Tanınmış azərbaycanlı müğənni uzun illərdən sonra Bakıda FOTO


Şou-biznes 02 Okt 2022 23:05:00 127 0

Tanınmış azərbaycanlı müğənni uzun illərdən sonra Bakıda  FOTO

"Azərin" ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Xalq artisti Anaxanım Tağıyeva uzun illərdən sonra Türkiyəni tərk edərək Bakıya gəlib.

Son.az bizim.media-ya istinadən bildriir ki, 51 yaşlı sənətçi paytaxta gələr-gələrməz ailəsi ilə birlikdə İçərişəhəri, Qız Qalasını və ona yaxın ərazidə yerləşən parkda çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Azərin paylaşdığı şəkillərə ürək "smaylik"i qoyaraq, vətəni üçün darıxdığına işarə vurub.

Qeyd edək ki, Azərin illər əvvəl Azərbaycandan Türkiyəyə köçərək orada musiqi fəaliyyətini uğurla davam etdirir.