Kərkükdə İŞİDə qarşı böyük əməliyyat


Dünya 08 Dek 2022 08:52:00 95 0

Kərkükdə İŞİDə qarşı böyük əməliyyat

İraqın Silahlı Qüvvələri Kərkük şəhərində İŞİD terrorçularına qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Kərkük Polis İdarəsinin mətbuat katibi Amir Nuri məlumat verib.

O, əməliyyatın Havice ilçəsinin Kiçik Yorğun, Böyük Yorğun, Həmidiyyə və Məliha kəndlərində, həmçinin Hasa, Əl-Cənabi və Əl-Yorğun vadilərində təşkil edildiyini bildirib.

Nuri əməliyyatda Haşdi Şabi milislərinin də iştirak etdiyini əlavə edib.