Aktrisa çəkiliş meydançasında intihar etdi Meyiti paltardəyişmə otağından tapıldı


Şou-biznes 27 Dek 2022 14:54:00 216 0

Aktrisa çəkiliş meydançasında intihar etdi  Meyiti paltardəyişmə otağından tapıldı

20 yaşlı hind aktrisası Tunişa Şarma "Ali Baba: Döyüşçü əfsanəsi" serialın çəkilişləri zamanı intihar edib.

Son.az bildirir ki, bu barədə "India Today" məlumat yayıb.

Sənətçinin meyiti dekabrın 24-də soyunub-geyinmə otağında tapılıb. Faciə baş verən zaman onun sevgilisi aktyor Şizan Mohammed Khan da çəkiliş meydançasında olub. Nəşrin məlumatına görə, hadisədən az sonra sənətçi intihara təhrik etməkdə şübhəli bilinərək saxlanılıb.

Khan özü qeyd edib ki, Şarma əvvəllər bir neçə dəfə intihara cəhd edib, lakin o, onu xilas edə bilib. Onun sözlərinə görə, aktrisa ayrıldıqdan sonra özünü qeyri-sabit hiss edib - sənətçi qıza müxtəlif dinlərə mənsub olduqları üçün ünsiyyətini dayandırmağı təklif edib.