76 yaşlı müğənni ƏRƏ GEDİR:


Şou-biznes 27 Dek 2022 14:12:00 246 0

76 yaşlı müğənni ƏRƏ GEDİR:

Şer adı ilə tanınan erməni əsilli məşhur müğənni Şerilin Sarkisyan özündən 40 yaş kiçik sevgilisi, repçi Aleksandr Edvardsla evləndiyini açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, müğənni bu barədə "Twitter" hesabında məlumat yayıb. 

"Pop ilahəsi" adlandırılan ifaçı iri brilyant qaşlı üzüyünün fotosunu paylaşaraq "Artıq sözə ehtiyac yoxdur, Aleksandr", - o yazıb.

Qeyd edək ki, daha çox pop rok janrında ifa edən Şer həmçinin, "Mask", "The Player", "Faithful" və digər filmlərə çəkilib.