi:

Ermənistanın Azərbaycanla sərhəddində hərbi qulluqçular bir-birinə atə

arrow Ətraflı
Hollivud ulduzu gizlicə evlənib  FOTO like
  • 01 Apr 11:12  
Şou-biznes Hollivud ulduzu gizlicə evlənib FOTO

Hollivud ulduzu Cona Hill ata olmağa hazırlaşır.

arrow Ətraflı
Bakıdan İranı MAT EDƏCƏK manevr like
  • 01 Apr 11:02  
Siyasət Bakıdan İranı MAT EDƏCƏK manevr

"Azərbaycanın İsraillə yanaşı Fələstinlə də əlaqələrə əhəmi

arrow Ətraflı
NATO “TikTok”u əməkdaşlarına qadağan etdi like
  • 01 Apr 10:48  
Dünya NATO “TikTok”u əməkdaşlarına qadağan etdi

NATO təhlükəsizlik səbəbi ilə işçilərinə "TikTok" sosial ş�

arrow Ətraflı
“Məni görüb demişdi ki, adam 100 qram arağa görə ELƏ ARVADI boşayar?” like
  • 01 Apr 10:36  
Şou-biznes “Məni görüb demişdi ki, adam 100 qram arağa görə ELƏ ARVADI boşayar?”

"Hal-hazırda teatrda "Sinif yoldaşları" tamaşasında çıxı�

arrow Ətraflı