Qarabağdakı erməni silahlılar “mülki” oldular


Dünya 27 Dek 2022 14:23:00 289 0

Qarabağdakı erməni silahlılar “mülki” oldular

Erməni silahlı birləşmələrinin Qarabağdakı qalıqları yenidən fəallaşıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu dəfə onlar mülki geyimdə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyaya qarşı çıxıblar.

Erməni silahlılarının görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Əyinlərinə mülki paltarlar geyinmələrinə baxmayaraq, hərbi formada döyüş postundakı fotoları da paylaşımlarda yer alıb.