Yeni ili məşhurlar harada, necə KEÇİRƏCƏKLƏR?


Şou-biznes 27 Dek 2022 12:00:00 257 0

Yeni ili məşhurlar harada, necə KEÇİRƏCƏKLƏR?

Bu həftə 2022-ci ili geridə qoymağa hazırlaşırıq. Kimisi Yeni ili ailəsi ilə, kimisi iş başında, kimisi isə xarici ölkədə qarşılayacaq. Bəs azərbaycanlı məşhurlar necə? Onlar 31 dekabr günü harada, nə edəcəklər?

Son.az xəbər verir ki, Lent.az-ın əməkdaşı bununla bağlı bir neçə məşhurla əlaqə saxlayıb. 

İlin son günündə səhnə alan Azərbaycanın "diva"sı, Xalq artisti Aygün Kazımova sevənləri ilə görüşəcək. 

Xalq artisti Röya Ayxan da 31 dekabrda səhnədə olacaq. 

Daha bir Xalq artisti Brilliant Dadaşova Lent.az-a açıqlamasında bu il üçün hələlik dəqiq bir qərar vermədiyini açıqladı. O bildirdi ki, Yeni İli evdə və ya iş başında keçirəcəyi barədə planı qəti deyil. 

Tanınmış stilist Anar Ağakişiyev 31 dekabr gününü iş başında keçirəcək, daha sonra evində yaxınları ilə birgə qeyd edəcək.

Müğənni Dilarə Kazımova həmin gün bir neçə yerdə çıxış edəcək və Yeni ili iş başında qarşılayacaq.

Müğənni Xuraman Şuşalı bu ili ailəsi birgə keçirməyi düşündüyünü deyib.