Saakaşvilini dəstəkləyən deputatlar aclıq aksiyasını


Dünya 27 Dek 2022 08:07:00 263 0

Saakaşvilini dəstəkləyən deputatlar aclıq aksiyasını

Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyasına başlayan müxalif Vahid Milli Hərəkat Partiyasının (VMM) 4 deputatı aksiyanı dayandırıb.

Məlumata görə, aclıq aksiyasını digərlərindən daha çox davam etdirən deputat Anna Tsitlidze aksiyanın 12-ci günündə vəziyyətinin son dərəcə ağır qiymətləndirildiyi vaxt həkimlərin tövsiyələrinə qulaq asıb. O, əvvəllər həkimlərin və parlament spikeri Şalva Papuaşvilinin çağırışlarına baxmayaraq, Saakaşvili həbsdən çıxana və müalicə üçün xaricə göndərilənə qədər yeməkdən imtina etmişdi.

Digər üç deputat Abdulla İsmayılov, David Kirkitadze və Temur Canaşiya da səhhətinin pisləşməsi səbəbindən bir neçə gün əvvəl aclıq aksiyasını dayandırmağa məcbur olublar.

Aclıq aksiyası zamanı dörd deputatın hamısı parlament binasında olub. Tsitlidze, Kirkitadze və İsmayılov dekabrın 15-də aclıq aksiyasına başlayıb, 16-da isə Canaşiya onlara qoşulub.