Məşhur aktyor rüşvətdə günahlandırılır


Şou-biznes 27 Dek 2022 09:48:00 301 0

Məşhur aktyor rüşvətdə günahlandırılır

"Harri Potter" filmlərində "Ron Uizli" obrazı ilə məşhurlaşan britaniyalı aktyor Rupert Qrint Hertfordşirdəki bağçasında ekoloji kənd tikmək üçün sakinlərə rüşvət verməkdə günahlandırılır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor insanlara 5,4 milyon funt-sterlinq dəyərində olan Kimpton Grange malikanəsində doqquz ev tikmək üçün plan təklif edib. Onlara mülk aldıqları təqdirdə torpaq hədiyyə olunacağı deyilib.

Sakinlərin bəziləri ekoloji cəhətdən təmiz olduğu üçün onunla razılaşıb, bəziləri isə aktyoru pulsuz hədiyyələrlə onları razı salmağa çalışmaqda təqsirləndiriblər.