“Beyin yeyən” parazitlə ilk yoluxma halı


Dünya 27 Dek 2022 08:57:00 311 0

“Beyin yeyən” parazitlə ilk yoluxma halı

Cənubi Koreyada insan beyninə nüfuz edən "Negleria Fowler" tipli amöbə yoluxmanın ilk halı qeydə alınıb.

Bu barədə "The Korea Herald" Koreya Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Agentliyinə (KDCA) istinadən məlumat verib.

"KDCA ilk dəfə serebral meningitdən ölən xəstənin "Negleria Fowler"ə yoluxduğunu təsdiqləyib", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, xəstə dörd ay Tailandda qalıb, sonra Cənubi Koreyaya qayıdıb. Xəstəlik əlamətləri (baş ağrısı, qızdırma, qusma, nitq pozğunluğu və s.) göründükdən 11 gün sonra pasiyent ölüb.

Səhiyyə orqanları əlavə testlərdən sonra "Negleria Fowler" amöbünün olduğunu təsdiqləyiblər.

KDCA-dan qeyd edilib ki, infeksiyaya yoluxmanın əsas yolu ağız və ya burun vasitəsilə bədənə daxil olan və insan beyninə keçən çirklənmiş su ilə təmasdır. Mikroorqanizm beynin ölümcül infeksiyası olan ilkin amöb meninqoensefaliti törətməyə qadirdir.