Lavrov: ABŞ və NATO Rusiyanı döyüş meydanında məhv etmək istəyir


Dünya 27 Dek 2022 12:55:00 300 0

Lavrov: ABŞ və NATO Rusiyanı döyüş meydanında məhv etmək istəyir

ABŞ və onun NATO-dakı müttəfiqləri ölkəmizi məhv etmək üçün döyüş meydanında Rusiya üzərində qələbə istəyirlər.

Son.az APA-ya istinadən bildirir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, kollektiv Qərb ölkələrinin və onların nəzarəti altında olan Ukrayna prezidenti Vladimir Zelenskinin hərəkətləri Ukraynadakı böhranın qlobal xarakter daşıdığını təsdiqləyir. "Artıq heç kimə sirr deyil ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi ölkəmizi əhəmiyyətli dərəcədə zəiflətmək, hətta məhv etmək mexanizmi kimi döyüş meydanında Rusiyanı məğlub etməkdir", - deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, bu məqsədə çatmaq üçün Rusiyanın rəqibləri çox şeyə hazırdırlar. Nazirin sözlərinə görə, "qaynar münaqişə"nin əsas benefisiarı ABŞ-dır ki, ondan həm hərbi-strateji, həm də iqtisadi baxımdan maksimum fayda əldə etməyə çalışır.